3.Birinci sinifdə musiqi qavramanın inkişafı
3. Birinci sinifdə musiqi təlimi və tərbiyəsi.
PLAN
1.Birinci sinif şagirdlərinin ümumi səciyyəsi
2.Birinci sinifdə musiqi tərbiyəsinin əsas vəzifələri
3.Birinci sinifdə musiqi qavramanın inkişafı
Birinci sinifdə musiqinin tədrisinəbaşlamazdan əvvəl musiqi müəllimi qarşısında qoyulan vəzifəni dərindən dərk edərək, bir növ sınaqla üzləşir. Burada çox vacib məsələlərdən biri elə birinçi dərslərdən başlayaraq, musiqiyə maraq və musiqi ilə məşğul olmaq arzusunu uşaqlarda oyatmaqdan ibarətdir. Həmin məsələ bütün tədris boyu ümdə olan məsələlərdəndir. Onun həlli nəinki ibtidai siniflərdə,hətta orta və yuxarı siniflərdə də gerçəkləşməkdədir.
Məktəblilərin yaşlarından və təhsilin mərhələsindən, yəni hər hansı sinifdə oxuduqlarından asılı olaraq onlarda müxtəlif xüsusiyyətlərin məxsusluğu nəzərə alınmalıdır. Bu baxımdan birinci sinif şagirdlərinin ümumi səciyyəsi aşağıdakı şəkildə verilə bilər.
1.6-7 yaşında olan uşaqların orqanizminin zərifliyi və formalaşması çox səciyyəvidir. Onlar eyni vəziyyətdə oturmaqdan, eyni fəaliyyətlə məşğul olmaqdan, müəllimin yeknəsəkliyindən, dərsin şablon şəklində aparılmasından tez yorulurlar.
2.Bu yaşda uşaqlarda diqqətin qeyri-ixtiyariliyi nəzərə çarpır.Qeyri ixtiyarıdiqqətin isə kiçik həcmi nəticəsində müxtəlif obyektlərə, tapşırıqlara fəaliyyət növlərinə fərdi və kollektiv iş formalarına diqqətin daima fəallaşmasına zərurət duyulur.
3.Uşaqlarda müntəzəm,məqsədyönlü əqli fəaliyyətlə məşğul olmaq üçün vərdişin olmaması ilə yanaşı onların iti hafizələri olur.
4.Birinci sinif şagirdlərinin oyunlara güclü meyl göstərmələri. Oyun formaları vastəsilə daha mürəkkəb mövzular da asanlıqla mənimsənilir.Oyun uşaqların təxəyyülünü, diqqətlərini, yaddaş və hafizələrinin fəallaşdıraraq yaradıcı qabiliyyətinin inkişafına kömək edir.
Məktəblilərin qeyd edilən xüsusuyyətləri onların musiqi səviyyəsinə də öz təsirini göstərir. Musiqi qabiliyyətlərinin inkişafı baxımından birinci sinif şagirdlərinin musiqi qabiliyyəti olduqca müxtəlifdir.
Uşaqların bir qismi artıq fikrlərini yayındırmayaraq musiqini dinləyir, mahnıları təmiz və ifadəli oxuyur,digərləri isə musiqini xüsusi dinləmək və təmiz oxumaq nə olduğunu dərk edə bilmlrlər. Bəzi məktəblilər musiqi ilə məşğul olur, musiqini sevir və bir qədər ifa vərdişlərinə yiyələnir, digərləri isə musiqiyə biganədirlər.
Musiqini mənimsəmə,dinləmə sahəsində uşaqların musiqi imkanları daha geniş olur. Lakin, ixtiyari diqqətin az olduğundan dinləmə üçün əsərlər kiçik olmalı və özündə ifadli əhəmiyyəti olan parlaq obraz-musiqi obrazı daşımalıdır.
Oxuma sahəsində birinci siniflərin imkanları ilkin mərhələdə onların əvvəlki musiqi hazırlığı ilə təyin edilir. Məsələn, oxu diapazonu iki ya üç səsdən və yaxud oktavadan böyük ola bilər. Uşaqların formalaşmamlş səs aparatı zəifliyi ilə fərqlənir. Səs telləri yalnız uclarından, qıraqlarından qapanır. Buna görədə oxu səslənməsinin qüvvəsi və “uçması” məhduddur. Ən aşağı və ən yuxarı səs həddinin daha çox istifadə edilən məsafəsi “işçi” diopazonu, xüsusən əvvəlki mərhələdə həmin yaşa xas olan birinci oktavanın “re-lya” səsləri çərçivəsində olmalıdır. Diopazonun genişləndirilməsi aşağı səslərin deyil, yuxarı səslərin müntəzəm şəkildə daha yüksək tonlara qovuşması ilə əldə edilir. Belə ki, birinci oktavanın si, ikinci oktavanın do,re (h 1-c 2, d 2) səslərinin qovuşması ilə diopazonun genişləndirilməsi əldə edilir. Birinci oktavanın “do” səsi gərgin səslənməsinə görə onun oxunması uşaqlar üçün çətindir. Yaradıcılıq sahəsində qeyd olunur ki, az yaşlı uşaqlar müxtəlif yaradıcı tapşırıqları asanlıqla yerinə yetirirlər. Onlar verilmiş və ya öz tərəfindən uydurulmuş söz obrazına inprovizə edə bilir, vokal inprovizasiyaya musiqi alətlərində, ritmik və melodik improvizasiyaları, tanış mahnıları, təsviri xarakteri piyesi, onun xarakteri səhnələşmənin quraşdıra və təşkil edə bilirlər.
Dostları ilə paylaş: |