İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


Birinci sinifdə musiqi tərbiyəsinin əsas vəzifələri



Yüklə 0,81 Mb.
səhifə52/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   48   49   50   51   52   53   54   55   ...   70
2. Birinci sinifdə musiqi tərbiyəsinin əsas vəzifələri. Musiqi tərbiyəsinin birinci dəqiqəsindən başlayaraq müəllim məktəbdə musiqi tərbiyəsinin əsas məsələsi olan uşaqların cəlb edilməsi məsələsini nəzərdə saxlamalıdır. Uşaqlara musiqinin həyatla bağlılığı haqqında ilkin təsəvvürlərini verməklə musiqinin bənzərsiz, yalnlz ona məxsus olan vastələri ilə insanların düşüncə və hisslərini, insanın sevinc və kədərini, ona əhatə edən mühit və ovqatı çatdırır.

Buna görə də musiqi əsərləri muxtəlif: şən və qəmli, sakit və coşqun olur, musiqinin müşayəti ilə insanlar addımlayır, rəqs edir, müxtəlif mövzu və xarakterli mahnılar oxuyur. Lakin musiqi, yalnız onu dinləyə bilənlərə çox şeylərdən bəhs edir. Musiqinidinləməyi də, ifa etməyi də öyrənmək lazımdır.

Birinci sinif şagirdlərinin əldə etdikləri məlumatların içərisində bəstəkarların hansı vastələrlə musiqinin xarakteri məzmununun çatdırılması haqqında məlumatları olmalıdır. Müəllim tədricən uşaqları ən sadə musiqi anlayışlarına yiyələndirməlidir. Buraya musiqi səslərinin yüksəklik dərəcəsi, vəzni, qüvvəsi, hərəkətin istiqaməti və surəti üzrə fərqlənməsi, melodiydakı səslərin vəznlərini nisbi tarazlığı, metr və ritm kimi anlayışlar məktəblilərin nəzərinə çatdırmalıdır. Eyni zamanda melodiya və onun müşayiəti, akkompanementi, musiqi səslərinin ifadə və təsviri xüsusiyyətləri və həmin xüsusiyyətlərin quraşdırılması, səs çalarlarını, tembrlərinin müxtəlifliyi haqqında anlayışların verilməsi olduqca önəmlidir. Bununla yanaşı musiqinin quruluşunun ən sadə formaları olan birhissəli, ikihissəli, üçhissəli formalar musiqili ifanın müxtəlif növləri orkestr, müxtəlif alətlər, muğənni – solistlər xor kimi anlayışlara məktəblilər musiqi məşğələləri zamanı yiyələnməlidirlər.

Birinci tədris ilinin sonunda müəllim, artıq uşaqların ifa etdikləri bu və ya digər mahnı melodiyasının səslənməsini təsviri şəkildə lövhədə not sətri üzərində yazmaqla uşaqların yaddaşında müəyyən təsviri təsəvvürlərinin yaranmasına nail ola bilər.

Musiqi təcrübəsinni toplanması prosesində məktəblilərin musiqi qabiliyətlərini müntəzəm şəkildə inkişaf etdirmək lazımdır. Onlarda musiqiyə emosional həssaslığı, eşitmə qabiliyətini, ritim və lad hissiyatını, musiqi yaddaşını, musiqiyə qarşı yaradıcı münasibətini daima inkişaf etdirmək lazımdır. Məktəblilərin yaradıcı münasibəti özünü cavabların özünə məxsusluğunda, sual verməkdə, bu və ya digər musiqi əsərinin ifa xarakteri haqqında şagirdin öz mülahizələrində,eşitmə müşahidəlik qabiliyyətinin iti olmasında büruzə verir.

Müəllimin qarşısında duran mühüm məsələlərdən biri də musiqi kollektivini yaratmasıdır. Həmin məsələ uşaqların vokal-xor vərdişlərinin əsaslarına yiyələnməkdə olduqca böyük əhəmiyyətə malikdir.Birinci sinifdən başlayaraq müəllim çalışmalıdır ki, məktəblilərin oxumaqları, ifaları incəsənətin tələblərinə yaxınlaşaraq, yüksək səviyyədə olsun. Burada ən yüksək nailiyyət hər sinifdə xor kollektivi yaratmaqdan ibarətdir.

Musiqi məşğələlərinin əsas vəzifələrindən biri onların hayatla daima əlaqəli olmasıdır. Digər sahələrdən biliklərə arxalanma burada böyük əhəmiyyət kəsb edir. “Ana dili” fənnindən müəllim uşaqlara“ibarə” anlayışı haqda, ifadəlilik haqqında, sözlərin tələffüzü haqqında,musiqidə intonasiyanin əhəmiyyəti barəsində anlayışlı detallar və material tapmaqla məlumat verə bilər.Burada həmdə musiqi bəstələnmiş şerlərə də rast gəlmək olar.

Müəllim şagirdlərin digər dərslərdə aldıqları məlumatlardan xəbərdar olmalı, lazım olduqca onları musiqi dərsi ilə əlaqələndirməli və musiqinin həyatla bağlılığı haqqında təsəvvürləri daha da dərinləşdirməlidir.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin