2.Birinci sinif şagirdlərinin bilik və bacarıqlarına verilən əsas tələblər.Birinci sinif şagirdləri aşağıdakıları bilməlidirlər:
-keçilmiş musiqi materialını tanımalı;
-musiqi əsərinin emosional məzmunu və melodiyaların muxtəlif xarakterli olduğunu;
-melodiyanın xarakterinin yavaş ya cəld ; bərk və sakit; yüksək , alçaq və ya orta olmasını.
Birinci sinif şagirdləri aşağıdakıları bacarmalıdırlar:
-xorla oxumağı;
-dinləmə
-düzgün oxumaq qaydalarına riayət etməyi;
-oxuyarkən düzgün dayanmağı (gərgin vəziyyətdə olmamağı, kürəkləri bir qaydada dala çəkməyi, əlləri aşağıya salmağı, başı dik tutmağı);
-nəfəsi sakit almağı və ondan qənaətlə istifadə etməyi;
-təmiz,aydın və təbii səslə oxumağı;
-mahnıları mükəmməl oxumağı və ifa prosesində onların emosional mənasının, məzmununu verməyi;
-sakit səslərin tələffüzünü düzgün formalaşdırmağı;
-açıq və qapalı səslərin fərqini eşitməyi, samitləri qısa və aydın tələffüz etməyi;
-sadə melodiyaları, musiqi parçalarının notla oxumağı ;
-melodiyanın aşağı və yuxarı hərəkətlərinin eşitmə vastəsilə müəyyənləşdirməyi, notlarda yüksək və alçaq səsləri müəyyənləşdirməyi;
-müxtəlif musiqi janrlarını, ayrı-ayrı alətlərdə ifa olunan musiqi nümunələrini dinləməklə bir-birindən fərqləndirməyi, onların məzmunu,xarakteri haqqında müəyyən fikir söyləməyi;
-müxtəlif janrlı, xarakterli musiqi nümunələrinin təranələri,melodiyaları ilə dəqiq və ritmik hərəkət göstərməyi;
-melodiyaların ritmini,tempini, təntənəli əhval-ruhiyyəni,xarakteri ritmik hərəkətlərlə ifa etməyi;
-sadə uşaq musiqi alətlərində kiçik melodiya parçalarını,habelə çərək və səkkizlik notlardan ibarət ritmik motivləri, metallofonla qammanın 5-3- cü, 5-3-1 ci pillələrini çala bilməyi;
-musiqi məzmunlu musiqi əsərlərinin qüvvəli və zəif hissələrini bir-birindən fərqləndirməyi;
-improvizasiya üzrə müvafiq bacarıqları, xüsusilə musiqi əsərlərinin obrazına daxil olmağı;
-musiqinin xarakterinə uyğun ifadəli və ritmik hərəkətlər göstərməyi, ritmik improvizasiyalarda iştirak etməyi;
-ritmik motivlərdə qısa və uzun səsləri ayırmağı, pauzanın mənasını başa düşməyi;
-mojor ladının 5-cı, 3-cü,1-ci pillərinin ardıcıllığından ibarət mahnı frazalarını oxumağı.
Dostları ilə paylaş: |