Kiçik oktavanın notları əasən bas açarında yazılır.
do notu-ikinci və üçüncü əsas xəttin arasında yerləşir
re notu -üçüncü əsas xəttin üzərində yerləşir
mi notu-üçüncü və dördüncü əsas xəttin arasında yerləşir
fa notu- dördüncü əsas xəttin üzərində yerləşir
sol notu-dördüncü və beşinci əsas xəttin arasında yerləşir
lya notu- beşinci əsas xəttin üzərində yerləşir
si notu-beşinci əsas xəttin üstündə yerləşir.
Səsin əsas ölçüləri. Musiqidə səslərin səslənmə müddəti müxtəlif olur. Bu baxımdan notları ölçülərinə görə bir-birindən fərqləndirmək üçün müxtəlif şəkildə yazılan not işarələrindən istifadə olunur: not dairələrinin içi boş və ya dolu olur, yan tərəflərinə yan xətti və ya bayraqcıqlar əlavə olunur. Şərti olaraq, vəzn ölçüsü, ən çox səslənmə müddətinə malik olan not kimi, bütöv not qəbul edilir. Qalan not ölçüləri bütöv notun ikiyə, dördə, səkkizə, on altıya, və s. bərabər hissəyə bölünməsi nəticəsində alınır.
Bütöv not "4 və"yə sayılır, içi boş olur.
Yarım not "2 və"yə sayılır, ici boş olur, yan xətti olur.
Çərək not "1 və"yə sayılır, içi dolu olur, yan xətti var.
Səkkizlik not "1" və yaxud "və"yə sayılır, içi dolu, yan xətti və bir bayraqcığı olur.
Onaltılıq notunu ikisi birə sayılır, içi dolu olur, yan xətti və iki bayraqcığı var.
Otuzikilik notun dördü "1"-ə sayılır, içi dolu olur yan xətti və üç bayraqcığı var.
Altmışdördlük notun səkkizi "1"-ə sayılır, içi dolu olur, yan xətti dörd bayraqcığı var.
Kiçik ölçülü notlar musiqi əsrlərində çox vaxt qrup halında yazılır. Bu zaman 8-lik notlar bir düz xətlə, 16-lıq notlar iki, 32-lik notlar üç, 64-lük notlar isə qrup halında yazılarkən yuxarıdan və ya aşağıdan 4 düz xəttlə birləşdirilir.
Dostları ilə paylaş: |