azı 50 faizi əlillərdən ibarətdirsə, onlar yarandığı vaxtdan 5 il keçdikdən sonra da” sözlərindən sonra “Azərbaycan Respublikasının ərazisində göstərdiyi fəaliyyət üzrə” sözləri əlavə edilmişdir.
13 iyun 1997-ci il tarixli 320-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 452) ilə 52-ci maddəsinin ikinci və üçüncü hissələri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Əlillərin ictimai təşkilatları yanında təşkil olunmuş müəssisələr, kooperativlər, idarələr, təşkilatlar və başqa istehsalat obyektləri işçilərinin neçə faizinin əlil olmasından asılı olmayaraq yarandığı vaxtdan 5 il ərzində Azərbaycan Respublikasının ərazisində göstərdiyi fəaliyyət üzrə hər cür vergi və rüsumlardan, o cümlədən dövlət sosial müdafiə fonduna ayırmalardan azad edilirlər.
Əlillərin ictimai təşkilatlarının müəssisələrində, idarələrində və təşkilatlarında sənaye-istehsal heyəti sayının azı 50 faizi əlillərdən ibarətdirsə, onlar yarandığı vaxtdan 5 il keçdikdən sonra da Azərbaycan Respublikasının ərazisində göstərdiyi fəaliyyət üzrə mənfəət vergisindən və dövlət büdcəsinə keçirilən rüsumlardan, o cümlədən dövlət sosial müdafiə fonduna ayırmalardan azad olunurlar.
15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (
Dostları ilə paylaş: |