İbrahim Qəfəsoğlu
İbrahim
QƏFƏSOĞLU
TÜRK
MİLLİ
KÜLTÜRÜ
Kitabın nəşr olunmasında qatqılarına görə
vətənpərvər dostumuz Fatih Kütük və Can Kargo
firmasına sonsuz təşəkkürlərimizi bildiririk!
Bakı – 2017
Uluslararası Türk Kültürü Təşkilatı
TÜRKSOY kitabxanası seriyası – 33
AMEA Folklor İnstitutu
Elmi Şurasının qərarı ilə nəşr edilir
Türkcədən uyğunlaşdıran
və önsözün müəllifi:
Prof. Dr. Ramiz ƏSKƏR
Elmi redaktor:
AMEA-nın həqiqi üzvü,
Prof. Dr. Muxtar İMANOV
Redaktor:
Əli ŞAMİL,
Nailə ƏSKƏR
İbrahim Qəfəsoğlu. Türk milli kültürü. Bakı, 2017, 474 s.
Görkəmli tarixçi və mədəniyyətşünas Prof. Dr. İbrahim Qəfəsoğlunun “Türk milli kültürü” əsəri türkoloqların masaüstü kitabıdır. Müəllif burada kültürün yaranması haqqında nəzəriyyələri təhlil etmiş, “türk” adı, türk soyu, türklərin ana yurdu, yayılmaları, qurduqları dövlətlər haqqında bilgi vermiş, bozqır kültürünün əsasları, mənşəyi və təşəkkülü məsələlərini araşdırmış, bozqırın sosial quruluşunu, yəni oğus (ailə), uruğ, boy/bod, ok, bodun, il/el (dövlət), ulus (ölkə), kün (xalq) və törə (qanun) kimi terminləri, əski türk elində dövlət məclisi, hökumət, hökmdar (elik), xatun, vəliəhd (elik-bəy), diplomatiya (elçi-bilgəlik), ordu (sü), ədliyyə kimi anlayışları izah etmiş, mif və dastan, yazı və təhsil, musiqi, təqvim, düşüncə və əxlaqdan söz açmış, türk-islam dövrünün ən mühüm qurum və quruluşlarının mahiyyətini göstərmiş, elm və fəlsəfə, ədəbiyyat və sənət haqqında ətraflı məlumat vermişdir.
Kitab ali məktəblərin filologiya fakültələrinin müəllim və tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
© Ramiz Əskər
ISBN - 978-975-7213-83-3
İÇİNDƏKİLƏR:
Türk milli bilgini İbrahim Qəfəsoğlu (Prof. Dr. Ramiz Əskər).................7
Önsöz (Əbdülqadir Donuq)....................................................................13
Dostları ilə paylaş: |