Ибрәт ајнасы



Yüklə 2,3 Mb.
səhifə17/25
tarix27.04.2018
ölçüsü2,3 Mb.
#49266
1   ...   13   14   15   16   17   18   19   20   ...   25



DÖRDÜNCÜ

FƏSİL

ZİNA VƏ ZİNAKARLARIN AQİBƏTİ HAQQINDA




ZİNAKARLAR HAQQINDA


Zina bəhsinə daxil olmazdan öncə mühüm bir nöqtəni xatırlatmaq yerinə düşərdi. Əgər tarixə nəzər salsaq, hər hansı bir millətin din, etiqad, şərafət və insanlıq baxımından süqut etməsinin səbəbini, həmin millətin daxilində yoluxucu xəstəlik kimi yayılmış əxlaqsızlığın nəticəsi olduğunu görərik.

Bir çox böyük şəxsiyyətlərin qamətini qıran və onları ən alçaq dərəcəyə çatdıran ahu gözlü, şux qamətli qadınlar olmuşlar. Belə ki, Napaleon bu barədə deyir:

“Gözəl bir qadına olan cinsi meyldən başqa heç bir qüvvə məni təsir altına sala bilməz.”

Hal-hazırda güclü dövlətlər öz rəqiblərini məğlub etmək və onların dövlət sirlərini öyrənmək üçün ən gözəl qadınlardan casus kimi istifadə edirlər. Bəzən bir gecədə alçaq dövlət adamları bütün ölkəni bir qadının aldadıcı gözəlliyinə qurban verirlər.

Şəhvət, həvəs, şorgözlük dalınca gedənlərin aqibəti çox pis olacaqdır. O cümlədən:

1-Günaha aludə olmaq;

Şəhvətdə ifrata varmaq insanı istər-istəməz şəxsiyyətsizliyə aparıb çıxarır.

Şəhvət insanın çirkinlikləri gözəl və gözəllikləri çirkin görməsinə səbəb olur.

2-Ağlın fəsadı;

Şəhvətpərəstlik qalın bir pərdə kimi insanın ağıl və düşüncəsinin üzərini örtür. Nəticədə şəhvətpərəst insan haqqı batil, batili isə haqq kimi görür. Əmirəlmöminin Əli (ə) bu barədə buyurur: “Şəhvətpərəstlik ağlı fasid edir.”

3-Ləkələnmək;

Şəhvətpərəstlik insan heysiyyətini ləkələyir. Həzrət Əli (ə) buyurmuşdur:

“Şəhvətdə ifrata varmaq insan şəxsiyyətinin ləkələnməsinə və insanlığın, mürüvvətin aradan getməsinə səbəb olur.”

4-Rüsvayçılıq.

Şəhvətpərəst insan gec-tez hamı yanında rüsvay olur və abır-həyası aradan gedir.

Misir padşahının arvadı Züleyxanı buna misal göstərə bilərik. Züleyxa hədsiz şəhvət və Yusifə (ə) olan yersiz eşqi nəticəsində aləmdə rüsvay oldu. O, həm özünü və həm də saray qadınlarını rüsvay etdi.


QURAN AYƏLƏRİ


Allah-təala Quranda zinanın çirkin bir əməl olması və zinakarların cəzası haqqında buyurmuşdur:

“Heç vaxt zina etməyin. Çünki bu çox çirkin bir əməldir.”1

Başqa bir ayədə özlərini zinadan qoruyan kişilər barədə buyurur:

“Ya Rəsulum! Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər. (naməhrəmə baxmasınlar), ayıb yerlərini zinadan qorusunlar (və ya örtülü saxlasınlar.) Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından), daha yaxşıdır.”1

Bu ayənin ardınca mömin qadınlara da özlərini zinadan qorumaq haqqında buyurur:

“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü) saxlasınlar.2


HƏDİSLƏR


Merac xəbərlərində qeyd olunan hədislərdən birində yazılmışdır ki, Peyğəmbər (s) buyurur:

“Meraca getdiyim gecə bir dəstə adamların bədənlərinin alovlu daraqlarla darandığını müşahidə edəndə Cəbrayıldan (ə) soruşdum: “Bunlar kimlərdir və hansı günaha mürtəkib olmuşlar?”

Cəbrayıl (ə) dedi: “Bunlar haram yolla gedənlər– naməhrəm qadınlarla zina edənlərdir.”3

Başqa bir hədisdə Peyğəmbərin (s) vəfatından öncə söylədiyi xütbəsi qeyd olunmuşdur:

“Allah-təala yəhudi, məsihi və ya müsəlman qadınla zina edən şəxs üçün cəhənnəm qapılarından üç yüz altmışını açar. Bu qapıların hər birindən çıxan ilanlar, əqrəblər və alov şölələri zinakar şəxsi qiyamət gününə qədər yandırıb yaxar. Qiyamət günündə camaat onun övrətinin kəskin iyindən əzab çəkərlər. Beləliklə də onlar hamının yanında rüsvay olarlar.1

Həzrət Əli (ə) buyurmuşdur:

“Qimayət qopan zaman Allah-təalanın əmrilə külək əsməyə başlayacaq. Camaat küləyin gətirdiyi çox pis iyi hiss edəcəklər. Məhşər ayağına yığılanlar həmin üfunət iyindən əziyyət çəkəcəklər.

Həmin vaxt Allah carçısı fəryad çəkib soruşacaq: “Ay camaat! Sizi narahat edən bu üfunət iyinin haradan gəldiyini bilən varmı?

Camaat deyəcək: “Bu tövbəsiz dünyadan gedən zinakarların övrətlərinin iyidir.

Sonra camaata deyəcəklər:

“Ey qiyamət əhli! Allah-təala onları (zinakarları) lənətlədiyi kimi, siz də onları lənətləyin.

Qiyamət əhli deyəcək: Allah, zinakarlara lənət etsin.

Həzrət Əli (ə) buyurur:

“Qiyamət günü Allahın əmrilə zinakar qəbirdən qalxanda dili lal, qulağı kar və gözü kor olacaqdır.”2

Həzrət Yaqub (ə) bu barədə oğlu Yusifə buyurmuşdur: “Ey oğul! Məbada sənə halal olmayan qadınla zina edəsən. Çünki bir quş belə zina etsə bədəninin tükü tökülər.3

Peyğəmbəri-əkrəm (s) (şəhvət hissi ilə) naməhrəm qadınlarla əl tutub görüşmək barədə buyurmuşdur:

“Əgər bir şəxs (şəhvət hissi ilə) naməhrəm qadınla əl tutub görüşsə, qiyamət günü Allahın əmrilə qəbirdən qalxanda əl-ayağı zəncirlənmiş olacaq. Həmin şəxsi şeytanla birlikdə zəncirləyib, hər ikisini cəhənnəm oduna atacaqlar.”4

Şəhvət üzündən naməhrəm qadınlarla söhbət etmək barədə buyurmuşdur:

“Naməhrəm qadınlarla (şəhvətlə) söhbət edən şəxsi, danışdığı hər bir kəlməsinin əvəzində min il cəhənnəm odunda həbs edəcəklər.1

Həmçinin başqa bir hədisdə naməhrəm qadınlara baxmaq haqqında buyurur:

“Naməhrəm qadınlara baxmaqdan doymayan şəxsin gözlərinə qiyamət günü dəmir mismarlar vuracaqlar. Həmin şəxs Allah-təala başqalarının əməl dəftərinə baxana qədər bu vəziyyətdə qalacaq. Sonra Allahın əmrilə onu üzüqoylu cəhənnəm oduna atacaqlar.

Saçlarını naməhrəmdən örtməyən və bu yolla kişiləri fəsada sürükləyən qadınlar haqqında buyurur:

“Cəbrayılla (ə) birgə meraca getdiyim gecə saçlarından asılmış bir qadın gördüm ki, beyni qaynayırdı. Cəbrayıldan (ə) onun hansı günah sahibi olduğunu soruşanda belə cavab verdi:

“Bu saçlarını (və açıq-saçıq bədənini) naməhrəmdən qorumayan qadınlardan biridir. O bu işi ilə bir çoxlarını günaha sürükləmişdir.



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin