Ибрәт ајнасы



Yüklə 2,32 Mb.
səhifə11/25
tarix21.10.2017
ölçüsü2,32 Mb.
#7171
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

ZİNDAN XATİRƏSİ


Bəhlulun zindan həyatında maraqlı əhvala-tlardan biri də belə olmuşdur:

Mənim əlimdən yanıqlı olan həbsxana rəisinin müavini hər nə yolla olursa-olsun, məni öldürmək istəyirdi.

Məhbusların əksəriyyəti və bə`zi mə`murlar məni tərəfimi müdafiə etdikləri üçün bu işi zindanda görmək bir o qədər də asan deyildi. Bunun başqa bir səbəbi də zindanın ətrafında bə`zi dövlət idarələrinin yerləşməsi, ikinci səbəbi isə yuxarıda oturanların işə qarışa biləcəkləri qorxusu idi.

Həmin şəxs belə qərara gəlir ki, yeni bir zindan tikdirsin və məni oraya köçürməklə işimi orada bitirsin. Buna görə də şahla şəxsən görüşüb belə bir təklif verir ki, bizim bu zindanda səksənə yaxın siyasi məhbusumuz var. Bu zindan şəhərin ortasında yerləşdiyi üçün onların ətrafla əlaqələrinə lazımınca nəzarət etmək olmur. Bu məhbusların şəhərin içində saxlanılması məsləhətə uyğun deyil. Yaxşı olardı ki, onları şəhərdən kənar bir yerə köçürərdik.

Şah təkliflə razılaşandan sonra yeni zindanın tikilməsi üçün lazımi büdcəni ödəyir və şəhərdən qıraqda yeni zindanın tikintisinə başlayırlar.

Bir il üç aydan sonra yeni zindan tikilib hazır olur.

Mənə düşmən kəsilmiş mə`mur öz yaxın adamları ilə belə bir plan çəkirlər ki, məni yeni tikilmiş zindanda rütubətli, tək nəfərlik bir hücrəyə salsınlar və tədrici ölümümü gözləsinlər.

Yaxın əlaqəmiz olan zindan mə`murlarından biri məni məsələdən agah edir. Amma çıxış yolu yox idi. Mən nə edə bilərdim ki?... Bütün işləri Allaha tapşırıb oturub hadisənin nə ilə qurtaracağını gözləyirdim.

Zindan hazır oldu. Siyasi məhbusları iyirmi gün sonra yeni zindana köçürməli idilər.

Bu arada Kabul şəhərində böyük bir oğurluq hadisəsi baş verdi. Şahın xalası oğlunun evindən külli miqdarda pul, cəvahirat oğurlanmışdı. Kabul şəhərinin baş polis idarəsi uzun axtarışlardan sonra oğruları tapır. İstintaq zamanı mə`lum olur ki, bu dəstənin başında məni öldürmək istəyən zindan rəisinin müavini dururmuş. Sən demə, bunlar on beş il imiş ki, oğurluqla məşğul olurmuşlar, amma dəstənin başçısının kim olduğu bilinmirmiş. Oğruların e`tirafına görə oğurlanmış mal üç yerə bölünürmüş. Bir hissəni həmin məmur götürürmüş, qalan iki hissə isə dəstə arasında bölüşdürülürmüş.

Mə`murun evində təftiş apararkən çoxlu miqdarda ləl-cəvahirat aşkarlanıb götürülür. Eyni zamanda bə`zi dövlət əhəmiyyətli sənədlər və başqalarına məxsus əşyalar tapılıb üzə çıxır. Nəticədə yeni tikilmiş zindana düşən ilk şəxs, elə həmin mə`murun özü olur. O, zindana salınandan sonra məni və digər siyasi məhbusları da yeni zindana köçürdülər.

Yeni zindanın rəisi şiə məzhəbli bir zabit idi. Mənə olduqca böyük hörmət göstərirdi. Evindən mənim üçün qatıq-çörək gətizdirər, öz otağına də`vət edib süfrəni orada açardı.

Yeni rəis, həmin kemiş mə`murun başına oyun açırdı. Onu tək nəfərlik hücrəyə salıb gəzintiyə icazə vermirdilər. Hücrəsində bir vedrədən başqa heç bir şey yox idi. Ayaqyolu kimi istifadə etdiyi bu vedrəni hər gün səhər tezdən aparıb boşaldanda işıq üzü görürdü. Ona yeddi il həbs cəzası kəsəndən sonra ümumi zindana köçürdülər. Cəzasını çəkib azadlığa çıxandan sonra da həmişəlik dövlət işlərindən məhrum edildi. Sonradan onu görənlər deyirdilər ki, bədbəxt mə`mur Kabul bazarında kömür satırmış.1

ZALIMA TƏBRİK


İmam Baqirin (ə) tanınmış şagirdlərindən olan Məhəmməd ibn Müslüm belə nəql edir:

“Günlərin birində şiələrdən bir qrupu İmam Baqirin (ə) mənzili önündə toplaşmışdılar. İmam Baqir (ə) dəstə-dəstə harasa tələsən camaatı görəndə ətrafındakılardan soruşdu:

“Mədinə şəhərində nə hadisə baş verib?”

“Zalım Abbasi xəlifəsi tərəfindən Mədinə şəhərinə yeni hakim tə`yin edilib. Bu camaat da təzə gələn hakimi təbrik etmək üçün onun hüzuruna gedirlər”–deyə mən cavab verdim.

İmam Baqir (ə) buyurdu: “Camaatın təbrik demək üçün zalım hakimin hüzuruna getməsi, düzəx (cəhənnəm) qapılarının birindən içəri girmək misalındadır.”2

İmam Baqirdən (ə) Abbasi sarayına getmək və orada xidmət etmək barədə soruşanda, belə cavab verdi:

“Heç vaxt, hətta bir xətt çəkmək miqdarında belə onlara kömək etmək lazım deyil.”1

ƏDƏBSİZ CAVANIN ÖLÜMÜ


Səid ibn Səhl Bəsəri belə nəql edir: “Bizim dövrdəki xəlifənin uşaqlarından birinin şərəfinə böyük qonaqlıq təşkil olunmuşdu. Bu məclisə çoxlu qonaq, o cümlədən İmam Hadi (ə) də də`vət olunmuşdu. İmam Hadi (ə) bu məclisdə iştirak etməyə məcbur idi.

İmam (ə) məclisə daxil olanda qonaqlar hörmət əlaməti olaraq sükut etdilər. Amma qonaqlar arasında cavan bir oğlan İmam Hadiyə (ə) məhəl qoymadan boşboğazlıq edir, ucadan gülürdü.

İmam Hadi (ə) üzünü həmin cavana tutub dedi: “Bu nə gülüşdür ki, sənin bütün vücudunu bürüyüb və Allahı tamamilə yaddan çıxarmısan. Halbuki üç gün sonra qəbir əhli ilə birgə olacaqsan.”

Cavan oğlan İmamın (ə) bu sözlərinə lap mat qalmışdı. O, artıq dinib danışmırdı. İmam Hadinin (ə) dediyi kimi, üç gün sonra həmin cavan oğlan öldü.”2


ƏHLİ-BEYT DÜŞMƏNİNİN AQİBƏTİ


Hişam ibn Əbdülməlik (onuncu Əməvi xəlifəsi) çox zalım və xudpəsəndin birisi idi. O, bütün müsəlmanların haqqı olan Beytül-malı özü üçün və lazımsız yerlərə xərcləyərdi. İmam Hadini (ə) onun əmrilə Mədinə şəhərində zəhərləyərək şəhid etdilər.

Bir sözlə Hişam ibn Əbdülməlik Əhli-beytin (ə) qatı düşmənlərindən idi. O, Həzrət Əli (ə) və sair İmamlar haqqında çəkinmədən nalayiq sözlər deyərdi.

Zeyd ibn Əlinin başçılıq etdiyi qiyam zamanı minlərlə adamı onun əmrilə qətlə yetirdilər. O, Zeydin başını bədənindən ayırmağı, sonra isə başsız bədəni çılpaq vəziyyətdə dar ağacından asmağı əmr etmişdi. Sonra aylarla dar ağacından asılı qalan Zeydin qurumuş bədənini Hişam ibn Əbdülməlikin əmrilə yandıraraq külünü göyə sovurdular.

Hişam ibn Əbdülməlikin törətdiyi cinayətlər saysız hesabsızdır. Amma burada qeyd olunması zəruri olan məsələ budur ki, onun ölümündən sonra Vəlid ibn Yəzid hakimiyyətə gəlir. Qohum olmaqlarına baxmayaraq, Vəlid öz doğma əmisi olan Hişam ibn Əbdülməlikə hədsiz nifrət edirdi.

O, Hişam ibn Əbdülməlikin cəsədini qüsülsüz və kəfənsiz o qədər saxladı ki, meyyit artıq iylənməyə başladı. Axırda onun iylənmiş cəsədini ölü it kimi bir çalaya atıb üstünü torpaqla basdırdılar.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin