SAY
Sayın quruluşca növləri
Saylar quruluşca üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb saylar.
Sadə saylar bir kökdən ibarət olur. Məsələn: bir, üç, yeddi, on, əlli, səksən, doxsan, milyon və s. Saylara aid heç bir qrammatik yoxdur.
Düzəltmə saylar kök və leksik şəkilçidən ibarət olur. İsim və sifətdən fərqli olaraq, düzəltmə saylar başqa nitq hissələrindən yox, yalnız sayların özündən düzəlir. Düzəltmə saylar sadə saylara -ıncı4 şəkilçisini artırmaqla düzəlir. Bu şəkilçi yalnız saya aid şəkilçidir: qırxıncı, səkkizinci, onuncu. -la² və -ca² şəkilçilərinin köməyi ilə düzələn onlarla, yüzlərlə, onlarca, minlərcə tipli saylar da quruluşca düzəltmədir. "Çoxlu" sayı da quruluşca düzəltmədir. Say düzəldən bütün leksik şəkilçilər türk mənşəlidir.
Mürəkkəb saylar da, əsasən, saylardan yaranır. Məsələn: üç-dörd, beş-altı, on-on beş, on iki, otuz üç, yüz iyirmi beşinci, bir çox, bir az, bir qədər, beşdə üç, ikidə bir və s. İki-üç, üç-dörd tipli mürəkkəb qeyri-müəyyən miqdar sayları defislə, qalanları isə ayrı yazılır. Bitişik yazılan mürəkkəb say yoxdur.
Defislə yazılan mürəkkəb saylar əsl mürəkkəb saylar, ayrı yazılan saylar isə tərkibi saylar sayılır.
Say — əşyanın sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi.
"Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s.
Sayın mənaca növləri
Dostları ilə paylaş: |