«İcarəçi» adlandırılan



Yüklə 26,22 Kb.
tarix14.07.2018
ölçüsü26,22 Kb.
#56416

NƏQLİYYAT VASITƏSİNİN İCARƏ MÜQAVİLƏSİ

Bakı şəhəri                                                                                                                             «__» ________ 20___

Bir tərəfdən «İcarəçi» adlandırılan «__________________________», Nizamnamə əsasında fəaliyyət göstərən Şirkətin Baş Direktoru ________________un şəxsində

və digər tərəfdən «İcarəyəverən» adlandırılan «__________________________» MMC, Nizamnamə əsasında fəaliyyət göstərən Cəmiyyətin Prezidenti  ________________________nın  şəxsində, bu Müqaviləni aşağıdakılar barədə bağladılar:



1.     MÜQAVİLƏNİN PREDMETİ

1.1.İcarəyəverən, qanuni əsaslarla ona məxsus olan «__________________» markalı minik nəqliyyat vasitəsiı, (sonradan «Nəqliyyat vasitəsi» adlandırılır; Dövlət nömrə nişanı: ____________; Buraxılış ili: ______________; Mühərrik № _____________; Rəngi: ___________r; Tip: _______; Ban: ____________________)icarəyə verir, İcarəçi isə həmin Nəqliyyat vasitəsiı  xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir.

1.2.Bu Müqavilədə qeyd edilən Nəqliyyat vasitəsiın icarəyə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur.

2. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ

2.1.İcarəçinin öhdəlikləri aşağıdakılardır:

2.1.1.Bu Müqavilənin 1.1. bəndində qeyd edilmiş Nəqliyyat vasitəsiı «__» ________ 20___ tarixdə  qəbul etmək.

2.1.2.Nəqliyyat vasitəsiın icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu Müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək.

2.1.3.İcarəyə alınmış Nəqliyyat vasitəsiı ona uyğun olan texniki istismar qaydalarına müvafiq olaraq saxlamaq və birbaşa təyinatı üzrə yalnız xidməti ehtiyacları üçün istifadə etmək.

2.1.4.İcarəyə alınmış  Nəqliyyat vasitəsiın lazım olan mühafizəsini təmin etmək.

2.1.5.İcarəyə alınmış Nəqliyyat vasitəsiın zəruri yanacaqla təmin olunmasını öz qüvvə və vəsaiti hesabına həyata keçirmək.



2.2.İcarəyəverənin öhdəlikləri aşağıdakılardır:

2.2.1.Bu Müqavilənin 1.1. bəndində qeyd edilmiş Nəqliyyat vasitəsiı  «__» ________ 20___ tarixdə İcarəçiyə təhvil vermək.

2.2.2.İcarəyə verilmiş Nəqliyyat vasitəsidan lazım olan, birbaşa təyinatı üzrə istifadəsinə nəzarət etmək və zəruri hallarda, Nəqliyyat vasitəsidan istifadəsi barədə İcarəçidən hesabat tələb  etmək.

2.3.İcarəçinin icarəyə aldığı Nəqliyyat vasitəsidan istifadə olunması nəticəsində əldə etdiyi hər hansı məhsul və gəlir, onun tam mülkiyyəti sayılır.

2.4.İcarəyə alınmış Nəqliyyat vasitəsi İcarəyəverənin yazılı razılığı ilə yaxşılaşdırıldıqda (təkmilləşdirildikdə) bu Müqavilənin müddəti qurtardıqdan və ya Müqavilə pozulduqdan sonra, İcarəçinin hüququ var ki, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini İcarəyəverəndən tələb  etsin.

2.5.İcarəyə verənin yazılı icazəsi olmadan İcarəçinin həyata keçirdiyi və icarəyə alınmış Nəqliyyat vasitəsia zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar (təkmilləşdirmələr), bu Müqavilənin müddəti qurtardıqdan və ya Müqavilə pozulduqdan sonra, əvəzi ödənilmədən İcarəyəverənə keçir.



3.     İCARƏ HAQQI

3.1.İcarəçi bu Müqavilədə qeyd edilmiş və icarəyə alınmış Nəqliyyat vasitəsiın 1 (bir) təqvim günü müddətinə icarəsi üçün İcarəyəverənə _____________ manat məbləğində icarə haqqını ödəyir.

3.2.Nəqliyyat vasitəsidan istifadənin bu Müqavilədə nəzərdə tutulmuş şərtləri və yaxud Nəqliyyat vasitəsiın (tamamilə və ya bir qisminin) vəziyyəti İcarəçinin cavabdeh olmadığı səbəblər üzündən xeyli pisləşsə, İcarəçinin hüququ var ki, bu Müqavilədə müəyyən edilmiş icarə haqqının məbləğinin azaldılmasını tələb etsin.

3.3.Tərəflər arasında olan bütün hesablaşmalar müəyyən olunmuş nağd və ya nağdsız haqq-hesablar qaydası əsasında həyata keçirilir.



4.     MÜQAVİLƏNİN MÜDDƏTİ

4.1.Bu Müqavilə «__» ________ 20___ il tarixdən «__» ________ 20___ il tarixədək bağlanır.



5.     TƏRƏFLƏRİN  MƏSULİYYƏTİ

5.1.Bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərəri ödəməlidir.

5.2.İcarəçi, qanunvericiliklə müəyyən olunmuş qaydada, icarəyə alınmış Nəqliyyat vasitəsiın qorunması və saz olunması üçün İcarəyəverən qarşısında tam maddi məsuliyyət daşıyır.

6.     MÜQAVİLƏNİN  LƏĞV  EDİLMƏSİ VƏ DƏYİŞDİRİLMƏSİ ŞƏRTLƏRİ

6.1.Bu Müqavilə aşağıdakı hallarda ləğv edilə bilər:

6.1.1.Müvafiq tərəf icarə üçün nəzərdə tutulmuş Nəqliyyat vasitəsiı bu Müqavilədə müəyyən edilmiş müddətdə icarəyə verməsə və yaxud icarəyə qəbul etməsə;

6.1.2.İcarəyə alınmış Nəqliyyat vasitəsidan İcarəçi tərəfindən birbaşa təyinatı üzrə istifadə edilməsə;

6.1.3.İcarəyə alınmış Nəqliyyat vasitəsiın vəziyyəti İcarəçinin cavabdeh olmadığı səbəblərdən xeyli pisləşdikdə və nəticədə bu əmlakdan birbaşa təyinatı üzrə istifadəsi mümkün olmadıqda.

6.2.Bu Müqavilənin şərtlərinin dəyidirilməsinə və/və ya onun müddətindən əvvəl ləğv edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.

Tərəflərdən birinin bu Müqavilənin şərtlərini pozduğu hallarda Müqavilə diğər tərəfin tələbi ilə qüvvədə olan   qanunvericiliyin  müəyyən etdiyi qaydada ləğv oluna bilər.

7.     MÜQAVİLƏNİN  NÜSXƏLƏRİ

7.1.Bu Müqavilə azərbaycan dilində 2 (iki) nüsxədə tərtib olunub və imzalanıb.

Göstərilən nüsxələrdən hər biri eyni hüquqi qüvvəyə malikdir.

8.     TƏRƏFLƏRİN ÜNVANLARI, BANK REKVİZİTLƏRİ VƏ İMZALARI

8.1. «İcarəçi»:

«__________________» MMC

8.2. «İcarəyə verən»:



«__________________» MMC

«İcarəçi»

________________

(M.Y.)





«İcarəyə verən»

__________________________

(M.Y.)


Təhvil-təslim

 AKTI



Bakı şəhəri                                                                                                                      «__» ________ 20___

Biz, aşağıda imza edənlər, «__» ________ 20___ tarixli Nəqliyyat vasitəsiın icarə Müqavilənin tərəflərini təmsil edən, «İcarəyəverən» «__________________» MMC-nin nümayəndəsi_____________________________________________________ və İcarəçi «ANS» Müstəqil Yayım və Media Şirkətinin nümayəndəsi __________________________

_____________________________bu Aktı ona görə tərtib etdik ki, İcarəyəverən yuxarıda göstərilən Müqavilənin şərtlərinə müvafiq «__________________» markalı minik Nəqliyyat vasitəsiı (Dövlət nömrə nişanı: ____________; Buraxılış ili: ______________; Mühərrik № _____________; Rəngi: ___________r; Tip: _______; Ban: ____________________) İcarəçinin xidməti ehtiyacları üçün İcarəçinin istifadəsinə icarəyə təhvil verir, İcarəçi isə həmin Nəqliyyat vasitəsiı icarəyə qəbul edir 

İcarəyə verilən Nəqliyyat vasitəsiın hazırkı vəziyyəti aşağıdakılardır:

______________________________________________________________________

______________________________________________________________________         ______________________________________________________________________

Bu Akt  2(iki) nüsxədə tərtib olunub və onun bir nüsxəsi İcarəçidə, digəri isə Sifarişçidə saxlanılır.

 

Təhvil verdi:                                                                                  Təhvil aldı:



İcarəyəverənin nümayəndəsi:                                 İcarəçinin nümayəndəsi:

__________________________                                  ___________________________
Yüklə 26,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin