Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


Qitələr çərçivəsində fəaliyyət göstərən təşkilatlar



Yüklə 1,29 Mb.
səhifə42/118
tarix10.01.2022
ölçüsü1,29 Mb.
#107804
1   ...   38   39   40   41   42   43   44   45   ...   118
Qitələr çərçivəsində fəaliyyət göstərən təşkilatlar;

Belə qurumlar, bir qitənin hüdudları çərçivəsində öz fəaliyyətlərini həyata keçirirlər. Məsələn: Afrika Birliyi Təşkilatı, Avropa Ittifaqı, Avropa bazarı, Amerika Ölkələri Təşkilatı və s.



Qitələrarası qurumlar;

Bu cür beynəlxalq təşkilatlar öz üzvlərini iki və ya bir neçə qitələrin ölkələri arasından seçirlər. Məsələn, Islam Konfransı Təşkilatının üzvləri, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdən ibarətdirlər ki, bunlar da müxtəlif qitələrdə yerləşirlər. Yaxud, Sakit okean hövzəsi və Asiya ölkələrinin iqtisadi komissiyasına üzv olan dövlətlər, bir neçə qitədə yerləşən ölkələrdən təşkil olunmuşlar. Әrəb Liqası Təşkilatlarının üzvləri isə, iki qitədən seçilirlər (Asiya və Afrika).



Ümumdünya üzrə fəaliyyət göstərən təşkilatlar.

Bu cür qurumların üzvləri bütün dünya ölkələri arasından seçilə bilir və həmin təşkilatların nüfuz dairəsi, Yer kürəsinin hər guşəsinə şamil olur. Onların fəaliyyətləri ya xüsusi, ya da ümumi istiqamətlərdə həyata keçirilir. Belə qurumlara aşağıdakıları misal göstərmək olar: BMT və ona tabe olan qurumlar, Bitərəf Ölkələr Təşkilatı (və bloklara qoşulmayan dövlətlər), OPEK, Ümumdünya Bankı, Beynəlmiləl Atom Enerjisi Agentliyi, Beynəlmiləl Dəniz Hüququ üzrə Konvensiya və s.

Bu növ beynəlxalq təşkilatların coğrafi ərazi baxımından əhatə dairəsi “bitişik” və ya “qeyri-bitişik” ola bilər. Yəni, bəzi ümumdünya təşkilatlarına üzv olan ölkələrin əraziləri, bir-birləri ilə bilavasitə bitişik olurlar və yalnız, dövlət sərhədləri ilə ayrılırlar. Bəzilərinin ərazisi isə, coğrafi cəhətdən bir-birlərindən aralı olur. Belə təşkilatlara misal olaraq OPEK, Islam Konfransı və s.-i göstərmək olar. Bitişik ərazili ölkələrdən təşkil edilən qurumlara isə, aşağıdakıları misal çəkmək olar: EKO, Fars Körfəzi Ölkələrinin Həmkarlıq Şurası, Әrəb Ölkələri Liqası, Afrika Birliyi Təşkilatı, Avropa Ittifaqı və s.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin