Bu bölmədə biz BMT-nin əsas orqanları ilə bağlı olan qurumları tanıtdıracağıq. Belə qurumlar BMT-nin nəzarəti altında fəaliyyət göstərirlər. Onların hamısının iş və vəzifələrini qeyd etmək imkanımız olmadığından, bu qurumların yalnız adlarını çəkməklə kifayətlənəcəyik:
a) Ümumi yığıncağa tabe olan qurumlar:
Әsas və müəyyən müddətli komitələr;
Daimi komitələr və xüsusi qurumlar;
Köməkçi və asılı qurumlar;
BMT-nin Fələstin qaçqınlarına kömək üzrə agentliyi;
Atom enerjisi üzrə beynəlxalq agentlik.
b) Ictimai-iqtisadi şura ilə əlaqədar qurumlar:
Ümumdünya “ərzaq proqramı” qurumu.
Beynəlmiləl Ticarət Mərkəzi
Ictimai tərəqqi, insan hüquqları, narkomaniya və narkotik maddələrin yayılması ilə mübarizə, qadınların vəziyyəti, cinayətkarlığa qarşı mübarizə, elm və texnologiyaların inkişafı üzrə əməli komissiyalar;
Daimi və müəyyən müddətli komitələr;
Xüsusi ixtisaslı qurumlar;
Afrika üzrə iqtisadi-ictimai komissiya (Әddis-Әbəbə);
Avropa üzrə iqtisadi-ictimai komissiya (Cenevrə);
Latın Amerikası və Karib dənizi hövzəsi üzrə iqtisadi-icitmai komissiya (Santyaqo);
Asiya və Okeaniya üzrə iqtisadi-ictimai komissiya (Bankoq);
Qərbi Asiya üzrə iqtisadi-ictimai komissiya (Bağdad).
v) Daha müstəqil, lakin ictimai-iqtisadi şuraya bağlı olan qurumlar bunlardır:
Beynəlmiləl Әmək Təşkilatı;
Әkinçilik və ərzaq üzrə təşkilat;
YUNESKO (elm, mədəniyyət, maarif üzrə);
Ümumdünya Səhiyyə Təşkilatı;
Abadlıq və yenidən qurma üzrə Dünya Bankı, abadlaşdırma üzrə Beynəlxalq Ittifaq, Beynəlxalq Maliyyə Müəssisəsi;
Beynəlxalq Valyuta Fondu;
Aviasiya üzrə Beynəlxalq Təşkilat;
Ümumdünya Poçt Ittifaqı;
Beynəlxalq Telefon Rabitəsi Ittifaqı;
Ümumdünya Sinoptika Təşkilatı;
Beynəlxalq Naviqasiya Təşkilatı;
Ixtira və kəşfləri qeydiyyata alan ümumdünya təşkilatı;
Әkinçiliyin inkişafı üzrə beynəlxalq bank;
BMT-nin sənaye inkişafı üzrə təşkilatı;
Ümumdünya Ticarət Təşkilatı.
q) Ümumi yığıncaq və iqtisadi-ictimai şuraya tabe olan, onlarla müştərək fəaliyyət göstərən qurumlar:
Qadın problemləri və təlim-tərbiyə üzrə beynəlxalq müəssisə;
BMT-nin məskunlaşma üzrə mərkəzi;
BMT-nin ticarət inkişafı üzrə konfransı;
BMT-nin inkişaf proqramı;
BMT-nin ekologiya proqramı;
BMT-nin cəmiyyət bankı;
Qaçqınlar üçün BMT-nin ali komissarlıq dəftərxanası;
BMT-nin uşaq fondu;
BMT-nin təlim-tərbiyə və təhqiqat üzrə müəssisəsi;
BMT-nin universiteti;
Ümumdünya ərzaq şurası.
d) Təhlükəsizlik şurasına bağlı qurumlar:
Daimi komitələr və xüsusi qurumlar;
Beş daimi üzvlərin müştərək qərargah rəislərindən ibarət olan Hərbi Qərargah Komitəsi;
Dünyanın müxtəlif məntəqələrində sülhü mühafizə əməliyyatlarını həyata keçirən qurumlar. O cümlədən:
3.1 Orta şərqdə müharibənin dayandırılmasına nəzarət edən təşkilat;
3.2 Hindistan və Pakistanda hərbi müşahidəçilər qrupu;
3.3 Cövlan təpələrindəki müşahidəçi qüvvələr;
3.4 Kiprdəki sülhqoruyucu qüvvələr;
3.5 Livandakı müvəqqəti qüvvələr;
3.6 Iraq-Küveyt arasındakı müşahidəçi heyət;
3.7 Anqoladakı 2-ci ayırıcı heyət;
3.8 San-Salvadordakı müşahidəçi heyət;
3.9 Qərbi Səhradakı müşahidəçi heyət;
3.10 Sabiq Yuqoslaviyadakı sülhqoruyucu qüvvələr;
3.11 Somalidəki BMT-nin əməliyyatı;
3.12 BMT-nin Mozambikdəki əməliyyatı;
3.13 BMT-nin Liberiyadakı əməliyyatı.
3.14 BMT-nin Haitidəki əməliyyatı;
3.15 BMT-nin Ruandadakı əməliyyatı;
3.16 BMT-nin Gürcüstandakı əməliyyatı;
3.17 Iran-Iraq arasındakı müşahidəçilər qrupu.
Dostları ilə paylaş: |