(4-2) BEYNӘLXALQ ӘLAQӘLӘRDӘ HAKİM OLAN HÜQUQİ QAYDALAR
Beynəlxalq cəmiyyəti, bir-birilə iki və ya çoxtərəfli əlaqə və münasibətləri olan ölkələr qrupu təşkil edir. Buna görə də, ölkələrin münasibətlərinin tənzimlənməsi və hüquqlarının qorunması üçün qayda-qanunlar təyin olunmalıdır ki, beynəlxalq məhkəmə orqanı, yəni Beynəlxalq Әdalət Məhkəməsinin (tribunalı) ümumi qanunlarına əsasən əməl etsinlər. Beynəlxalq Әdalət Məhkəməsi Әsasnaməsinin 38-ci maddəsinə əsasən, beynəlxalq əlaqələrdə hakim olan hüquqi qaydalar aşağıdakılardan ibarətdir:
Aktlar, müqavilə və ya beynəlxalq konvensiyalar;
Dövlətlərin ümumi ənənə və metodları şəklində qəbul olunmuş beynəlxalq ənənələr;
Ümumi və tərəfli hüquqi əsaslar;
Beynəlxalq məhkəmələrin mühakimə rəyləri kimi azəhəmiyyətli mənbələr və mötəbər hüquqşünasların əsər və kitabları.