(4-3) BEYNӘLXALQ ӘLAQӘLӘRDӘ OLAN SİYASİ ÜSULLAR (ӘSASLAR), PRİNSİPLӘR
Әvvəlki bəhslərdə işarə etdik ki, beynəlxalq əlaqələr hüquqi üsul (əsas) və qaydalar əsasında tənzimlənir. Ölkələr arasında olan əlaqələr iki və çoxtərəfli əlaqələrdən asılı olmayaraq, siyasi üsul və prinsiplərin təsiri altında qərar tuturlar. Bu üsullar mümkündür ki, ikili hüquqi və siyasi mahiyyətə malik olsunlar. Beynəlxalq əlaqələrdə olan siyasi üsulların ən əhəmiyyətlisi aşağıdakılardan ibarət idi:
Ölkələrin bərabər olması prinsipi (əsli);
Ölkələrin daxili işlərinə qarışmamaq prinsipi (əsli);
Müstəqillik prinsipi (əsli);
Dövlətlərin qarşılıqlı hörməti;
Dinc yanaşı yaşamaq və bir-birlərinin ərazilərinə təcavüz etməmək prinsipi (əsli);
Qarşılıqlı təhlükəsizlik və qanuni müdafiə prinsipi (əsli);
Ixtilaflı məsələlərdə beynəlxalq mühakimə prinsipi (əsli);
Tanıma prinsipi (əsli);
Güc tarazlığı prinsipi (əsli).
Adı qeyd olunan prinsiplərin hamısı və ya bəzisi BMT nizamnaməsinin birinci fəslinin birinci və ikinci maddələrində bəyan olunmuşdur. Həmçinin, 1970-ci il oktyabrın 24-də keçirilən BMT-nin təsis olunmasının 25 illik yubileyində verilən bəyannamədə. nizamnamənin birinci fəslinin məzmununa daha aydın şəkildə təkid olundu və yeddi prinsip diqqət mərkəzində qərar tutdu:
Ölkələr öz əlaqələrində hər hansı ölkənin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı zor işlətməkdən və həmçinin, BMT-nin məqsədlərinə uyğun gəlməyən hər hansı hərəkət metodu seçməkdən çəkinməlidirlər;