Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары



Yüklə 1.11 Mb.
səhifə4/23
tarix25.06.2018
ölçüsü1.11 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23

(4-2) BEYNӘLXALQ ӘLAQӘLӘRDӘ HAKİM OLAN HÜQUQİ QAYDALAR


Beynəlxalq cəmiyyəti, bir-birilə iki və ya çoxtərəfli əlaqə və münasibətləri olan ölkələr qrupu təşkil edir. Buna görə də, ölkələrin münasibətlərinin tənzimlənməsi və hüquqlarının qorunması üçün qayda-qanunlar təyin olunmalıdır ki, beynəlxalq məhkəmə orqanı, yəni Beynəlxalq Әdalət Məhkəməsinin (tribunalı) ümumi qanunlarına əsasən əməl etsinlər. Beynəlxalq Әdalət Məhkəməsi Әsasnaməsinin 38-ci maddəsinə əsasən, beynəlxalq əlaqələrdə hakim olan hüquqi qaydalar aşağıdakılardan ibarətdir:

  1. Aktlar, müqavilə və ya beynəlxalq konvensiyalar;

  2. Dövlətlərin ümumi ənənə və metodları şəklində qəbul olunmuş beynəlxalq ənənələr;

  3. Ümumi və tərəfli hüquqi əsaslar;

  4. Beynəlxalq məhkəmələrin mühakimə rəyləri kimi azəhəmiyyətli mənbələr və mötəbər hüquqşünasların əsər və kitabları.

(4-2-1) BEYNӘLXALQ KONVENSİYALAR


Konvensiya (saziş), beynəlxalq əlaqələrdə çox mühüm olan hüquqi mənbələrdən biri kimi tanınır. Buna görə də, bu sahə iki və daha artıq ölkənin azad iradə, fikir birliyi və həmrəyliyini ifadə edir. Konvensiya ölkənin daxili hüquqlarından fərqlənir. Bir ölkənin daxili hüququ birtərəfli iş olduğu üçün onun həyata keçmə və səlahiyyət dairəsi, ölkə sərhədləri çərçivəsində olmaqla, yalnız onun vətəndaşlarına şamil olur. Lakin konvensiya—hər biri dünya cəmiyyətinin bir üzvü kimi hesab olunan ölkələr qrupunun razılığa gəlməsinin son nəticəsidir. Beynəlxalq konvensiyalar çoxlu sayda dövlət və ölkələr arasında bağlandıqda, “Ümumi Konvensiya” adlanır. Lakin iki və ya bir neçə məhdud sayda ölkə arasında tənzim və təsdiq olunarkən, “Xüsusi Konvensiya” adlanır.

Beynəlxalq konvensiyalar hüquqi cəhətdən də iki dəstəyə bölünürlər:

Birinci dəstə müqavilə xarakteri daşıyaraq, iki tərəf üçün bərabərsəviyyəli mənafe və təəhhüdləri vücuda gətirən və üzvlərini hər hansı bir işin yerinə yetirilməsidə cavabdeh edən, iki və daha artıq ölkənin razılığı əsasında bağlanır. Konvensiyaların başqa dəstəsi, qanun və ya qanunvericilik xarakteri daşıyır ki, onu imza edənlər beynəlxalq cəmiyyət işlərinin necə idarə və təşkil olunması və ya ümumi xidmət növlərinin və ya ona oxşar işlərin yerinə yetirilmə metodları haqqında bir ölkənin qanunverici orqanlarının qəbul etdiyi qanunlar kimi qayda-qanunlar verilir. Bu cür konvensiyalarda birgə hədəfləri əldə etmək üçün dövlətlərin mövqe və mənafeləri nəzərə alınır və bir neçə dövlət arasında yazılmış müqavilə şəklinə düşür. Müqavilə adlarının “akt”, “saziş”, “protokol”, “nizamnamə xartiyası”, “konvensiya” və “memorandum” kimi çoxsaylı olması ölkələrin iradə, razılaşma və həmrəyliyini hər hansı bir mövzu və məsələdə münəkis etdirən müqavilələrinin tərkibinin mahiyyətinə heç bir təsiri yoxdur. Әlbəttə, protokol kimi bəzi adların şamil olmasının az əhəmiyyəti vardır. Çünki protokoldan daha çox, hər hansı bir mətləbin izahı və ya hər hansı bir şərtin bəyan edilməsi üçün istifadə olunur. Dövlətlərin və onların qanunverici orqanlarının təsdiq etdikləri rəsmi və qanuni müqavilələrlə yanaşı, səlahiyyəti müqavilələrdən az olan başqa sazişlər də mövcuddur. Bu cür sazişlər “sadə saziş” adlanır. Bu sazişlər ya memorandum, iclaslarda qəbul olunmuş protokol, birgə bəyannamə və ya məktublar vasitəsilə mübadiləsi ilə bağlanılır. Adətən, qanunverici orqanların onu təsdiq etməsinə ehtiyac duyulmur. Yalnız ölkə və ya onların rəsmi nümayəndələrinin imza və təsdiq etməsi kifayətdir. Beynəlxalq konvensiyaların son mərhələyə çatmasının xüsusi mərhələ və mərasimləri vardır. Әvvəl, təşkil olunan komissiya və ya konvensiyada şərik olan üzvlərdən ibarət iş komitəsi vasitəsilə müqavilənin ilk mətni hazırlanır. Daha sonra müqavilənin məzmununu üzv olan dövlətlərin rəsmi nümayəndələri imzalayırlar. Lakin onun icra olunması, müqavilədə qabaqcadan nəzərdə tutulan və dövlətlərin rəsmi nümayəndələri tərəfindən imzalanan bir sıra şərtlərin (ölkənin təsdiq, qəbul və birləşdirilməsi üçün müəyyən ediləcək həddin təyin olunması və lazımi sənədlərin müqaviləni hazırlayan katibliyə (büroya) təhvil verilməsi kimi) həyata keçməsindən asılıdır.

Daha sonra müqavilə, səlahiyyətli orqanlarda təsdiq olunmaq üçün imza edilən ölkələrə göndərilir. Әgər dövlət və icraedici orqanların səlahiyyəti çatarsa, onun təsdiq olunmasını həyata keçirir, lakin bu mümkün olmadıqda onu, təsdiq olunmaq üçün lazımi orqanlara göndərirlər. Hər müqavilənin tarixi və onların təsdiq olunma vaxtı üzv olan dövlətlər və ya onların nümayəndələri vasitəsilə təyin olunur. Lakin onun icra olunması vaxtı, üzv olan ölkələrin1 sayı müəyyən edilmiş həddə çatdıqda, müqavilə və ya konvensiyaya əlavə olunan sənədlər təhvil verildikdən sonradır. Hərbi və təhlükəsizlik sahəsində olan müqavilələr istisna olunmaqla, imza olunmuş bütün müqavilələr Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeydiyyatdan keçirilməlidir. Həmçinin, bütün dövlətlərin ondan xəbərdar olmaları və hüquqi orqanların ona istinad edə bilmələri üçün onun çap olunması həyata keçirilməlidir. Təsdiq olunmuş müqavilə xüsusi hörmətə malikdir. Çünki, düzgün hüquqi qayda və üsullara riayət olunmaqla bağlanılan və təsdiq olunan beynəlxalq müqaviləyə hörmət qoymaq, beynəlxalq hüququn aşkar əsaslarından biridir. Imza edən ölkə və dövlətlər, imzalanmış saziş və ya müqavilədən doğan öhdəçilik və təəhhüdləri yerinə yetirməyə borcludurlar. Әlbəttə, dövlət və ya dövlətlərin müqavilənin sənədini imzalamaqla yanaşı, bəzi şərtləri də qeyd etməyə haqqları vardır. Saziş və ya müqavilənin imzalanması və rəsmi şəkildə ona qoşulmaq, ölkələrin daxili məhkəmələri üçün də zəruridir. Çünki, onun təəhhüdləri milli xarakter daşıyır və onu qəbul edən ölkənin bütün hökumət orqanları müqavilənin bütün öhdəçiliklərini yerinə yetirməyə börcludurlar. Beynəlxalq müqavilələrdən bəziləri, onu qəbul və təşkil edən ölkələrdən başqa üzv olmaq istəyən ölkələrə də şamil olur. Bəs, üzv olmağı arzulayan yeni ölkə, konvensiyanın məzmununu qəbul etməli və ya öz şərtlərini qeyd etməklə üzv olmaq istədiyini elan etməlidir. Müqavilə və konvensiyalar bir qayda olaraq, onların üzvlərinin razılığı ilə təyin olunan etibar və qüvvədəolma vaxtına malikdirlər. Lakin bəzi müqavilələr etibar vaxtına malik deyildir. Әlbəttə, bu cür müqavilələr şəraitin dəyişməsi ilə və ya imza edən bir və ya bir neçə üzvün etirazı ilə mümkündür ki, təxirə salınsın və ya ləğv olunsun. Bu səbəbdən müqaviləni hazırlayanlar onu ləğv etməyə qadirdirlər.

Göründüyü kimi, qarşıya qoyulan vəzifələri yerinə yetirməyə iki nəfər məsul olduqda, ikitərəfli müqaviləni birtərəfli şəkildə pozmaq olmaz və hətta dövlət və hökumətin dəyişilməsi də onun icra olunmasına mane ola bilməz. Çünki, beynəlxalq hüququn əsas üsullarından biri budur ki, üzv olan ölkələrdən heç biri, müqavilə əsasında qəbul etdikləri öhdəçiliklərdən boyun qaçıra bilməz və həmçinin, başqa üzvlərin razılığı olmadan onun qayda-qanunlarında dəyişiklik edə bilməzlər. Müqavilələrdən bəziləri, məxsusən, ikitərəfli müqavilələr mümkündür ki, müharibə nəticəsində ləğv olunsun və ya təxirə salınsın. Lakin, əsirlərlə necə rəftar etmək və ya döyüş zamanı Qırmızı Xaç cəmiyyətinin fəaliyyət formasının təyin olunması kimi müharibələr özü haqqında olan müqavilələr mötəbərdir.

Beynəlxalq müqavilə və konvensiyalar dövlət və millətlərin əlaqələrinin genişlənməsi ilə həmişə vüsət almaqda və çoxalmaqdadır. “Dənizlərin Hüquqları” haqqındakı 1982-ci konvensiyası kimi müqavilələrin bəziləri dünyaya hakim olan ümumi quruluşları (sistemləri) müəyyin edirlər. Birləşmiş Millətlər Təşkilatı məntəqə üzrə olan beynəlxalq təşkilatların və müxtəlif iqtisadi, ictimai, siyasi və mədəni sazişlərin fasiləsiz olaraq artmasını nəzərə alaraq, Beynəlxalq Hüquq Komissiyasını (I.L.C.) təsis etmişdir. Bu komissiya BMT tərəfindən beynəlxalq hüquqi qanunları tərtib etməyə məmur olunmuşdur. Adı çəkilən komissiya, BMT-nin Baş Məclisinin qərarı ilə seçilən və habelə dünya hüquq sistemlərinin nümayəndələri sayılan 34 müstəqil hüquqşünasdan ibarətdir.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə