İki kompüteri şəbəkə kartları vasitəsi ilə birbaşa qoşma
Bu başlıqda iki kompüteri bir-birinə birləşdirərək şəbəkə yaradacağıq. İki kompüterdən başlamağımın səbəbi həm ən kiçik şəbəkə olmasıdır, həm də evdə əsasən iki kompüter olmasıdır. İlk olaraq bizə nə lazım olacaq ona baxaq.
-
2 metr UTP CAT5e kabel əgər kompüterlər yan-yana qoyulubsa
-
2 dənə RJ-45 jak (2 dənə bəs edir amma 4 dənə alsanız, jakı səhv birləşdirsəniz və xarab etsəniz əsəbiləşmədən, mağazaya getmədən özünüzə bir daha şans verə bilərsiniz. Jak-ın 2008-01-20 tarixindəki qiyməti 40 qəpikdir. Məncə 10 dənə də almaq olar, çox da baha deyil.)
Səhv salmamaq üçün sizə tanış olan telefon jak-ı RJ-11-i də göstərirəm. RJ-45 telefon jak-ından həcmcə böyükdür, amma RJ-45-ə çox oxşayır.
-
1 dənə sıxma aləti. Qiyməti 2008-01-20-də 5 manatdır.
İndi isə keçək quraşdırmağa. Kabeli çarpaz formada düzəldirsiniz. Əgər necə? sualını versəniz. UTP kabel düzəltmə başlığını oxuyun və orada çarpaz kabelin necə düzəldilməsi haqda hər şey yazılıb, ya da ən asan yolu kabeli aldığınız mağazadan hazır çarpaz kabel ala bilərsiniz. Kabel hazır olduqdan sonra onu hər iki şəbəkə kartına salın. Sonra kompüteri yandırın.
|
VİSTA_Qırmızı_ilə_işarə_olunan_yerdə__Network'>VİSTA
Qırmızı ilə işarə olunan yerdə
Network(şəbəkə) yazılıb.
Bura daxil olun və aşağıdakı kimi pəncərə açılacaqdır.
XP-də My Network Place kimi adlandırılıb.
|
|
VİSTA
Bu pəncərədə Network and Sharing Center düyməsinə bas.
|
|
VİSTA
Açılan pəncərənin sol tərəfində yerləşən söz ilə yazılmış düymələr içərisindən Manage network connections (Şəbəkə qoşulmalarını idarə et) düyməsini sıx.
|
|
XP
XP-də bu düymə My Network place
–də sol tərəfdə yerləşir. Ora daxil olun və sol tərəfdəki menyuya baxın.
|
|
XP
View Network Connections sizə Local Area Connection-ı, yəni şəbəkənin qoşulmasını bildirən ikona göstərəcəkdir
View workgroup comuters isə şəbəkəyə qoşulu olan kompüterləri göstərəcəkdir və bu kompüter ikonalarının üzərinə sıxanda onların bölüşdüyü hər şey görünür.
|
|
Şəbəkə kartını taxıb sürücüsünü (driver) yükləyəndən sonra, XP və Vista şəbəkənin işləməsi üçün lazımi funksiyaları da yükləyir.
Client for Microsoft Networks - Digər kompüterlər üzərindəki paylanılan qaynaqlara çatmağa yarayan client proqramı.
Qos (Quality of Service Networking) Packet Scheduler – şəbəkədə göndərilən paketlərin qəbul edən tərəfdəki texnologiyaya uyğun olması və keyfiyyətli çatması ilə məşğul olur. Çox yerdə haqqında lazımsız funksiya kimi bəhs edilir.
File and Printer Sharing - Öz qaynaqlarımızı(disk, printer v.s.) digər istifadəçilərin istifadəsinə vermək üçün lazımi server proqram.
İnternet Protocol Version 4 (TCP/İPv4) Kompüterlərin öz aralarında danışacaqları dildir, yəni şəbəkə protokoludur. Yazının üzərinə gəlin və onu bir dəfə sıxın işarə olunandan sonra Properities düyməsini sıxın.
|
VİSTA və XP
Şəkildə gördüyünüz yazılar: İP address
Subnet mask Default gateway
Preferred DNS server Alternate DNS server
Bu yazılar və xanaların nə üçün olduğunu gəlin aydınlaşdıraq.
|
Dostları ilə paylaş: |