1966-cı ildə Charles Kao ve George Hockham şüşə fiber üzərindən məlumat göndərmənin mümkün olduğu fikrini ortaya atdılar. Fiber test edildi və fiber üzərində göndərilən məlumatların itmə səviyyəsi çox aşağı olduğu bilindi. Başqalarına nisbətdə ondan istifadə daha sərfəli idi. Fiber UTP kabellərə görə daha yüksək sürətdə və uzun məsafələrə məlumat ötürə bilirdi. Bu məsafə repeater(təkrarlayıcı(gücləndirici)) istifadə olunmadan 2 km-ə qədər çıxa bilirdi. UTP kabellərdə bu məsafə 100 m məsafəyə qədər idi. Fiber-in yüngül və incə quruluşu UTP kabel istifadə etmənin çətin olduğu məkanlarda istifadə olunurdu. Fiber-in bir başqa önəmliliyi də fiber-in elektromaqnit məkanlarda heç bir çətinliyə məruz qalmamağıdır. Çünki fiber kabeldən elektrik deyil, işıq vasitəsi ilə məlumatı göndərilir. Ona görə də elektrik maqnit sahəsi olan yerlərdə rahat işləyə bilir. Binalar arasında torpaq xəttindəki fərq problemi fiber üçün problem yaratmır. Fiber kimyəvi fabriklər, yaranan kiçik elektrik axımının partlayışa səbəb ola biləcəyi şərait üçün də idealdır. Son olaraq UTP və ya digər kabellərin əksinə, fiber kabeldən məlumat oğurlamaq çox çətindir. Fiber-in ən böyük əlverişsizliyi qiyməti və quraşdırılmasının çətin olmasıdır.
Dostları ilə paylaş: |