10BaseT siqnalının quruluşu və kabeldən istifadəsi
RJ-45 jak içində kabel tellərinə təmas edəcək pinlər vardır. Bu pinlər vasitəsi ilə şəbəkə kartı hər teldən fərqli bir siqnal yollayır.
|
RJ-45 jak üzərindəki pinlər, jakın pinləri sizə baxacaq şəkildə tutulduğunda soldan sağa 1-dən 8-ə qədər sırası qəbul edilir.
|
10BaseT bu pinlərdən 1 və 2-ni məlumat göndərilməsində(TX), 3 və 6-nı isə məlumat alınmasında (RX) istifadə edir.
Gördüyünüz kimi 4,5,7 və 8 pinlərə bağlı kabellər istifadə olunmur. Məlumat göndərilməsi və alınması fərqli tel cütlərindən düzəlsədə hub-lı bir sistemdə CSMA/CD texnologiyasının istifadə olunması səbəbi ilə şəbəkə kartı eyni anda bir cütdən məlumat qəbul etməsi və digərindən də göndərməsi mümkün deyildir, yəni full-duplex burada çalışa bilməz. Müəyyən bir anda hub-a bağlı cihazlardan sadəcə birisi tək başına məlumat göndərə bilər və ya ala bilər. Yəni half-duplex çalışa bilər. 1 və 2 pinlərə bağlı kabellər məlumat ötürməsi üçün (Transmit) istifadə edir, 3 və 6 isə məlumat qəbul etməkdə (Receive) istifadə edir. Kabel jak-a taxılarkən, TX kanalı bir cüt kabeli, RX isə başqa bir cüt kabeli istifadə edəcək şəkildə qurulmalıdır. Məsələn, yaşıl və yaşıl-ağ TX üçün, yəni pin1 və pin2-yə bağlanmalı, narıncı və narıncı-ağ tellər isə RX kanalı üçün, yəni pin 3 və pin6-ya uyğun gətirilməlidir. Rəng cütləri ilə bağlı bildirdiyim bağlantılar məcburi deyildir. Kabel iki ucu da doğru pinlər bir-birinə bağlanacaq şəkildə qurulduğunda kabellərin rəngi nə olursa olsun iş görə biləcəkdir.
Dostları ilə paylaş: |