Fast Ethernet
Fast Ethernet 100Mbit sürətində işləyən fərqli ethernet standartlarının ümumi adıdır. Çox istifadə olunan iki tipdən söz edilə bilərik. 10BaseT-nin davamı olan 100BaseT və 10BaseFL-in davamı olan 100BaseFX. Bütün bu ethernet növləri 10Base5 ilk ethernet-dən bəri istifadə olunan paket boyu, CSMA/CD texnologiyası və məntiqi topolojini eynən istifadə edir və əvvəlki versiyalarını dəstəkləyir.
100BaseT
IEEE iki tip 100BaseT standardı yaratmışdır. 100BaseTX və 100BaseT4.
100BaseT4
100BaseT4 Cat3 və üst UTP kabel üzərindən(cat4, cat5, cat6 ...) 100Mbit/Saniye sürətində çalışan ethernet-dir. IEEE CAT3 kabelləmənin yayılmış olduğu dövrdə mövcud kabel quruluşunu dəyişdirmədən 100Mbit sürətə çata bilmək üçün bu standartı yaratmışdır. 100BaseT4 CAT3 kabel də 100Mbit sürətinə çıxa bilər, ancaq 10BaseT-nin əksinə 4 tel cütünü də istifadə edir. Tel cütlərindən ikisini 10BaseT kimi məlumat alma və göndərmədə digər iki tel cütünü isə toqquşmanın olub-olmadığını kontrol etmək üçün istifadə edir. Mövcud olan CAT3 kabel üzərindən 100Mbit sürətinə çıxmaq olardı. CAT5 kabelə keçişin sürətli olması CAT3-ün yayılmış
istifadə olunmasının qarşısına aldı. Bundan əlavə 100BaseT4 yalnızca half-duplex-i dəstəklədiyi üçün günümüzdə istifadə olunmamaqdadır. 100BaseT4 haqda ümumi məlumat:
100Mbit/Saniyə Baseband
Hub ilə PC arasında 100m maksimum məsafə Cat3 və üstü UTP kabel ilə 8 tel-i də istifadə edir Star-bus
Digər bütün xüsusiyyətləri 10BaseT ilə eynidir
Dostları ilə paylaş: |