Half-duplex məlumatı göndərərkən birinci göndərir və sonra məlumat gəlir. Eyni anda məlumat gedib gələ bilmir. Full-duplex-də isə eyni anda məlumat gedişi və gəlişi olur. Yəni half tək yönlüdür full cüt yönlü. Həm 10BaseT, həm də 100BaseT şəbəkələrində məlumat ötürülməsi ayrı tel cütündən, qəbul edilməsi ayrı tel cütündən həyata keçirilir. Buna baxmayaraq əgər sistemlər hub ilə bağlıdırsa eyni anda məlumat ötürə və qəbul edə bilməzlər, yəni half-duplex işləyirlər. Çünki CSMA/CD texnikası səbəbi ilə eyni toqquşma sahəsi içindəki müəyyən bir anda yalnız tək bir kompüter kabeli istifadə edə bilər. Ancaq switch istifadə olunduğunda hər kompüter özü ilə switch arasında ayrı bir toqquşma sahəsinə sahib olduğuna görə toqquşma sahəsi problem olmayacaqdır. Bu halda switch-ə bağlı hər kompüter eyni anda həm göndərə, həm də qəbul edə bilər. Full-duplex işlədiyində şəbəkənin nəzəri olaraq məlumat ötürmə miqdarı iki dəfə artır (10Mbit-->20Mbit, 100Mbit-->200Mbit).
|
Full-duplex işləyə bilmək üçün hər iki tərəfində full-duplex-i dəstəkləməsi və tənzimlənmiş olmalıdır. İndiki vaxtda bütün şəbəkə kartları bu halı avtomatik olaraq təyin edib half-duplex və ya full-duplex kimi çalışa bilərlər. Bəzən daha yaxşı və əmin nəticə əldə etmək istəyirsinizsə işi özünüz görməlisiniz. Yəni aşağıda göstərdiyim şəkildə Ethernet Adapter-nin Properities-nə daxil olaraq şəbəkənizi switch-inizə uyğun qura bilərsiniz. 100Mbit-lik modern bir şəbəkə kartının windows istifadə etdiyi tənzimləmələrdə həm 10-100, həm də half-duplex/full- duplex kimi işləyə bildiyini görürük. Auto Sense seçildiyində şəbəkə kartı özünə ən uyğun şəkildə quracaqdır, amma özünüz başa düşərək istədiyiniz formanı istəyinizə görə seçə bilərsiniz.
|
Switch-ə bağlı hər uc, istərsə tək bir kompüter olsun, istərsə də başqa bir hub olsun, ayrı bir seqment və ayrı bir toqquşma sahəsi halına gəldiyi üçün 5-4-3 qaydası da kənarda qalmış olur.
Dostları ilə paylaş: |