Düz kabel düzəlmək üçün iki ucda eyni formada olmalıdır, yəni 568A<->568A və ya 568B<-
>568B şəklindədir. Kabelin hər iki sonluğunda eyni ardıcıllıq gözlənilməlidir.
Çarpaz Kabel
Əgər çarpaz kabel düzəltmək istəyirsinizsə bir ucu 568A, digərini 568B formasına görə düzəltməlisiniz.
Qeyd: Aşağıda verilən şəkillər vasitəsi ilə qısa vaxtda hansı kabel başlığı necə düzəldilməlidir və cihazlar arasında əlaqə yaratmaq üçün hansı kabel tipdən (düz kabel və ya çarpaz kabel) başlıqlardan istifadə etmək lazım olduğunu yada sala biləcəksiniz.
Düz kabel düzəldərkən iki formadan birini seçib rəng kodlarını əzbərləsəniz və hər düzəltdiyiniz kabeldə bundan istifadə etsəniz, bir kabelin ucu xarab olanda gedib digər ucunu kontrol etmənizə lüzum qalmaz. Hansı formanı seçim deyirsənsə, bir çox yerdə 568A<=>568A formasının dünyada ən yayılmış şəkildə istifadə formasıdır. Bunun elə də fərqi yoxdur. Əsas düzəldərkən bunları ayıra bilməkdir. Lazım olanda ikisini də düzəldə bilməlisiniz. Mən yadımda qalmadığı üçün telefonumda ikisini də qeyd etmişəm.