Jak taxmağa keçmədən istifadə edəcəyimiz alətləri bilək. Aşağıdakı şəkil sadə RJ-45 sıxma və kabel kəsmə alətidir.
ci alət daha keyfiyyətli bir sıxma alətidir, çünki həm RJ45, həm də RJ11 jak-larını sıxa bilərsiniz. Əslində yuxarıda gördüyünüz alətlərdən birisi işinizi görməyə bəs edəcəkdir. Ancaq kabelin çöl plastikini soyarkən istifadə edə biləcəyiniz bir alət var. Bu sizə vaxt qazandıracaqdır. Çünki adi bıçaqla kəsəndə çox vaxt kabeli zədələyirsiniz və sonra kabel jakdan qopur. Sıxma alətlərini alan zaman onların bütün pinləri tam sıxıb sıxa bilmədiyini elə mağazada da yoxlayın. Sonra evə gəlib görürsünüz ki, alət pinləri tam sıxmır və jak şəbəkə kartına və hub girişinə irişərək girir, ya da sadəcə kabel işləmir.
Kabeli keçirib, aləti barmağınızla çevirəndə kabelə heç zərər vermədən sadəcə ən çöldəki plastiki kəsirsiniz.
Biz əlimizdəki sıxma alətindən istifadə edərək kabelin ucunu açaq. Düzəltməli olduğumuz kabelin ucunu 2 sm qədər alətin iki tərəfində də bıçaq olan bölümünə yerləşdirmək, sadəcə ən çöldəki plastiki kəsəcək qədər aləti sıxıb, sol əlimizlə kabeli tutarkən, sağ əlimizlə aləti çevirmək lazımdır.
Bu hərəkəti edəndə kabelin çölündəki plastik kəsilmiş olacaqdır və əlimizlə yavaşca bükəndə bunu yaxşıca görə bilərik. Bu parçanı əlimizlə sıyıraq. İçəridəki tellərin yaralanmamış olması lazımdır.
İndi telləri görə bilirik. Növbə gəldi telləri istifadə edə biləcəyimiz şablona görə sırayla düzməyə. Əlimizlə, telləri soldan sağa, sağdan sola çəkişdirərək istədiyimiz sıraya gətiririk.
İndi də tellər düz sırada ikən telləri baş və işarət barmağımız arasında yoğuraraq düzəldirik.
Düz hala gətirdikdən sonra alətin kəsən ağzına yerləşdirib bütün uclar düz olacaq şəkildə ucları sıxırıq.
Gördüyünüz kimi tellər düzgün sırada və ucları da dümdüzdür. Bu nöqtədə açıqda olan tellərin boyu 1.7cm-dən daha uzun olmamalıdır.
Yanda gördüyünüz kimi kabelin telləri jak daxilində necə görünməlidir. Sol tərəfdə CAT5e kabelidir. Sağ tərəfdə isə CAT6 kabelidir.
Kabeli jakın içinə salırıq. Bu nöqtədə iki şey vacibdir. Birincisi bütün uclar jakın içdəki ən son nöqtəsinə dəyməli, yəni yandakı şəkilə görə jakın sağından baxıldığında, bütün tellər sonuna qədər girmiş olmalıdır. İkincisi də kabel çölündəki plastik də jaka girmiş olmalıdır.
Jakı alətə taxırıq və tək hərəkətdə pinləri içəri sıxırıq, amma çox sıxıb da sındırmaq olmaz. Sıxan zaman yumşaq şəkildə pinləin kabelə girdiyini hiss edəcəksiniz.
Sıxdıqdan sonra yandan baxıldığında pinlərin kabellərə girdiyində və jakın arxasındakı plastikin də kabelin ən çöl plastikini yanda mavi kimi çəkilmiş əzdiyini görə bilərik və görməyə çalışmalıyıq.
Kabelin iki ucunu yuxarıdakı kimi etdikdən sonra istifadəyə hazırdır.