Bu başlıqda iki kompüteri bir-birinə birləşdirərək şəbəkə yaradacağıq. İki kompüterdən başlamağımın səbəbi həm ən kiçik şəbəkə olmasıdır, həm də evdə əsasən iki kompüter olmasıdır. İlk olaraq bizə nə lazım olacaq ona baxaq.
2 metr UTP CAT5e kabel əgər kompüterlər yan-yana qoyulubsa
2 dənə RJ-45 jak (2 dənə bəs edir amma 4 dənə alsanız, jakı səhv birləşdirsəniz və xarab etsəniz əsəbiləşmədən, mağazaya getmədən özünüzə bir daha şans verə bilərsiniz. Jak-ın 2008-01-20 tarixindəki qiyməti 40 qəpikdir. Məncə 10 dənə də almaq olar, çox da baha deyil.)
Səhv salmamaq üçün sizə tanış olan telefon jak-ı RJ-11-i də göstərirəm. RJ-45 telefon jak-ından həcmcə böyükdür, amma RJ-45-ə çox oxşayır.
Dostları ilə paylaş: |