1000BaseT
1000BaseT Cat5 kabel üzərindən 8 teli də istifadə edir. Belə yüksək bir sürətdə istifadə olunan kabelə çox məsuliyyətli yanaşılır. CAT5 dəstəklənməsinə baxmayaraq CAT5e və CAT6 tövsiyə edilir. 10BaseT kimi kabel uzunluğu 100m ola bilər. RJ-45 istifadə edən 1000BaseT görünüşü kimi əvvəlki versiyalarla eynidir. IEEE 802.3ab standartı kimi bilinir.
Ümumiliklə switch-lər arası backbone kimi istifadə olunan 1000BaseT ən yayılmış vəziyyətdə olan gigabit ethernet tipidir.
1000BaseCX
1000BaseCX twinaxial(koaksialın içində iki damar olan) kabel deyilən fərqli tipdə bir kabel istifadə edir. 150 ohm olan kabelin maksimum uzunluğu yalnızca 25 metrə ola bilər. IEEE 802.3z standartı kimi tanınan bu ethernet tipi, gigabit ethernet bazarında hələki özünə yer tapmamışdır.
1000BaseSX
1000BaseSX multimode fiber optik kablo ilə 500m çatan məsafələrdə gigabit sürətini göstərir. 1000BaseSX 850nm(nanometrə) dalğa boyunda LED-lər ilə işığı fiber kabel üzərindən ötürür. 802.3z standartı altında təyin olunan bu ethernet 100BaseFX ilə eyni çöl görünüşə sahibdir, yəni eyni SC konnektorları istifadə edir.
Dostları ilə paylaş: |