İÇİNDƏKİLƏR



Yüklə 4,86 Mb.
səhifə54/93
tarix01.01.2022
ölçüsü4,86 Mb.
#103123
1   ...   50   51   52   53   54   55   56   57   ...   93

1000BaseLX

Single Mode laser istifadə edərək fiber optik üzərindən 5Km kimi məsafələrə qədər gigabit sürəti ilə təmin edir. Gələcəyin gigabit backbone həlli kimi görülməkdədir. 1000BaseSX ilə eyni çöl görünüşə sahib bu standart da IEEE 802.3z kimi tanınır.




    1. Switch(elektrik açarı)

İstər 10BaseT istərsə də 100BaseT istifadə edin, şəbəkəyə daxil etdiyiniz hər kompüter şəbəkə performasını qismən aşağı salacaqdır. 100BaseT şəbəkəsinin maksimum məlumat ötürmə qabiliyyətini 10Mbit-dən 100Mbit-ə çıxmağına baxmayaraq ethernet məntiqi quruluşu eyni qalır. CSMA/CD texnologiyası eyni anda sadəcə bir kompüterin şəbəkəni istifadə etməsinə icazə verir. Hub-ları bir-birinə bağladığınızda, hub əslində çox portlu bir repeater olduğu üçün şəbəkədəki bütün kompüterlər eyni toqquşma sahəsi(collision domain) içində olacaqlardır. Bu bütün şəbəkənin işləmə gücünün kompüter sayına bölünərək azalması deməkdir.





Yuxarıda bir-birinə bağlı dörd hub görürsünüz. Ən üstdəki hub ayrıca BNC portu ilə bir 10Base2 seqmentinə bağlıdır. Gördüyünüz kimi 10Base2 seqmentində bir kompüter hub-lardan birinə bağlı bir kompüterə məlumat yolladığı anda bu məlumat paketi istisnasız bütün kompüterlərə gedir. Yəni bütün şəbəkə məşğul vəziyyətdədir.

Ethernetin quruluş etibarı ilə bəzən iki kompüter eyni anda kabeli istifadə etməyə çalışa bilər və toqquşma (collision) adlandırdığımız vəziyyət ortaya çıxar.




Burada göy rəng və mavi rəng eyni vaxtda hub-a məlumat göndərmə istədiyini göstərir. Bu zaman toqquşma baş verir. Bu problemə çarəni 10Base2 və 10Base5 şəbəkələrində bridge adlanan cihazların istifadə olunduğunu görmüşdük. UTP kabel istifadə edən 10BaseT və 100BaseT şəbəkələrində isə switch adı verilən cihazlar istifadə olunur. Bu cihazlar lori desək bir çox portu olan və hər portuna bir kompüter/hub bağlanan bridge-lər kimi izah oluna bilər. Amma Switch adlandırdığımız cihazlar görünüş formasına görə hub-lardan çox da fərqlənmirlər.



Switch OSI 2-ci layında, yəni Data Link Layer (Məlumat bağlantı layı)-da çalışır. Portuna bağlı kompüter və ya kompüterlərin MAC adreslərini tanıyır. Bir portundan gələn məlumat paketini


hub-lar kimi bütün portlara yaymaq yerinə sadəcə məlumat paketi üzərində yazan "alıcı MAC adresinə" sahib portuna yollayır. Beləcə digər portlara bağlı kompüterlər özlərinə göndərilməmiş bu paketi almamış olurlar. Nəticədə collison/toqquşma baş vermir. Switch-lər eyni anda birdən çox portu arasında belə sərbəst məlumat ötürməsi edə bilir. Switch-ə bağlı hər kompüter öz toqquşama sahəsi içində çalışır və özü ilə switch arasında 10 və ya 100Mbit sərbəst bir məlumat ötürmə qabiliyyətinə sahib olur.

Yuxarıda şəkildə göstərildiyi kimi bütün portlar digər portlarla birbaşa məlumat mübadiləsi edə bilir və öz aralarında CSMA\CD texnologiyasından istifadə edirlər.




    1. Yüklə 4,86 Mb.

      Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin