Çarpaz kabel
|
İki PC-ni, arada hub olmadan tək bir kabel ilə bağlaya bilərsiniz.
Amma hər iki tərəfdə də 1 və 2. pinlər TX, 3 və 6. pinlər RX olduğuna görə, çarpaz bağlamalısınız ki, TX və RX- lər qarşı-qarşıya gəlsin.
|
|
İki hub arasında çarpaz kabeldə belə olur. Fərqi vardır.
Kanalların adı fərqli olsa da nəticədə eyni çarpaz kabel həm PC-PC, həm də hub-hub bağlantısı üçün istifadə oluna bilər
Yəni sizin düzəldəcəyiniz çarpaz kabel eynidir.
|
Hub-ların bir-birinə bağlanması
Hub-lar ilə bağlı sıx-sıx problem yaradan bir asanlıqdan bəhs etmək lazımdır. Bu gün 16 port bir hub alırsınız, bu mənə uzun bir müddət gedir deyirsiniz, amma network-ünüz o qədər tez böyüyür ki, qısa zamanda daha bir hub alırsınız. Bu hub-ları da bir-birinə bağlamanız lazımdı. Yəni hub- ların bir-birinə bağlanması çox sıx qarşılanılan bir vəziyyətdir. Hub-ın üzərində kompüterə taxdığımız portlardan amma bu səfər çarpaz kabel ilə iki hub-ı bağlayırıq. Hub istehsalçıları istifadəçilərin çarpaz kabel ilə əziyyət çəkməməyi üçün belə bir iş ediblər, hub-ların bir çoxunda portlardan ən böyük nömrəyə sahib olanın yanında crossover, uplink, out, MDI/X kimi girişlər mövcuddur. Bu belə mənaya gəlir:
"Əgər bu hub ilə başqa bir hub-ı bağlayacaqsan, düz kabel istifadə edə bilərsən. Düz kabelin bir ucunu bu porta tax və portun yanında bir düymə varsa ona bas, kabelin digər ucunu isə, digər hub- ın normal bir portuna tax."
|
Dörd nömrəli portun yanındakı düyməyə diqqət edin.
|
|
İki hub-ı düz kabel ilə bağlayarkən, kabelin bir ucu 1. hub-ın uplink portuna, digər ucu isə digər hub-ın normal bir portuna taxılır.
Üçüncü bir hub daha bağlanılarkən bu səfər 2. hub-ın uplink portu istifadə olunacaqdır.
|
Bəzən bu uplink portu normal portlardan ayrıdır və basmalı olduğunuz düymə yoxdur.
Əgər iki hub-da da BNC çıxışı varsa koaksial kabel ilə də hub-ları bağlaya bilərsiniz. Təbii ki iki ucda sonluq olması lazımdır.
Dostları ilə paylaş: |