Kabel uclarını düzəldərkən əməl etməniz lazım olan, daha doğrusu əməl etsəniz sizin və sizdən sonra şəbəkəyə müdaxilə edəcək adamın işini asanlaşdıracaq standartlar vardır. Bu standartlara uyğun düzəltdiyiniz kabel məlumat kanallarının eyni tel cütünü istifadə etməsi qaydasına uyğun olacaqdır. EIA/TIA adlı quruluş "EIA/TIA -568-A 'Commercial Building Wiring Standard' " adlı kabelləmə ilə bağlı standartları təyin etmişdir. Bütün dünya istehsalçıları və texnikləri bu standartları izləyirlər. "EIA/TIA -568-A" standartı içində kabel uclarını düzəldərkən istifadə edə biləcəyiniz elektrik kimi bir-birinin tamamı ilə eynisi olan iki forma təklif olunmuşdur. T568A forması və T568B forması.