–də sol tərəfdə yerləşir. Ora daxil olun və sol tərəfdəki menyuya baxın.
XP View Network Connections sizə Local Area Connection-ı, yəni şəbəkənin qoşulmasını bildirən ikona göstərəcəkdir
View workgroup comuters isə şəbəkəyə qoşulu olan kompüterləri göstərəcəkdir və bu kompüter ikonalarının üzərinə sıxanda onların bölüşdüyü hər şey görünür.
VİSTA və XP Əgər şəbəkə ikona şəkildə işarə olunan kimi görünürsə şəbəkəniz qoşulu deyil deməkdir.
VİSTA və XP
Əgər şəkildə göründüyü kimi ikona yaranarsa bu limited connection deməkdir. Yəni kompüter şəbəkəyə qoşulub amma internet bölüşdürülməsi yoxdur. Bu ikona sizə faylları bölüşməkdə və şəbəkədə kompüter oynamağa imkan verən şəbəkənizin mövcud olduğunu bildirir .
VİSTA və XP Açılan pəncərə içindəki qırmızı ilə işarə olunan formada kompüterlər və jak şəkilli bir ikona görünəcəkdir. Əgər ikona görünmürsə o zaman demək olar ki, hələ kompüter collision problemi baş verir. Ona görə kompüterə bir az vaxt verin ki, kabelin qoşulmuş olduğunu bildirsin. Əgər 10 dəqiqədən çox davam edərsə kabelin düzgün olub olmadığını yoxlayın.
VİSTA və XP
Əgər görünürsə onda ikonanın üzərinə sağ düyməni basın və aşağıda Properitiesdüyməsini sıxın.
Şəbəkə kartını taxıb sürücüsünü (driver) yükləyəndən sonra, XP və Vista şəbəkənin işləməsi üçün lazımi funksiyaları da yükləyir.
Client for Microsoft Networks- Digər kompüterlər üzərindəki paylanılan qaynaqlara çatmağa yarayan client proqramı.
Qos (Quality of Service Networking) Packet Scheduler – şəbəkədə göndərilən paketlərin qəbul edən tərəfdəki texnologiyaya uyğun olması və keyfiyyətli çatması ilə məşğul olur. Çox yerdə haqqında lazımsız funksiya kimi bəhs edilir.
File and Printer Sharing- Öz qaynaqlarımızı(disk, printer v.s.) digər istifadəçilərin istifadəsinə vermək üçün lazımi server proqram.
İnternet Protocol Version 4 (TCP/İPv4) Kompüterlərin öz aralarında danışacaqları dildir, yəni şəbəkə protokoludur. Yazının üzərinə gəlin və onu bir dəfə sıxın işarə olunandan sonra Properities düyməsini sıxın.
VİSTA və XP
Şəkildə gördüyünüz yazılar: İP address
Subnet mask Default gateway
Preferred DNS server Alternate DNS server
Bu yazılar və xanaların nə üçün olduğunu gəlin aydınlaşdıraq.