File Sharing-in mənası Fayl Bölüşməkdir və 2 istifadə variantı var. Ya Turn on File Sharing
(yandırmaq) ya da Turn off File Sharing (söndürmək). Bizə əlbəttə ki aktiv olması lazımdır.
Public folder sharing isə Vista təklifləri içərisində olan Camaat qovluğu mənasına gələn şəbəkə üzərində ümumi işlərin görülməsi üçün nəzərdə tutulan qovluqdur. Üç istifadə edilmə variantı var:
ci hər kəs qovluq içərisindəki fayllara baxa bilər.
ci hər kəs qovluq içərisindəki fayllara baxa bilər və onları dəyişdirə bilər 3-cü sadəcə olaraq bu funksiyanı söndürür.
Beləliklə, indi keçirik istədiyiniz qovluğu Share(bölüşdürmək) etməyə.
|
Mən Zabil İbayev sənədini Share etmək istəyirəm və ona görə üzərinə sağ düyməni sıxıb Share seçirəm.
|
Açılan pəncərədə Add-in(əlavə et) qarşısında yerləşən aşağı açılan menyudan Everyone seçirsən və Add düyməsini sıxırsan. Siyahıya əlavə olunandan sonra aşağıdakı Share düyməsini sıxırsan.
Növbəti açılan pəncərədə həmin faylın üzərinə sıxıb işarə edirsən və sonra həmin pəncərədə yerləşən Done düyməsini sıxmalısan, əks halda Shared(bölüşdürülmüş) olmayacaqdır.
Sonra həmin faylın üzərində Shared işarəsini görəcəksiniz. Yəni artıq bölüşdürülür.
əvvəl sonra
Hər iki əməliyyat sistemində Share ləğv etmək üçün etdiyiniz hərəkətlərin əksini edin. : )
Dostları ilə paylaş: |