İCTİMAİ BİRLİYİ Əlaqə: Kənan Qasımov İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis



Yüklə 6,89 Mb.
səhifə3/3
tarix10.01.2022
ölçüsü6,89 Mb.
#108417
1   2   3
Şikayətçilərin cinsi

Bakı

27 rüb

Gəncə

27 rüb

Lənkəran

27 rüb

Quba

27 rüb

Şəki

27 rüb

A

Kişi

84

26

60

124

53

B

Qadın

37

24

54

60

38

C

Şikayətlərin umumi sayı

121

50

114

184

91



Şikayətçilərin yaşı
Bütün mərkəzlərimizdə ən aktiv yaş qrupu orta yaşlı əhali hesab edilir. Bakıda və Qubada bir qədər yaşlı əhalinin də aktivliyi nəzərə çarpır.


Yaş qrupu

Bakı

27 rüb

Gəncə

27 rüb

Lənkəran

27 rüb

Quba

27 rüb

Şəki

27 rüb

A

< 20

0

0

0

1

1

B

20 – 35

4

7

15

50

36

C

35 – 50

52

28

61

63

19

D

50 – 65

53

15

30

57

10

E

65 +

5

0

0

10

4

F

Müəyyən deyil

7

0

8

3

21

G

Ümumi say

121

50

114

184

91


Müraci_ə_tl_ə_rin_ünvanlandığı_sah_ə_l_ə_r'>Müraciətçilərin coğrafi yerləşməsi
Layihənin ilkin həyata keçirilmə mərhələlərində hüquqi yardım əsasən şəhər əhalisinə edilirdisə, son dövrdə kənd əhalisi də prosesə cəlb olunub. Regional mərkəzlərin kənd yerlərində keçirdikləri mobil təlimlərin nəticəsində mərkəzlərimizə müraciət edən kənd əhalisinin sayında da nəzərə çarpacaq artım müşahidə olunur.

Müraciətlərin ünvanlandığı sahələr
Bu rüb ərzində mərkəzlər üzrə müraciətlərin ən çox ünvanlandığı sahələr müxtəlifdir. Amma şikayətlərin ünvanlandığı sahələri nəzərdən keçirərkən ən çox narahatçılıq doğuran sahələrin məhkəmə, pensiya və ünvanlı sosial yardım, icra orqanları, polis, bələdiyyə (əsasən regionlarda) və kommunal xidmət sahələri ilə bağlı olduğu diqqət çəkir. Məhkəmələrlə bağlı şikayətlər ümumi şikayətlərin 16%-ni təşkil edir. İkinci sırada polisdir. Polislə bağlı mərkızlərimizə müraciət vətəndaşlar ümumi şikayətlərin 7% -i həddindədir. Xüsusuilə Lənkəran mərkəzində polislə bağlı şikayətlər daha çoxdur. Quba mərkəzində də Polisin qanunsuz fəaliyyəti ilə bağlı şikayət edənlərin sayında çoxluq müşahidə olunur.

Bakı mərkəzinə edilən müraciətlərin arasında lisenziyaşladırma, qeydiyyat məsələləri çoxluq təşkil edir. Vətəndaşlar xüsusilə Əmlak Məsələləri üzrə dövlət komitəsindən şikayət edirlər. Pensiya və ünvanlı sosial yardım sahəsindən edilən şikayətlərin sayı da əhəmiyyətli dərəcədə yüksəkdir. Xüsusən regionlarda bu sahədə xeyli şikayətlər qəbul olunur. Amma bununla belə o da vurğulanmalıdır ki, bu sahədən şikayət edən şəxslərin əksəriyyəti qanunvericilk normalarını tam bilmir və onlara verilməli olan imtiyazlar barəsində tam məlumatlı deyillər. Bununla belə maraqlıdır ki, şikayətləri müsbət həll olunan şikayətçilərin də çoxu məhz bu sahədəndir. Xüsusilə regionlarda fəaliyyət göstərən sosial müdafiə mərkəzləri, verilən şikayətlərə vaxtında baxıb onları həll etməkdə fəallıq nümayiş etdirirlər.

Ümumiyyətlə edilən müraciətlərə dövlət qurumları tərəfindən verilən cavablar qurumdan quruma fərqlənir. Beləki, son rüb ərzində təşkilat tərəfindən Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərenerji” ASC və Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilən müraciətlərə verilən cavablar daha qane edici və ətraflıdır. Bununla belə Əmlak Məsələləri üzrə dövlət komitəsi, Ədliyyə Nazirliyi tərəfindən verilən cavabların qanedicilik səviyyəsi yüksək deyil. Adları sadalanan qurumlar vətəndaş cəmiyyəti ilə əməkdaşlıq şəraitində çalışmağa səy göstərsələr də, əməli fəaliyyətin hiss edilməsi baxımından çatışmazlıqlar mövcuddur.
Müraciətlərin sahələr üzrə bölgüsü – 27 rüb (ümumi sayı – 560)

Müraciətlərin sahələr üzrə bölgüsü - layihə boyu (ümumi sayı –30,792)

2. MƏRKƏZLƏRİN FƏALİYYƏHAQQINDA MƏLUMAT

Geridə qalan rüb ərzində Şəffaflıq Azərbaycan təşkilatı bir neçə əhəmiyyətli tədbirlər keçirib.



  1. Transparency International təşkilatının Azərbaycan milli bölməsi 2011-ci il Korrupsiya Qavrama İndeksini təqdim edib. Bu il Azərbaycan ötən il olduğu kimi 2.4 bal toplayıb. Xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətibətində müəyyən edilir. Azərbaycan 183 ölkə arasında 143-cü sırada qərarlaşıb. Keçən il Azərbaycan 178 ölkə arasında 134-cü sırada yer almışdı. Transparency International nəzərə çatdırmaq istəyir ki, ölkədə qeydə alınan irəliləyişlər verilən xallar əsasında müəyyən edilir. Ölkələrin mövqeyi isə bu və digər ölkələrdə qeydə alınan irəliləyişlər əsasında formalaşır. Bu mənada Azərbaycanın sıralamada mövqeyinin dəyişməsinin əsas səbəblərindən biri İndeksə yeni ölkələrin salınması və digər ölkələrdə qeydə alınan daha yaxşı irəliləyişlər hesab oluna bilər.




  1. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə silsilə dəyirmi masalar keçirib. Ötən rüb ərzində Dövlət Sosial Müdafiə fondu ilə pensiyaların təyinatı sahəsində problemlərin həlli yolları, Azərsu ASC ilə su təchizatı sahəsində əldə edilmiş uğurları və problemlər və eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əmək münasibətləri zamanı qarşıya çıxan hüquq pozmaları və problemlərin həlli mövzusunda ayrı-ayrılıqda üç dəyirmi masa təşkil olunub. Tədbirlər hökumət qurumları ilə qeyri-hökümət təşkilatları arasında şəffaflığın və hesabtlılığın artırılması məqsədilə keçirilib. Tədbirlərin yekunu olaraq hər üç dövlət qurumuna müvafiq sahələrlərlə bağlı təkliflər hazırlanaraq təqdim olunub.


Yuxarıdakı şəkil: Dövlət Sosial Müdafiə fondu ilə keçirilən tədbir




  1. “Şəffaflıq Azərbaycan”, Konstitusiya Araşdırmaları fondu və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım fondu ATƏT-in Bakı ofisinin dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Fərmanının icrası vəziyyəti barədə ilkin təhlilin nəticələrini təqdim edib. Tədbirdə dövlət qurumları, beynəlxalq təşkilatlar, media və vətəndaş cəmiyyətinin üzvləri iştirak edib. Layihınin ilkin mərhələsində aparılan hesabat iştirakçıların diqqətinə çatdırılıb.





Yuxarıdakı şəkil: Elektron xidmətlərin göstərilməsinin təşkili ilə bağlı hesabatın təqdimatı



  1. “Internews Azərbaycan” İctimai Birliyi, Şəffaflıq Azərbaycan təşkilatı ilə birgə əməkdaşlıq etməklə “Medianın İnkişafı: Korrupsiya Əleyhinə Mübarizə” adlı layihənin icrasını həyata keçirir. Layihənin məqsədi cəmiyyətdə baş verən korrupsiya halları ilə bağlı ictimaiyyəti məlumatlandırmaq və vətəndaş cəmiyyəti orqanlarının korrupsiya ilə mübarizəsinə təkan verməkdir. Layihə çərçivəsində vətəndaş cəmiyyətinin, dövlət qurumlarının və medianın iştirakı ilə dəyirmi masalar həyata keçirilib. Layihə çərçivəsində dövlət qurumları, media və vətəndaş cəmiyyətinin iştirakı ilə Elektron xidmətlərin həyata keçirilmə səviyyəsi və əhalinin bu xidmətlərdən yararlanma imkanları mövzusunda debat təşkil olunub. Tədbirin yekunu olaraq tövsiyyələr hazırlanaraq müvafiq dövlət qurumlarına göndərilib.




Yuxarıdakı şəkil: “Internews Azərbaycan” İctimai Birliyi ilə birgə keçirilən tədbir


  1. Transparency İnternartional təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “İctimai Maraqların Qorunmasına Dəstək Layihəsi” çərçivəsində regionlarda maarifləndirmə və təlim proqramları keçirir. Gəncə, Quba, Lənkəran və Şəki şəhərlərində vətəndaşlar və hökumət qurumları ilə tədbirlər təşkil olunub. Bu görüşlərdə korrupsiya problemi, onu doğunan səbəblər və korrupsiya ilə mübarizədə cəmiyyətin rolu müzakirə edilmişdir. Görüşlərədə ümimilkdə 200 nəfərdən artıq şəxs iştirak edib.


Uğurla həll olunmuş işlər


  • Şəffaflıq Azərbaycan təşkilatının Bakı mərkəzinə müraciət edən vətəndaş 23 saylı poliklinikaya qeydiyyata salınmasına maneələrin yaradıldığını, ondan rüşvət tələb olunuduğunu bildirib. Vətəndaşın müraciəti əsasında Səhiyyə Nazirliyinə məktub göndərilib. Məsələ Bakı şəhər baş səhiyyə idarəsinin rəisinin işə qarşıması ilə həll olunub. Rəisin imzası ilə mərkəzimizə vətəndaşın poliklinikada qeydiyyata alınmasının təmin edildiyi bildirilib və problem yoluna qoyulub. Vətəndaş şəxsən ofisə gələrək qeydiyyata gptürüldüyünü bildirib.

  • Vətəndaş Nərimanov rayon Prokurorluğundan şikayət edərək bildirib ki, rayon prokurorluğunda onun işinə qeyri-obyektiv baxılır. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğuna göndərilən müraciətə cavab olaraq AR Baş Prokurorluğunun DİO-nın istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzərət idarəsinin rəisi bildirib ki, cinayət işinə obyektiv baxışı təmin etmək məqsədilə iş Nərimanov rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğa verilib.

  • Bakı Şəhər Yasamal rayon sakini, pensiyasının düzgün hesablanmadığını və ona az miqdarda pensiya ödənilmsi ilə bağlı Şəffaflıq Azərbaycan təşkilatın Bakı mərkəzinə müraciət edib. Tərəfimizdən məsələ ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət ünvanlanıb. Müraciətin ardından vətəndaşın pensiya məbləğinə yenidən baxılıb və məbləğ artırılıb. Oxşar müraciətlər Göyçay, Gəncə və Quba rayonlarından da daxil olub. Maraqlıdır ki, bu kimi müraciətlərin böyük əksəriyyəti Fond tərəfindən mübət həll edilib.

  • Gəncə Rayon sakini təşkilatımızın Gəncə mərkəzinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsindən şiyatıini bildirib. Müraciətçi bildirilib ki, məhkəmə qətnaməsinin icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən ondan 1200 manat rüşvət tələb olunmuşdur. Mərkəzin müdaxiləsindən sonra vətəndaşın mülkiyyət hüququ qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış və texniki pasport tərtib edilmişdir.

  • Mingəçevir Rayon sakini təşkilatımızın Gəncə mərkəzinə müraciət edərək bildirmişdir ki, itmiş şəxsiyyət vəsiqəsinin yenidən alınması üçün Mingəçevir şəhər Polis idarəsinə müraciət edərkən süründürməçiliklə üzləşmişdir. Mərkəzin məsələ ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər nazirliyinə müraciətindən sonra vətəndaş Mngəmevir polis idarısində qeydiyyata alınaraq, vətəndaş vəsiqəsi ilə təmin edilmişdir.

  • Gəncə mərkəzimizə Qaz İstismar idarəsindən şikayət edən vətəndaş mənzilə sayğac quraşdırılmadığını və ona əsassız borcun yazıldığını bildirib. Mərkəzin rayon qaz idarəsinə müraciətindən sonra mənzil sayğaclaşdırılıb və əsassız borc silinib.

Şəffaflıq Azərbaycan”, ALAC və LRC layihəsi haqqında əlavə məlumat almaq üçün www.transparency.az internet səhifəsinə müraciət edə bilərsiniz. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və onun həyata keçirdiyi layihə ilə bağlı əlavə məlumat almaq üçün təşkilatın icraçı direktoru xanım Rəna Səfərəliyevadan müsahibə götürə bilərsiniz.





Yüklə 6,89 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin