İCTİMAİ sağlamliq və SƏHİYYƏNİn təŞKİLİ elmi, onun məQSƏDİ, VƏZİFƏLƏRİ, priNSİPLƏRİ, MÜASİr problemləRİ VƏ İNKİŞaf perspektiVLƏRİ


Ekspert qiymətləndirilməsi metodu



Yüklə 51,96 Kb.
səhifə4/13
tarix17.02.2022
ölçüsü51,96 Kb.
#114485
1   2   3   4   5   6   7   8   9   ...   13
Ekspert qiymətləndirilməsi metodu

Statistik üsula əlavə olub, məqsədi dolayısı yol ilə bu və ya digər yardımçı əmsallardan istifadə etməyə xidmət edir. Bu zaman tədqiqatın məqsədinə müvafiq olaraq mütəxəssis ekspertlərdən, yəni öyrənilən məsələyə dair daha bilikli, məlumatlı mütəxəssislərdən istifadə olunur.

Bəzən elmi tədqiqat işində ilkin materialın keyfiyyətli olmasmı təmin etmək üçün bu metod tətbiq olunur.

Ekspert qiymətləndirmə metodu bu və ya digər bır proses haqqında olan mütəxəssis ekspertin fikrini ümumiləşdirməyə xidmət etməklə, daha əsaslı nəticəyə gəlməyə imkan verir. Ekspert qiymətləndirmə sahəsində ən görkəmli mütəxəssis olan O.Nevteç göstərir ki, mütəxəssis ekspert özü də informasiya verən bir vasitə, alət kimi qiymətləndirilməlidir. Onun «çiynində» böyük və qiymətli məsuliyyət yükü vardır. Ekspert metodu 2 yerə bölünür:

1. Fərdi ekspert qiymətləndirmə metodu

2. Kollektiv ekspert qiymətləndirmə metodu

Fərdi ekspert qiymətləndirmə metodunda hər şey ekspertin elmi səriştəsindən və əməli qabiliyyətindən asılıdır. Bunu aparmaq çox asandır. Belə ki, az vaxt tələb edir, ekspert tək olduğuna görə kənardan təzyiqlərə məruz qalmır. Lakin bu metodun da çatmayan cəhəti var. Burada əsas iş ekspertin bilik səviyyəsindən və qismən də təsadüfi faktorlardan asılıdır.

Kollektiv ekspert qiymətləndirilməsi metodu ekspert kollektivinin fikirlərini ümumiləşdirməyə imkan verir. Bu zaman təsadüfi faktorların təsiri aradan qaldırılır. Bu metod ekspertlərin seçilməsi baxımından böyük və çətin hazırlıq işi tələb edir, ekspertlərin arasındakı qarşılıqlı təsirin xarakterindən asılı olaraq iki forma ayırd edilir.

1. Açıq diskussiya.

2. Anket vasitəsiiə sorğu

Ən geniş yayılmış forma kollektiv ekspert qiymətləndirmə metodunda olan iki formadır:

1. intervyu forması

2. analitik ekspert qiymətləndirilməsi forması.

Səhiyyə sistemində intervyu metodu geniş tətbiq edilir. Bu zaman görkəmli alimlərdən, mütəxəssislərdən, qabaqcıl peşə sahibkarlarından konkret məsələ barədə fikir öyrənilir. Bu metodda tədqiqatçı ekspertlə birbaşa söhbət edir. Yəni verilən suallara hazırlaşmadan ekspert cavab verməlidir. Odur ki, bu metodda tədqiqatçı qabaqcadan düşünməli, sualları dəaiqliklə, ardıcıllıqla tərtib etməli və verməlidir.

Analitik ekspertizada qoyulan məsələləri diqqətlə təhlil etməli, nəticəni ya arayış, ya da ki, məruzə qeydi, yazıh material şəklində verməlidir.

Ekspert komissiya metodunda açıq şəkildə ekspertlər müzakirə edilən problem haqqında fikirlərini söyləyirlər. Nəticə ya açıq ya da gizli səsvermə ilə həll edilir. Bu metodun üstünlüyü ondadır ki, hər ekspert fikrini deyir, mübahisələr gedir, səhvlərini başa düşənlər tapılır, mübahisədə iştirak etməyənlər olur, informasiya zənginliyi müəyyənləşdirilir.

Sorğu metodu 2 qrupa bölünür:

1. Ekspertlərin sadə anketləşdirilməsi metodu

2. «Delfi» metodu.

Sadə anketləşdirmə metodunda birdəfəlik sorğu vərəqəsi ekspert tərəfindən doldurulur. Sonradan cavablar statistik işləmədən keçirilir. Bu sadə və geniş yayılan metoddur.

«Delfi» üsulu geniş yayılan və ekspertlər tərəfindən mürəkkəb məqalələri həll etdikdə tətbiq edilir. Bu üsul yunan şəhəri olan Delfinin adı ilə bağlıdır. Bu metodu ilk dəfə amerikanın «Rend Korporeyşen» firması hazırlamışdır. «Delfi» üsulunda bir sıra prinsiplər rəhbər tutulur:

1. Ekspert qiymətləndirmədə anonimlik gözlənilməlidir.

2. İnformasiya xüsusi anketlər vasitəsilə ekspertlərdən bir

neçə turda alınır.

3. İnformasiyanın toplanması üçün ekspertlər zəruri

vasitələrlə təmin olunmalıdırlar.

4. Ekspertlərin bir-biri ilə qarşılıqlı əlaqəsi aradan qaldırıl-

malıdır.


5. Anketdə ekspertlərin cavabı arqumentli şəkildə olmalıdır.


Yüklə 51,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin