İlinci fəsil 5 maddədən ibarət olub, əhalinin sağlamlığının qorunmasının təşkili qaydalarından bəhs edir. Burada qeyd olunur ki, dövlət səhiyyə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmi-tədqiqat, tədris, əczaçılıq, sanitariya-pro- filaktika müəssisələri, eləcə də səhiyyənin maddi-texniki təc- hizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibbi ekspertizası, qeyri-dövlət səhiyyə sisteminə isə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakını xüsusi, o cümlədən bələdiyyə mülkiyyəti təşkil edən tibbi və əczaçılıq müəssisələri, şəxsi tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. Bu fəsildə həmçinin tibb müəssisələrinin özəlləşdirilməsi və icarəyə verilməsi səhiyyə müəssisələrinin dövlət qeydiyyatı qaydaları müəyyənləşdirilmişdir.