Üçüncü fəsil sağlamlığın qorunması sahəsində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarına həsr edilmişdir. Bu fəsil 14 maddədən ibarətdir. Burada vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququ (10-cu maddə), sağlamlığına təsir göstərən amillər haqqında vətəndaşların məlumat almaq hüququ (11 -ci maddə), vətəndaşların tibbi- sosial yardım almaq hüququ (12-ci maddə), sağlamlığın sığorta olunması, dərman vasitələri ilə təmin olunmaq, peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan vətəndaşların sağlamlığının qorunması, əhalinin sağlamlığının qorunması sahəsində ailənin, hamilə qadınların və anaların, yetginlik yaşına çatmayanların, hərbi qulluqçuların, hərbi xidmətə çağrılanların və müqavilə üzrə daxil olanların, pensiyaçıların hüquqları, əlillərin tibbi-sosial almaq hüququ, fövqəladə hallarda ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların, tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətən- daşların tibbi yardım almaq hüquqları təsbit edilmişdir.