İCTİMAİ sağlamliq və SƏHİYYƏNİn təŞKİLİ elmi, onun məQSƏDİ, VƏZİFƏLƏRİ, priNSİPLƏRİ, MÜASİr problemləRİ VƏ İNKİŞaf perspektiVLƏRİ



Yüklə 51,96 Kb.
səhifə3/13
tarix17.02.2022
ölçüsü51,96 Kb.
#114485
1   2   3   4   5   6   7   8   9   ...   13
Tarixi-tədqiqat üsulundan ictimai sağlamlığı və səhiyyəni müxtəlif tarixi dövrlərdə öyrəndikdə istifadə edilir. Nəticədə öyrənilən hadisə məkan və zaman daxilində səciyyələndirilir. Bu metod tarixi mənbələrdən istifadəyə əsaslanır.

Statistik üsul İctimai sağlamlıq və səhiyyənin təşkilində ən çox istifadə olunan üsuldur. Bu üsulla əhalinin sağlamlıq vəziyyətində baş verən dəyişikliyi obyektiv olaraq qiymətləndirmək və müəyyən etmək olar.

Statistik üsul əhalinin sağlamlıq vəziyyətini öyrənmək üçün bir növ diaqnostik manipulyasiya metodudur. Belə ki, xüsusi patologiya üçün xəstənin obyektiv müayinəsinin nə kimi əhəmiyyəti varsa, statistik üsulda da İctimai sağlamlıq və səhiyyənin təşkilində bir o qədər böyük əhəmiyyət vardır. Statistik üsuldan aşağıdakı hallarda istifadə edilir:

1. Əhalinin sağlamlıq vəziyyətini öyrəndikdə.

2. Səhiyyə sisteminin və tibb idarələrinin işini qiymətləndirdikdə.

3. Klinikada, eksperimentdə ümumi nəticə çıxarmaq üçün. Əgər klinisist bir xəstəni müayinə edib, müəyyən nəticəyə gəlirsə, sosial gigiyenist belə bir iş üslubu ilə heç bir vaxt qənaətlənə bilməz. Ona görə də o, digər bir üsulla, statistik metod kimi ümumi qanunauyğunluğu göstərən metoda əl atır. Səhiyyə işində mütəxəssis - statistik, səhiyyə rəhbəri üçün əhalınin sağlamlıq vəziyyətini qiymətləndirən bir diaqnostikdir. Onun pasiyenti - əhali kütləsidir, kollektivdir, cəmiyyətdir. Onun diaqnostik materialı - müxtəlif statistik məlumatlardır, instrumenti isə - statistik göstəricilərdir. İstifadə etdiyi metod isə - statistik metoddur. Əgər riyaziyyat sivilizasiyanın «barometri» dirsə, onda sanitariya statistikası - sosial diaqnostika vasitəsidir.

Tibb və səhiyyədə tətbiq edilən tibbi statistika üsulları iki qrupa bölünür:

1. Parametrik üsullar.

2. Qeyri-parametrik üsullar.

Parametrik üsullar öyrənilən hadisə və ya əlamətlər arasında asılılığın səviyyəsini, qədərini, sıxlığını, gücünü öyrənməyə imkan verir. Qeyri-parametrik üsulların köməyi ilə iki öyrənilən əlamət arasında əlaqənin olub-olmaması müəyyənləşdirilir.


Yüklə 51,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin