İctimaiyyətlə əlaqələr


İctimaiyyətlə əlaqələr işi ünsiyyət vasitəsi olmaqdan başqa necə bir iş sahəsidir?



Yüklə 0,91 Mb.
səhifə4/6
tarix04.06.2018
ölçüsü0,91 Mb.
#52614
1   2   3   4   5   6

239.İctimaiyyətlə əlaqələr işi ünsiyyət vasitəsi olmaqdan başqa necə bir iş sahəsidir?

a)ictimaiyyətə təsir edən, ondan təsirlənən ,digər vasitələrlə birlikdə ünsiyyəti də istifadə edən geniş bir iş sahəsidir

b)daxili və xarici rəyi nəzərə almayan geniş bir iş sahəsidir

c)ünsiyyətin başlanğıc nöqtəsi olan bir iş sahəsidir

d)hədəflərdən geri qayıdan reaksiyaları önəmsəməyənbir iş sahəsidir

e)antisosial bir iş sahəsidir



240.Qədim zamanlarda ictimaiyyətlə əlaqələr işinin təsirli formaları hansılar idi?

a)üz-üzə əlaqələr,söhbət və konfranslar

b)reklam,üz-üzə əlaqələr

c)müharibələr,söhbət və konfranslar

d)reklam, propoqanda,qəzetlər

e) qəzetlər, jurnallar,kitablar



241.İctimaiyyətlə əlaqələr işinin inkişafı nə vaxt vüsət aldı?

a)Mətbəənin kəşfindən sonra

b)Makedoniyalı İskəndərin yürüşlərinin başlaması ilə

c)Qədim Romada “forum”ların təşkilindən sonra

d)Reklamın mövcudluğundan sonra

e)qəzetlərin kəşfindən sonra



242.Birləşmiş Ştatlarda İctimaiyyətlə Əlaqələr terminini ilk dəfə kim işlətmişdir?

a)ABŞ prezidenti Thomas Jefferson

b)Rokfeller

c)İvy Lee

d)Vilyam Pit

e)Opinion Armee



243.Dünyada ilk dəfə ictimaiyyətlə əlaqələr üzrə Konsultasiya Agentliyi nə vaxt qurulmuşdur?

a)1920


b) 1923

c) 1932


d) 1935

e) 1919


244.Nyu York Universitetində İctimaiyyətlə əlaqələr dərsi nə vaxt keçirilməyə başlandı?

a)1923


b) 1920

c) 1933


e) 1931

245.Fransada ictimaiyyətlə əlaqələr işinə nəvaxtdan rast gəlinir?

a)1946


b) 1944

c) 1935


d) 1942

e) 1941


246.İtaliyanın dövlət idarəetmə orqanlarında ictimaiyyətlə əlaqələrin əhəmiyyəti İtaliya Konstitusiyasının neçənci maddəsində ifadə olunmuşdur?

a)97-ci I bənd

b) 94-cü I bənd

c) 96-cı II bənd

d) 98-ci II bənd

e) 99-cu I bənd



247.Aşağıdakılardan hansı ictimaiyyətlə əlaqələr işinin məqsədlərindən biri deyil?

a)hədəf kütləyə yanlış məlumatlar vermək

b)ictimaiyyətə məlumat vermək

c)qurumu maraqlandıran informasiya toplamaq

d)informasiyaları analiz etmək

e)rəhbərliyin doğru qərarlar almasına yardımçı olmaq



248.Mesaj verən şəxs hansı keyfiyyətlərə malik olmalıdır?

a)İnanılan və simpatiya duyulan imicə malik olmalıdır

b) dili yaxşı bilməlidir

c) rəhbəri daim müdafiə etməlidir

d)qurumun imicini nəyin bahasına olursa olsun, qorumalıdır

e)hədəf kütləni gərginlikdə saxlamağı bacarmalıdır



249.Qurumun gündəmdə qalmasını təmin etmək üçün hansı prinsipdən istifadə etmək vacibdir?

a)təkrar etmə

b)mesaj

c)dürüstlük



d)inandırıcılıq

e)müşahidəçilik1



250. Kim İctimaiyətlə Əlaqələr işinin “atası” hesab edilir?

a)İvy Lee

b)ABŞ prezidenti Thomas Jefferson

c)Rokfeller

d)Vilyam Pit

e)Opinion Armee



251. Istehlakın hәcminә tәsir edәn әsas amillәr:

a)gәlirlәrin sәviyyәsi, qiymәtlәrin sәviyyәsi, psixoloji amil

b)alıcının zövqü, psixoloji vә sosioloji amil

c)qiymәt, alıcının zövqü, gәlirlәrin sәviyyәsi

d)yığımın hәcmi, gәlirlәrin sәviyyәsi

e)gәlirin sәviyyәsi, alıcının zövqü, qiymәt



252.“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul edilib?

a) 30 sentyabr 2005-ci il.

b) 10 noyabr 2001-ci il;

c) 10 noyabr 2006-cı il;

d) 7 mart 2001-ci il;

e) 20 mart 2007-ci il.



253.“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması a) azaddır;

b) müstəqildir;

c) sərbəstdir;

d) məhduddur;

e) əsasddir.

254.“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən kimlərin özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir?

a) hər kəsin;

b) fiziki və hüquqi şəxslərin;

c) qanunla nəzərdə tutulmuş şəxslərin;

d) məsul şəxslərin.

e) vəzifəli şəxslərin.



255. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə hansı hüququ yoxdur?

a) bu informasiyaların məhv edilməsini tələb etmək.

b) maneəsiz onu əldə etmək;

c) bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək;

d) maneəsiz tanış olmaq;

e) fərdi əldə etmək.



256 Hər hansı ictimayyətlə əlaqələr proyekt tərtib edilərkən hər şeydən əvvəl hansı iş Görülməlidir?

a)İnformasiya toplanmalıdır

b)Qanun dəyişilməlidir

c)Məhkəməyə müraciət olunmalıdır

d)Həmkarlar Təşkilinə müraciət qəbul olunmalıdır

e)Hec biri



257. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən informasiya nədir?

a) yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar;

b) qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər;

c) şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəzifələr barədə faktlar, rəylər, bilgilər;

d) sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin etmək üçün göstərilən fəaliyyət;

e)rəhbərin icazəsi ilə yayılan xəbərlər



258 “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun nələri müəyyənləşdirmir?

a) dövlət sirri təşkil edən informasiyaların işlənmə qaydaları.

b) ictimai informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər və həmin informasiyanın digər qanunlarla tənzimlənməyən hissəsinin açıqlanma və təqdim edilmə qaydaları;

c) informasiyanın əldə olunmasının təşkilinə nəzarətin həyata keçirilməsi qaydaları;

d) informasiyanın əldə olunmasının şərtləri, qaydaları və formaları, habelə informasiya sahibinin bu cür informasiyanı təqdim etməkdən imtinasının əsasları;

e)informasiya əldə etmək üçün təşkilatın məlumatlarını toplamaq lazımdır.



259. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İnformasiya əldə olunmasının əsas prinsipi deyil?

a) informasiyanın maksimum konfendisiallığı;

b) informasiyanın əldə olunmasının qanunuiliyi;

c) informasiya sorğunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi;

d) dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi.

e)yerli icra orqanlarının informasiya qanunları



260. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən informasiya əldə olunmasının əsas prinsipi deyil?

a) informasiyanın əldə edilməsinin ödənişli həyata keçirilməsi.

b) informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması;

c) informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən, məhkəmə yolu ilə müdafiəsi;

d) informasiya sorğunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi;

e) informasiya məlumatlarını əldə etmək üçün müxtəlif məlumatlar toplanmalıdır



261. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən informasiya sahibi sənədə malik deyil, əgər....

a) digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsus deyilsə;

b) digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa;

c) informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə;

d) Müvafiq icra hakimiyyətinin təsdiqləyici sənədi yoxdur.

e) informasiyanın mövcud sənədləri olmalıdır



262.“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair qaydaları hansı orqan müəyyənləşdirir?

a) Müvafiq icra hakimiyyəti orqanı;

b) İnsan Hüquqları üzrə Müvəkkil;

c) İnformasiya məsələləri üzrə müvəkkil;

d) Ədliyyə Nazirliyi.

e) Milli məclis



263. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İnformasiya sahibi fiziki şəxsin özü haqqında fərdi məlumatlarla tanış olması və lazım gələrsə onlarda dəqiqləşdirmələr aparılması üçün hansı Qanunun tələblərinə uyğun qaydalar müəyyənləşdirir və bu qaydaların icrasını təmin edir?

a) “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa;

b) “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa;

c) Azərbaycan Respublikasının Konstitusiyasına;

d) “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa;

e)İctimai əlaqələr haqqında qanuna



264. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilərmi?

a) əsas ola bilməz;

b) əsas ola bilər;

c) bu Qanunda müəyyənləşdirilməmişdir;

d) bu barədə qərarı təşkilat rəhbəri verir.

e) qanunla müəyyənləşdirilmir



265.“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Müvəkkilə hesabatlar nə vaxt təqdim olunur?

a) ildə iki dəfə - hər cari ilin birinci və yeddinci aylarında;

b) ildə iki dəfə - hər cari ilin birinci və altıncı aylarında;

c) ildə dörd dəfə;

d) ildə bir dəfə.

e) ildə beş dəfə.



266. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən reyestrin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi qaydaları kim tərəfindən müəyyənləşdirilir?

a) müvafiq icra hakimiyyəti;

b) ombudsman;

c) informasiya sahibi;

d) hüquqi şəxslər.

e) fiziki şəxslər



267. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən informasiya sahibi daxil olan, göndərilən və ya idarə daxilində hazırlanan sənədləri hansı müddətə qeydə almalıdır?

a) daxil olduğu, göndərildiyi və ya idarə daxilində hazırlandığı gün;

b) imzalandığı gün;

c) qüvvəyə mindiyi gün;

d) həftə ərzində

e) gün ərzində



268. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi aktlar hansı müddətə qeydə almalıdır?

a) qüvvəyə mindiyi gün;

b) gün ərzində

c) daxil olduğu, göndərildiyi və ya idarə daxilində hazırlandığı gün;

d) həftə ərzində

e) imzalandığı gün;



269.“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hansılar sənədlərin reyestrində qeydə alınır?

a) hüquqi aktlar.

b) bildirişlər;

c) memorandumlar;

d) mühasibat sənədləri;

e) vergi sənədləri



270. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən informasiya sahibi informasiya sorğusunun bu sorğuda göstərilən formada icrasından aşağıdakı hallardan hansında imtina edə bilməz?

a) informasiya sahibinin subyektiv qərarları əsasında.

b) informasiya daşıyıcısının növü ilə əlaqədar icrası mümkün deyilsə;

c) şifahi sorğu əsasında verilməli olan informasiya böyük vaxt tələb etdiyindən informasiya sahibinin əsas vəzifələrinin yerinə yetirilməsinə məneələr yaradırsa;

d) texniki imkanlar olmadıqda;

e) informasiya sahibinin əsas vəzifələrinin yerinə yetirilməsinə icazə verilməməsi



271. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İnformasiyanın təqdim edilməsi forması sorğudan aydın olmursa və bunu sorğunun icrası üçün nəzərdə tutulmuş müddət ərzində dəqiqləşdirmək mümkün deyilsə, o zaman sorğunun icrası hansı formada təmin olunur?

a) informasiya sahibinin seçdiyi formada;

b) sorğuçunun seçdiyi formada;

c) bu halda sorğu təmin edilmir;

d) bu hal qanunda nəzərdə tutulmamışdır.

e) bu halda sorğu nəzərdə tutulmamışdır.



272. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İnformasiya sahibi sorğuda tələb olunan informasiyanı hansı üsullarla icra edə bilər?

a) telefonoqramla.

b) sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə;

c) şifahi formada;

d) elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə;

e) sorğu formasında



273. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İnformasiya sorğusu yalnız hansı hallarda şifahi cavablandırılmır?

a) yazılı informasiya sorğusunda təqdim edilmə forması göstərilməyibsə.

b) informasiya sorğusu üzrə məlumatlar soruşulduqda;

c) informasiya sahibinə sorğuçunu maraqlandıran məlumatın olub-olmadığı öyrənildikdə;

d) vəzifəli şəxslərə bilavasitə müraciət edildikdə;

e) informasiya olmadığunu öyrəndikdə;



274. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İnformasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edə bilməz?

a) sorğunun icrasının qeyri müəyyən müddətə uzadır.

b) sorğunun icrasını təmin edir;

c) sorğunun aidiyyəti informasiya sahibinə göndərir;

d) sorğunun icrasından imtina edir;

e) sorğunun icrasına nəzarət edildikdə



275. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sorğu edilən informasiya informasiya sahibində yoxdursa, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin nə qədər müddətə ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidir?

a) 5 iş günündən gec olmayaraq;

b) 10 iş günündən gec olmayaraq;

c) 15 iş günündən gec olmayaraq;

d) 3 iş günündən gec olmayaraq;

e) 12 iş günündən gec olmayaraq;



276. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 5 iş günündən gec olmayaraq informasiya sorğusu ən qısa müddətə, lakin nə qədər müddətə icra edilir?

a) 7 iş günündən gec olmayaraq;

b) 10 iş günündən gec olmayaraq;

c) 3 iş günündən gec olmayaraq;

d) 1 iş günündən gec olmayaraq;

e) 5 iş günündən gec olmayaraq;



277. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya nə qədər müddətə məlumat verir?

a) 5 iş günü;

b) 5 gün;

c) 7 iş günü;

d) 3 iş günü.

e) 1 iş günü.


278. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İnformasiya sorğusunun müəyyənləşdirilmiş icra müddəti nə vaxtdan hesablanır?

a) sorğunun qeydə alındığı günün sonrakı iş günündən;

b) sorğunun qeydə alındığı gündən;

c) sorğunun qeydə alındığı günün sonrakı günündən;

d) sorğunun daxil olduğu günün sonrakı günündən;

e) sorğunun daxil olduğu əvvəlki gün



279. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İnformasiya sahibi həddən çox sorğu aldıqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsayılı sənədləri araşdırmaq lazım gəldikdə, o, qanunla nəzərdə tutulmuş icra müddətini əlavə olaraq nə qədər uzada bilər?

a) 7 iş günü;

b) 5 gün;

c) 5 iş günü;

d) 3 iş günü.

e) 1 iş günü.



280. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hansı informasiyaların əldə edilməsinə görə ödəniş tələb olunmur?

a) ictimai informasiyaların;

b) texniki informasiyaların;

c)iqtisadi informasiyaların;

d) siyasi informasiyaların

e) əlaqəli informasiya



281.“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hansı informasiya xidməti üçün hansı şərtlə haqq alına bilər?

a) ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın;

b) ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olsun;

c) ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq eyni olsun;

d) ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərclər

e) informasiyanın hazırlanması üçün çəkilən xərclər



282. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılmır?

a) açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edilmədikdə;

b)informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verdikdə;

c) informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə;

d) informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə.

e) informasiya sorğuçuya əsaslandırılmış cavab verildik.



283. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən informasiya sorğusu icra olunduqda və ya icrasından imtina edildikdə reyestrə hansı məlumatlar daxil edilmir?

a) sorğunun icrasından imtina üçün bu Qanunla müəyyənləşdirilməmiş əsaslar.

b)surəti, tərcüməsi və ya çıxarışları verilmiş sənədlərin rekvizitləri;

c) sorğunun icra edildiyi və ya icrasından imtina edildiyi tarix;

d) sorğunun icrasına məsul olan vəzifəli şəxsin adı və soyadı;

e) surəti çıxarışlara verilmiş sənədlərin rekvizitləri;



284. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması formaları və qaydaları kim tərəfindən müəyyənləşdirilir?

a) müvafiq icra hakimiyyəti;

b) təşkilat rəhbəri;

c) Milli Məclis;

d) Konstitusiya Məhkəməsi.

e) yerli icra hakimiyyəti



285. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə hansılardır?

a) məxfi və gizli (konfidensial);

b) məxfi və tam məxfi;

c) məxfi və xüsusi əhəmiyyətli;

d) məxfi və qeyri-məxfi.

e) gizli əhəmiyyətli;



286. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İnformasiya sahibi informasiyanın hansı yolla xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər?

a) əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə;

b) istifadəsinə qadağa qoymaqla;

c) İctimailəşdirməklə;

d) heş bir üsulla.

e) məhdudiyyət yolu ilə;



287. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən informasiya sahibləri hansı informasiyaları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər?

a) ətraf mühit üçün təhlükə yaradacaq və ya yarada biləcək, ətraf mühitin komponentlərinə zərər vuracaq və ya zərər vura biləcək informasiya – bu təhlükəni törədən səbəblər aradan qalxanadək.

b) dövlət sirri təşkil edən məlumatların siyahısı;

c) qrantlar haqqında;

d) qanuni qüvəyə minmiş məhkəmə qərarları;

e) qanuni qüvəyə minməsi normativ hüquqi aktla;



288. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatdır?

a) cinsi həyat haqqında məlumatlar;

b) sağlamlıq vəziyyəti haqqında məlumatlar;

c) şəxslərin özəl xüsusiyyətləri, qabiliyyətləri və xarakterlərinin digər cizgiləri haqqında məlumatlar;

d) sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar.

e) inzibati yardım sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar.



289. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatdır?

a) sağlamlıq vəziyyəti haqqında məlumatlar;

b) ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar;

c) cinsi həyat haqqında məlumatlar;

d) övladlığa götürmə ilə bağlı məlumatlar;

e) tam sağlamlığı haqqında məlumat



290. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Xidməti istifadə üçün nəzərdə tutulan informasiyaların əldə olunmasına qoyulan məhdudiyyət bu məhdudiyyəti doğuran səbəblər aradan qalxdıqda neçə ildən gec olmayan müddətə götürülməlidir?

a) 5.


b) 2;

c) 4;


d) 1;

e) 6;


291. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi məlumatların əldə olunmasına qoyulan məhdudiyyət ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən neçə il müddətinədək qüvvədədir?

a) 110;


b) 30;

c) 75;


d) 100.

e) 83;


292. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanunun icrasına nəzarət hansı qaydada həyata keçirilir?

a) fiziki şəxslər – səlahiyyətləri çərçivəsində.

b) yuxarı orqan – tabeçilik əsasında;

c) İnformasiya Məsələləri üzrə müvəkkil – bu Qanunla müəyyənləşdirilmiş qaydada;

d) informasiya sahibinin rəhbəri – xidməti qaydada;

e) Qanunla müəyyənləşdirilmiş qaydalar;



293. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İnformasiya Məsələləri üzrə müvəkkil (bundan sonra – Müvəkkil) təqdim etdiyi neçə namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir?

a) 3;


b) 1;

c) 2;


d) 5.

e) 7


294. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Müvəkkil vəzifəyə seçildiyi gündən sonrakı neçə gün ərzində statusuna uyğun olmayan vəzifəni dayandırmalıdır?

a) 7;


b) 1;

c) 3;


d) 5.

e) 6


295. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Müvəkkilin aparatının strukturu, ştat cədvəli və əməkdaşları kim tərəfindən müəyyənləşdirilir?

a) Müvəkkil;

b) Azərbaycan Respublikasının Milli Məclis;

c) Müvafiq icra hakimiyyəti;

d) Azərbaycan Respublikasının Nazirlər Kabineti.

e) Azərbaycan Respublikası Konstitusiya Məkəməsi;



296. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Müvəkkilin səlahiyyətlərinə hansı qaydada xitam verilir?

a) Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə;

b) Prezident Sərəncamı ilə;

c) Konstitusiya Məhkəməsi sədrinin əmri ilə;

d) Milli Məclis sədrinin qərarı ilə.

e) Azərbaycan Respublikasının Milli Məclis;



297. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hansı halda Azərbaycan Respublikasının Milli Məclisinin sədri öz sərəncamı ilə Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verə bilməz?

a) Müvəkkilin vəzifəsini lazımınca icra etmədikdə.

b) Müvəkkilin barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

c) Müvəkkilin vəzifəsindən könüllü şəkildə yazılı istefa verdikdə;

d) Müvəkkil vəfat etdikdə;

e) Vətəndaş vəfat etdikdə



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin