İdarə Heyətinin aşağıdakı səlahiyyətləri vardır



Yüklə 7,07 Kb.
tarix29.11.2018
ölçüsü7,07 Kb.
#85110

İdarə Heyətinin aşağıdakı səlahiyyətləri vardır:

  • Bankın mənfəətli və sabit fəaliyyətinin təmin edilməsi məqsədilə onun cari fəaliyyətinin təşkili və rəhbərliyin həyata keçirilməsi;

  • Bankın əsas biznes növlərinə, şəbəkəsinə, idarəetmə və nəzarət sisteminə, informasiya texnologiyalarına və infrastrukturuna münasibətdə Bankın inkişaf strategiyasının həyata keçirilməsinin təşkil edilməsi; onların həyata keçirilməsinə nəzarət;

  • Bankın Səhmdarların Ümumi Yığıncağının və Müşahidə Şurasının qərarlarının icra edilməsinin təmin edilməsi;

  • Bankın Səhmdarların Ümumi Yığıncağının və Müşahidə Şurasının işi üçün lazımi şəraitin yaradılması;

  • İdarə Heyətinin tərkibi və onun üzvlərinin əməyinin ödənilməsi ilə bağlı olan məsələlərdən başqa, Bankın Səhmdarların Ümumi Yığıncağının və Müşahidə Şurasının müzakirəsinə çıxarılan məsələlərin ilkin baxılması;

  • Bankın strateji planı üzrə təkliflərin hazırlanması və təsdiq üçün Müşahidə Şurasına verilməsi;

  • Mühasibat uçotunun beynəlxalq standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlığı da daxil olmaqla, Bankın maliyyə hesabatlığına baxılması, onun Bankın Səhmdarlarının Ümumi Yığıncağının və Müşahidə Şurasının baxışına çıxarılması;

  • Bankın struktur bölmələrinin işi haqqında hesabatlara baxılıması;

  • Hesabat dövrü üçün Bankın fəaliyyətinin nəticələrinə baxılması;

  • Kommersiya sirrini təşkil edən məlumatların siyahısının müəyyən edilməsi və Bankda kommersiya sirrini təşkil edən məlumatlarla iş qaydasının müəyyən edilməsi;

  • Bankın ayrıca bölmələrinin işi üzərində nəzarət, onların öz vəzifələrinin vaxtında və müvafiq qaydada icra edilməsinin təmin edilməsi;

  • Baş ofisin birbaşa bank xidməti göstərməyən daxili struktur bölmələrinin onun əsas binasının yerləşdiyi yerdən kənarda yerləşdirilməsi;

  • Bankın Səhmdarlarının Ümumi Yığıncağının və Müşahidə Şurasının səlahiyyətinə aid olan məsələlər istisna olmaqla, Bankın bütün cari fəaliyyətinə rəhbərlik məsələləri üzrə qərarların qəbul edilməsi;

  • Azərbaycan Respublikasının qanunvericiliyi, Bankın Nizamnaməsi və İdarə Heyəti haqqında Əsasnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətlər.

Yüklə 7,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin