İdаrəеtmə bütün tаrix bоyu mövcud оlmuşdur. Аmmа оnun təsirеtmə



Yüklə 31,92 Kb.
səhifə1/2
tarix05.09.2022
ölçüsü31,92 Kb.
#117697
  1   2
İstinad


İstinad- MENECMENT 1 İstinad olunan mənbə: Şahbazov K.A., Məmmədov M.H., Həsənov H.S. “Menecment”. Bakı, 2007, səh. 41-47

İdаrəеtmə bütün tаrix bоyu mövcud оlmuşdur. Аmmа оnun təsirеtmə


xüsusiyyətləri və icrа mеxаnizmi bаşqа cür оlmuşdur.
Kiçik kold Corcun “İdarəçilik fikrinin tarixi” kitabının “İdarəçilik kontinuumu”1
(kontinuum – latıncadan – proses və hadisələrin arasıkəsilməzliyi, fasiləsizliyi kimi
tərcümə olunur) adlı başlığında eramızdan 5000 il əvvəl idarəetmənin inkişafı
mərhələləri verilir. Həmin başlıqda Şumerlərin mixi yazıları kəşf etməsindən
başlayaraq psixologiya və insan davranışının idarəetmədə mühüm yer tutmasına
qədər XX əsrin 50-ci illərinədək olan bütün hadisələrin qeydiyyatı aparılmışdır.
Fərd və etnik qrupların müxtəlif tarixlərdə idarəetmənin formalaşması və
inkişafına verdikləri əsas tövhələrdən bəzilərini qeyd edək:
- E.ə 5000 il əvvəl Şumerlər tərəfindən yazılış və faktların qeydiyyatının
aparılması;
- E.ə 4000 il əvvəl Misirlilər tərəfindən planlaşdırma, təşkiletmə və
nəzarətin zəruriliyinin qəbul edilməsi;
- E.ə 350 il əvvəl Platon tərəfindən elmi metodlardan istifadə, əmək
metodlarının və iş ahənginin öyrənilməsi, ixtisaslaşma prinsipinin
formalaşdırılması;
- E.ə 325 il əvvəl Böyük Aleksandr tərəfindən qərargahın yaradılması;
- 1340-cı ildə L.Paçoli tərəfindən ikili mühasibatın yaradılması;
- 1776-ci ildə Adam Smit tərəfindən sənaye işçilərinə ixtisaslaşma
prinsipinin tətbiqi, nəzarət konsepsiyası, əməyin ödənilməsinin
hesablanması;
- 1800-cü ildə Ceyms Uatt tərəfindən standart əməliyyatlar, ixtisaslaşma, iş
metodları, planlaşdırma, əmək haqqı vasitəsilə stimullaşdırma, standart
vaxt, standart məlumatlar, qulluqçular üçün bayramların təşkili, bayram
hədiyyələri, qulluqçuların sığorta cəmiyyətləri, balans və hesabatın təftişi;
- 1810-cu ildə Robert Ouen tərəfindən şəxsi təcrübədən istifadə, işçilərin
hazırlanması ilə bağlı məsuliyyət, işçilərə hər cür şəraiti olan evlərin
tikilməsi;
- 1820-ci ildə Ceyms Mill tərəfindən insan motivasiyasının
ümumiləşdirilməsi və təhlili;
- 1886-cı ildə Henri K.Metkalf və Henri P.Taun tərəfindən menecment
sənəti, idarəetmə elmi;
- 1900-cu ildə Frederik V.Teylor tərəfindən elmi menecment, sistemli
yanaşma, kadr menecmenti, əməklə menecment arasında kooperasiyanın
zəruriliyi, yüksək əmək haqqı, əməklə menecment arasında bərabərlik,
funksional təşkiletmə, sexlərə tətbiq zamanı müstəsnalıq prinsipi, maya
dəyərinin qiymətləndirilməsi sistemi, metodik tədqiqatlar, iş saatının
tədqiqi, elmi menecmentin müəyyənləşməsi, menecmentin işinə
arxalanmaq, tədqiqatlar, planlaşdırma, standartlar, nəzarət və
kooperasiyaya arxalanmaq;
- 1900-cu ildə Frenk B.Cilbert tərəfindən motivasiyalı tədqiqatlar
aparılması;
- 1901-ci ildə Henri. L.Hant tərəfindən mükafatlandırmanın vəzifə və
sistemi, əməyə humanist yanaşma, Hant sxemi, işçilərin hazırlanması ilə
əlaqədar menecerlərin məsuliyyəti;
- 1910-cu ildə Xyuqi Münsterberq tərəfindən menecmentdə və işdə
psixologiyadan istifadə, effektiv injirinq, effektivliyin prinsipləri;
- 1916-cı ildə Anri Fayol tərəfindən menecmentin ilkin tam nəzəriyyəsi,
menecmentin funksiyaları və prinsipləri, tədris müəssisələrində
menecmentin bir fənn kimi tədris edilməsi zəruriliyinin qəbul edilməsi;
- 1923-cü ildə Oliver Şeldon tərəfindən menecment fəlsəfəsinin və
menecmentin prinsiplərinin inkişaf etdirilməsi;
- 1927-ci ildə Elton Meyo tərəfindən qrup səylərində sosioloji
konsepsiyanın yaradılması;
- 1930-cu ildə Meri P.Follet tərəfindən fərdi motivasiyaya əsaslanmış
menecment fəlsəfəsi, menecment probleminin həllinə qrup yanaşmasının
yaradılması;
- 1938-ci ildə Çester Barnard tərəfindən təşkiletmə nəzəriyyəsi,
menecmentin sosioloji aspektləri, kommunikasiyanın zəruriliyi
ideyalarının irəli sürülməsi;
- 1943-cü ildə Lindell Urvik tərəfindən Menecment prinsiplərinin bir araya
gətirilməsi və korrelyasiyası;
- 1947-ci ildə Maks Veber tərəfindən təşkiletmə nəzəriyyəsi üzrə insani
münasibətlərin tədqiqatında sosioloji psixologiyaya və ümumi
psixologiyaya əsaslanması;
- 1960-cı ildə Duqlas Mak-Qreqor tərəfindən “X” və “Y” nəzəriyyəsinin
əsasının qoyulması. Menecerlərin tabeçilikdə olanlara münasibətinin
onların davranışına və təşkilatdakı iş mühitinə əhəmiyyətli dərəcədə
təsirinin sübut edilməsi;
- 1965-ci ildə İqor Ansoff tərəfindən strateji planlaşdırma modelinin təklif
edilməsi;
- 1975--ci ildə Uilyam Ouçi tərəfindən Firma nəzəriyyəsinin inkişafı,
bazarın qeyri təkmilliyinin müəyyən olunması;

Yüklə 31,92 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin