İddiaçı: Aynur Akif qızı Məmmədova Elmi rəhbər: fiologiya elmləri doktoru, professor


Tədqiqatın nəzəri və praktik əhəmiyyəti



Yüklə 0,84 Mb.
səhifə7/26
tarix02.02.2022
ölçüsü0,84 Mb.
#114125
1   2   3   4   5   6   7   8   9   10   ...   26
Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Azərbaycan dilçiliyində ilk dəfə olaraq C.Ostinin romanları əsasında onun dil və üslub xüsusiyyətləri tədqiq olunmuşdur. Nəzəri planda işin əsas əhəmiyyəti eyni dövrə və yaxın mövzuda yazılmış əsərlərin mətnlərinə kompleks yanaşmanın tətbiq olunması, təsvir olunan əyalət kübar cəmiyyətin dilindəki leksik vahidlərin işlənmə xüsusiyyətlərinin araşdırılmasıdır. Təhlil göstərir ki, XIX əsr ingilis əyalət kübar cəmiyyətinin nitqdə istifadə etdiyi sözlər müəyyən leksik qat təşkil etmişdir. Dissertasiyada romanların dili qrammatik səviyyədə də öyrənilmiş, C.Ostinin yaradıcılığı üçün səciyyəvi olan qrammatik vasitələr və onların üslubi xüsusiyyətləri aşkara çıxarılmışdır. İlk dəfə olaraq məktub-roman janrına aid dil materialı ayrılıqda araşdırılmış, məktubların strukturca təsnifi verilmiş, onların arasındakı oxşar və fərqli cəhətlər təyin edilmişdir.

Tədqiqatın praktik əhəmiyyəti isə ondan ibarətdir ki, tədqiqat işindən XIX əsr ingilis dilinin leksikası və qrammatikasına aid mühazirə və seminarlarda istifadə oluna bilər. İşdə əldə olunan material ingilis dilindəki centri leksikonunun lüğətini, habelə bu sosial idiolektdə işlənən qəlib ifadələrin siyahısının tərtibində tətbiqini tapa bilər. Dissertasiya əsasında üslubiyyata aid, eləcə də ayrıca müəllifin dili haqqında metodik vəsaitlər tərtib etmək üçün də əhəmiyyət daşıyır. Bədii mətndə konsept sahəsi, konseptlər haqqında xüsusi seminarların təşkili üçün işdə kifayət qədər material vardır.




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin