Identification



Yüklə 63,64 Kb.
tarix21.10.2017
ölçüsü63,64 Kb.
#7030
növüMühazirə

Riyaziyyatın tədrisi metodikası sillabus


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Math412 Riyaziyyatın tədrisi metodikası, 3 kredit.

Departament

Təhsil fakültəsi

Proqram (bakalavr, magistr)

bakalavr

Tədris semestri

Qış. 2013

Fənni tədris edən müəllim (lər)

Elxan Bəylər oğlu Bəylərov

E-mail:

el_4444@mail.ru

Telefon:

(+99450) 3817688

Mühazirə otağı/Cədvəl

202-N/ Çərşəmbə axşamı

10-30 : 13-30






Konsultasiya vaxtı




Prerekvizitlər

-

Tədris dili

Azərbaycan

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

1. Tahirov B.Ö., Namazov F.M., Əfəndi S.N., Qasımov E.A., Abdullayeva Q.Z.

Riyaziyyatın tədrisi üsulları. 2007. mechmath.bsu.edu.az/.../riyaziyyat_v_onun_tdrisi_metodikasi_kafed

2. Quliyeva N. Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası. www.kitabxana.net/files/books/file/1327311408.pdf

3. Rriyaziyyatın tədrisində ümumiləşdirmə - Azərbaycan Milli Kitabxanası

www.anl.az/el/q/qe_rtu.pdf

4. Mərdənоv M.C. və b., 1) Riyаziyyаt-6, «Çаşıоğlu», B., 2003; 2) Həndəsə

7, «Çаşıоğlu», B., 2003; 3) Cəbr-7, «Çаşıоğlu», B., 2003; 4) Həndəsə-8,

«Çаşıоğlu», B., 2003; 5) Həndəsə-9, «Çаşıоğlu», B., 2003; 6) Cəbr-8, «Çаşıоğlu», B., 2003; 7) Cəbr-9, «Çаşıоğlu», B., 2003; 8) Cəbr və аnаlizin bаşlаnğıcı-10, «Çаşıоğlu», B., 2003; 9) Cəbr və аnаlizin bаşlаnğıcı-11, «Çаşıоğlu», 2003; 10) Həndəsə-10, «Çаşıоğlu», B., 2003; 11) Həndəsə-11, «Çаşıоğlu», B., 2003.

5. Əhmədov A. Kurikulum jurnalı // 2009. № 2. səh 35. www.kurikulum.az.

6. "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)". ARNK-nin qərarı. 3 iyun 2010-cu il. № 103.

7. www.kurikulum.az saytı.

8. portal.edu.az təhsil portalı.

9. TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU. 19 iyun 2009-cu il.

10. «AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI»NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA ARNK-nin qərarı. 13.01.2009. № 9.

11. AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN RİYAZİYYAT FƏNNİ KURİKULUMU (V-XI siniflər). AR TN. 2012. http://www.edu.gov.az AR TN portalı.

12. Riyaziyyat fənni üzrə məzmun standartları (V-XI siniflər). AR TN. 2012. http://www.edu.gov.az AR TN portalı.

13. Riyaziyyat fənni üzrə qiymətləndirmə standartları (V-XI siniflər). 2012. http://www.edu.gov.az AR TN portalı.

14. az.wikipediya.org.- azəridilli elektron ensiklopediya .


Kursun vebsaytı

-

Tədris metodları

Mühazirə




Qrup müzakirəsi




Praktiki tapşırıqlar




Praktiki məsələnin təhlili




Digər




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




40

Praktiki məsələ







Fəallıq




10

Tapşırıq və testlər







Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı




40

Digər (davamiyyət)




10

Yekun




100

Kursun təsviri

Riyaziyyatın tədrisi metodikası kursunda riyaziyyat fənninin məktəbdə tədrisi nəzəriyyəsinin və metodikasının ümumi və xüsusi məsələləri öyrənilir.

Riyaziyyatın tədrisi metodikasının predmeti riyaziyyatın təlimi prosesidir. O, bütün tədris mərhələlərində riyaziyyatın təlimi qanunauyğunluqlarını öyrənir.




Kursun məqsədləri

Riyaziyyatın tədrisi metodikası təlim prosesi ilə bağlı aşağıdakılara aydınlıq gətirir:

1. Nə üçün riyaziyyatı öyrənmək lazımdır (riyaziyyat təliminin məqsədi)?

2. Riyaziyyatdan nəyi öyrənmək lazımdır (riyaziyyat təliminin məzmunu)?

3. Riyaziyyatı necə öyrənmək lazımdır (riyaziyyat təliminin üsulları)?




Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr aşağıdakılara nail olacaqlar:

Riyaziyyat təliminin aşağıdakı məqsədlərini mənimsəyəcəklər:

1) riyaziyyat təliminin ümumtəhsil məqsədləri;

2) riyaziyyat təliminin tərbiyə məqsədləri;

3) riyaziyyat təliminin praktik məqsədləri.

Orta məktəbdə riyaziyyat təliminin ümumtəhsil məqsədləri:

1) şagirdlərə riyaziyyatdan bilik, bacarıq və vərdişlərin müəyyən sistemini vermək;

2) şagirdlərin real aləmin riyazi metodlarla dərk olunmasına yiyələnməsinə kömək göstərmək;

3) şagirdləri riyaziyyatdan yazılı və şifahi nitqə alışdırmaq;

4) şagirdlərə fəal idrak fəaliyyəti üçün zəruri olan minimum riyazi informasiyaya yiyələnməkdə kömək göstərmək.

Orta məktəbdə riyaziyyat təliminin tərbiyə məqsədləri:

1) şagirdlərdə mütərəqqi dünya görüşü tərbiyə etmək;

2) şagirdlərdə riyaziyyatı öyrənməyə dayanıqlı maraq tərbiyə etmək;

3) şagirdləri mənəvi-estetik ruhda tərbiyə etmək;

4) şagirdlərin riyazi təfəkkürünü inkişaf etdirmək.

Orta məktəbdə riyaziyyat təliminin praktik məqsədləri:

1) şagirdlərdə qazanılmış riyazi bilikləri sadə praktik məsələlərin həllində tətbiq edə bilmək bacarıqları formalaşdırmaq;

2) şagirdlərdə riyazi cihaz və alətlərdən istifadə etmək bacarıqları formalaşdırmaq;

3) şagirdlərdə elmi və tədris xarakterli informasiyanı sərbəst əldə etmək bacarıqları formalaşdırmaq.





Cədvəl (dəyişdirilə bilər)

Həftə




Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

12.02.13

4 saat

«Riyaziyyatın tədrisi üsulları» fənninin məqsədi,

məzmunu və vəzifələri. «Riyazi təhsilin islahatları uğrunda» beynəlxalq hərəkat


1) s. 5-13

2

19.04.13

4 saat

Məktəb riyaziyyat kursunun məzmunu . Riyaziyyat təlimində tərbiyə



1) s. 14-17

3

26.02.13

4 saat

Riyaziyi anlayışlar və onların tərifləri



1) s. 18-24

4

05.03.13

4 saat

Riyazi təkliflərin öyrənilməsi metodları.



1) s. 24-34

5

12.03.13

4 saat

Riyaziyyat təlimində didaktik prinsiplər. Elmi metodlar. Riyaziyyatın tədrisinin ənənəvi metodları.



1) s. 35-59

6

19.03.13

4 saat

Riyazi təfəkkürün əsas komponentləri. Riyaziyyat təlimində məsələ və misalların rolu.



1) s. 60-70

7

02.04.13

4 saat

Riyaziyyat dərsinə qoyulan tələblər. Riyaziyyat dərslərinin növləri və quruluşu. Şagirdlərin bilik və bacarıqlarının yoxlanılmasının forma, üsul və vasitələri. Riyaziyyatdan sinifdənkənar və məktəbdənkənar məşğələlər



1) s. 70-81

8




Aralıq imtahan




9

09.04.13

4 saat

Ədədi sistemlər. Elementar funksiyaların öyrənilməsi metodikası



1) s. 82-95

10

16.04.13

4 saat

Tənlik və bərabərsizliklərin öyrənilməsi metodikası



1) s. 95-102

11

23.04.13

4 saat

Riyazi analiz elementlərinin öyrənilməsi metodikası.



1) s. 105-128

12

30.04.13

4 saat

Həndəsi fiqurların xassələrinin öyrənilməsi metodikası. Çoxbucaqlılar və çoxüzlülər mövzularının öyrənilməsi metodikasının xüsusiyyətləri



1) s. 135-150

13

07.05.13

4 saat

Həndəsi çevirmələrin öyrənilməsi metodikası. Həndəsi qurmaların öyrənilməsi metodikası



e-mailə göndərilmiş cari təqdimat.

1) s. 150-159



14

14.05.13

4 saat

Kəmiyyətlər və onların ölçülməsinin öyrənilməsi metodikası



e-mailə göndərilmiş cari təqdimat.

1) s. 159-163



15

21.05.13

4 saat

Əyrinin uzunluğu. Çevrənin uzunluğu. Həcmin hesablanması. Sahənin hesablanması.



e-mailə göndərilmiş cari təqdimat.

1) s. 163-180



16




Final imtahan





Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 63,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin