Idil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix Bəxtiyar Tuncay Özet



Yüklə 92,74 Kb.
səhifə2/4
tarix01.01.2022
ölçüsü92,74 Kb.
#105269
1   2   3   4
Keywords: Pugchev, Khan, Great Tataria, saga.
Zəngin bir dastançılıq ənənəsinə sahip olan bulqar-tatar şifahi ədəbiyyatında “Puqaçau Padşah” dastanının özünəməxsus bir yeri var. Bu dastanı Çingizoğullarının qurduqları və yaşatdıqları böyük dövlətin son dövrlərindən və tam süqutundan bəhs edir.

Digər İdil-Bulqar qəhrəmanlıq dastanları kimi bu dastanın da süjetində bəzi sehirli, magik, əsatiri görüşlər yer alır. Bu hal dastanların yaranma və formalaşma xüsusiyyətlərindəndir. Çünki hər bir epos formalaşarkən onun strukturuna həmin elmentlər mifoloji çağın tələbləri kimi daxil olur (Əliyev R., 2014, s. 225).

İdil bulqarlarının düşüncə sisteminə hakim olan el-oba sevgisinin, milli tarixə sədaqət və bahadırlıq ruhunun izlərinə bulqar dastanlarında sıx-sıx rast gəlməkdəyik. Bu baxımdan Puqaçau dastanı da istisna seyildir. O, digər Türk qəhrəmanlıq dastanları ilə bir çox ortaq xüsusiyyətlərə malikdir ki, bu da özünü əsasən süjetin strukturunda göstərməkdədir. Fəqət bulqar-tatar tarixinin rus işğalçılarına qarşı şanlı savaşından bəhs edən bu epos sovet dövründə yasaq edilmişdi, bu səbəbdən də, demək olar ki, unudulmuşdur. Xalqın hafizəsində həmin dastanın bəzi fraqmentləri, xüsusən də bəzi qəhrəmnalıq nəğmələri ilişib qalmışdır. Onlar sonuncu Bulqar-Tatar və ya Türk-Tatar xanı (padşahı) Puqaçaunun rus işğalçılarına qarşı savaşına həsr olunmuş nəğmələrdir.

Bu nəğmələrdə həm rus çarı I Pyotr (Dəli Petro), həm də Puqaçau "patşa" (padşah) kimi yad edilirlər. Bunlardan birincisi mənfi, ikincisi isə müsbət obraz kimi çıxış edir. Nəğmələr XVIII əsrin 70-ci illərində cərəyan etmiş real tarixi hadisələrdən bəhs edir. Onlardan biri "Puqaçau patşa" adlanır:

Puqaçau patşanı kürse idenq, (Puqaçau padşahı görsəydin,

Allarınnan bil böqen uzsa idenq, Qarşısından keçib təzim etsəydin,

Arqamak menep, dan totıo, Yorğa ata şərəflə minib,

Caek yaularında yörsə idenq. Ural yaylaqlarına yürüsə idin.).

Sonuncu Türk-tatar xanına (padşahına) həsr olunmuş başqa bir nəğmə "Puqaçau yavı" (Puqaçaunun ordusu) adlanır:

Olı qına yulnınq tuzanı, (Yol uzunı sıx qara toz dumanı,

Çanq börketmen qaskər uzqanı, Əsgərin yoxdur ucu-bucağı,

Puqaçau la patşa üz doşmanın Puqaçau patşahın ordusu,

Kuy-sarıktay iten kırqanı. Qırıb keçir düşmanı.)

(Xakimov R. F., 2012, s. 16).

Bundan başqa Puqaçau xanın cəsur sərkərdələrindən olmuş Bəxtiyara həsr edilmiş bir neçə nəğmə də məlumdur.

Türk-Tatar filklor yaddaşı sözügedən Puqaçaunu “Türk-Tatar padşahı” kimi tanıtsa da, rus tarixşünaslığı bu faktı uzun müddət inkar etmiş, ondan kəndli üsyanının başçısı və quldur kimi bəhs etmişdir. Rus mənbələrində onun adı "Puqaçov" kimi çəkilməkdədir. Son dövrlərdə bəzu rus tarixçiləri bu yalanı ifşa edən bir neçə məqalə ilə çıxış etmişlər. A. T. Fomenko və Q. V. Nosovdkiy isə bu mövzuya xüsusi kitab həsr etmişlər (Fomenko A. T., Nosovskiy Q. V., 2012)



Rusiya prezidenti Vladimir Putinin yaxın zamanlara qədər gizlədilən tarixi dəlillərin üzərindən gizlilik pərdəsinin götürməsindən və Rusiya məktəblərində tədris edilən rəsmi Rusiya tarixinin siyasi məqsədlərlə təhrif edilmiş saxta tarix olduğunun üzə çıxmasından sonra Rus-Türk əlaqələrinin tarixinə yeni nəzərlərlə baxmaq üçün yeni imkanlar açılmışdır. Söhbət V. Putinin göstərişi ilə Rusiyalı iş adamı Əlişir Usmanovun dünyanın müxtəlif yerlərindən əldə edərək Rusiyaya gətirilən və müxtəlif dövrlərdə Avropa ölkələrində, eləcə də Rusiyada nəşr edilən xəritələrdən gedir.

XIII – XVIII əsrlərə aid olan bu xəritələrin hamısında bugünkü Rusiya ərazisinin tamamının «Böyük Tartariya», başqa sözlə, «Böyük Tatarıstan» adlandığını və 1771-ci ilə qədər «Rusiya» adının işlədilmədiyini görürük. Yalnız həmin ildən sonra Rusiya indiki Peterburq və Moskva şəhərləri arasında yerləşən kiçik bir ərazidə peyda olur. Öncəki xəritələrdə isə həmin kiçik ərazi ya Avropanın bir hissəsi kimi göstərirlir, ya da «Avropa Moskoviyası» (Avropa Moskva dövləti) kimi qeyd edilir. Onun şərqində İsə Böyük Tartariyanın (Böyük Tatarıstanın) önəmli hissəsini əhatə edən «Moskva Tartariyası» (Moskva Tatar dövləti) göstərilir (Fomenko A. T., Nosovskiy Q. V., 2012).

Bu sırada Giymon Delil və Tobias Konard Lotter tərəfindən tərtib edilərək, 1772-ci ildə Ausburqda dərc edilmiş xəritəni (Bax: Xəritə 1), 1786-cı ildə Almaniyada çəkilmiş, Rusiya imperatorluğunun və Böyük Tatarıstanın əks olunduğu alman xəritəsini (Bax: Xəritə 2), eləcə də XVIII əsrdə Avropada cızılan (ili məlim deyil) başqa bir xəritəni (Bax: Xəritə 3), eləcə də XVIII əsrə aid başqa xəritələri (Bax: Xəritə 4, 5, 6) misal çəkmək olar.

Giymon Delil və Tobias Konard Lotter tərəfindən tərtib edilərək, 1772-ci ildə Ausburqda dərc edilmiş xəritədə (Moskva, şifrəsi ГО-7891077/4) Avropanın bir hissəsi kimi göstərilən Avropa Moskoviyası ilə Moskva Tatar dövləti arasında sərhədlərin haradan keçdiyi dəqiq göstərilib. Bu sərhədd 1772-ci ildə Azov dənizindən Don çayının yuxarı axarı böyunca uzanır və daha sonra isə Novqoroddan keçirdi.

XVIII əsrin daha öncəki dövrlərə aid başqa xəritələri (Bax: Xəritə 4, 5, 6) ilə müqayisə göstərir ki, 1772-ci ildə sərhədd xətti Moskva Tatar dövlətinin xeyrinə dəyişərək, bir qədər qərbə tərəf sıxışdırılmış və Don çayının aşağı axarına çatmışdır. Rus alimlərindən Q. V. Nosobskiy və A. T. Fomenki hesab edirlər ki, həmin ildə iki ölkə arasında müharibə baş vermiş və ehtimal ki, hərbi əməliyyatlara ilk öncə tatarlar başlamışlar. Onlar bildirirlər ki, həmin dövrdə paytaxtı Tobolsk şəhəri olan Moskva Tartariyası, yəni Moskva Tatar dövləti dünyanın ən böyük dövləti olmuşdur (Fomenko A. T., Nosovskiy Q. V., 2012). 

Bu fikri Britaniya Ensiklopediyasının 1771-ci il nəşri də təsdiqləyir. Ensiklopediyanın «Coğrafiya» bölümündə əks olunmuş bir cədvəl var. Həmin cədvəldə dövrün əsas dövlətləri sadalanır, onların sahəsi, paytaxtı və Londondan olan uzaqlığı, eləcə də Londonla saat fərqi qeyd edilmişdir.

Sözügedən ensiklopediyada Rusiyanın adı Avropa bölümündə, sadəcə bir dəfə çəkilir. Paytaxtının Peterburq, sahəsinin isə 1.103.485 mil kvadrat olduğu göstərilir. Paytaxtı Tobolsk olan Moskva Tatar dövlətinin sahəsinin isə bunda təqribən üç dəfə daha böyük, yəni 3.050.000 mil kvadrat olduğu yazılıb. Həmin dövrdə dörd hissədən ibarət olan (Krım xanlığı, Moskva Tatar dövləti və Çin Tatarıstanı bir dövlət idi və Krımdan idarə olunurdu, Azad Tatar dövləti adlandırılan Türküstan isə bağımsız idi) Böyük Tartariyanın, yəni Böyük Tatarıstanın ümumi sahəsi 4.472.290 mil kvadrat olmuşdur (Encyclopaedia Britannica, 1771, s. 682-684).

XVIII əsrin ortalarına aid edilən, Moskvada, Qədim Aktlar Arxivində qorunan bir rus xəritəsində (Bax: Xəritə 5) isə üç tatar dövləti qeyd olunub: Böyük Tartariya (Krım xanlığı və Moskva Tatar dövlətlərini əhatə edir), Azad (bağımsız) Tartariya və onun tərkib hissəsi olan və Krımdan idarə edilən Çin Tartariyası (Çin Tatar dövləti) (Fomenko A. T., Nosovskiy Q. V., 2012).

Lakin bir qədər sonrakı xəritələrdə artıq başqa mənzərə ilə rastlaşırıq Moskvadakı Dövlət Tarix Muzeyində qorunan, XVIII əsrin sonlarına aid edilən və üzərində «Roma dilindən tərcümə edilmiş kosmoqrafiya. Burada dövlət və ölkələrin adları bildirilir» sözləri yazılmış başqa bir rus xəritəsində Moskva Tatar dövlətinin ərazisi Sibir kimi göstərirlir və onun haqqında belə yazılır. Böyük Sibir ölkəsi. Əvvəllər xanlıq idi, indi Rusiyanın tərkibindədir (Bax: Xəritə 7).

Eyni mənzərəni 1796-cı ildə cızılmış bir alman xəritəsində də görməkdəyik. Burada artıq Böyük Tatarıstan önəmli hissəsi, yəni Moskva Tatar dövlətinin və Krım xanlığının ərazisinin Rusiyanın tərkibində göstərilir. Bununla belə, Azad Tartariya (Türküstan) və Çin Tatar dövləti Rusiya sınırlarından kənardadır. Yəni onlar hələ bağımsızlıqlarını sürdürməkdədirlər (Fomenko A. T., Nosovskiy Q. V., 2012).

Q. V. Nosovskiy və A. T. Fomenki hesab edirlər ki, Romanovlar sülaləsinin hakimiyyətdə olduğu Rusiya ilə Böyük Tatarıstan arasında sonuncu savaş 1768-1774-cü illər Rusiya-Osmanlı müharibəsi ilə paralalel getmiş və bu müharibədə tatarlar Osmanlı xəlifəsinin təbələri kimi savaşmışlar. Lakin 1774-ci ildə Osmanlıların gözlənilmədən Rusiya ilə sülh sazişi imzalaması tatarları arxasız qoymuş və bu, ruslara, Çin Tatarıstanı və Azad Tatarıstan dışında, Böyük Tatarıstanın digər ərazilərini işğal etməsinə imkan vermişdir (Fomenko A. T., Nosovskiy Q. V., 2012). Nəticədə Krımın və Böyük Tatar dövlətinin sonuncu xanı Şahin Gəray 14 aprel 1783-cü il tarixində xaqanlıq taxtından imtina etməyə, tatar bəyləri də rus təəbəliyini qəbul etməyə məcbur olmuşlar (Qayvorоnskiy О., 2003).

Avropa mənbələrində, o cümlədən ensiklopediya və xəritələrdə Tatarıstanın adı «Tartariya», tatarların adı isə «tartar» kimi tələffüz edilir və beləcə də yazılırdı. Başqa sözlə, «tartar» kəlməsi tatarların, «Tartariya» adı isə Tatarıstanın sinonimi kimi işlənirdi (Vitsen N. Bruno Naarden, 2010, s. 255-256). Latın dilində tərtib edilmiş mətnlərdə adı «Tartaria», fransızdilli mətnlərdə «Tartarie», ingilis dilində «Tartary», almancada isə «Tatarei» kimi qeyd edilən bu ölkə Qara dənizindən Sakit Okeana, Çin və Hindistana qədər uzanırdı. Onun şimal sərhəddini Şimal Buzlu Okeanı təşkil edirdi. Adı XIII-XVIII əslərə aid xəritələrdə dünyanın ən böyük dövlətinin adı olaraq keçirdi. Bu hala  hətta artıq mövcud olmadığı dövrün, daha dəqiq desək,  XIX əsrin bəzi xəritələrində də rast gəlinir (Zakiyev M. Z., 2002, s. 35).

Orta əsrlərdə Avropada bütün türklər «tartar», yəni tatar adı ilə tanınırdılar. Qədim farslar bütün türk xalqlarını «saka» (sak), yunanlar «skyth» (iskit), ərəblərsə «türk» adlandırdıqları kimi, avropalılar, o cümlədən slavyanlar da «tatar»  deyirdilər. Bu ad XIII əsrdə Çingiz xanın parça-parça olan əski Turan torpaqlarını öz hakimiyyəti altında birləşdirməsindən və yenidən vahid dövlətə çevirməsindən sonra geniş yayılmışdır. Avropalılar sözügedən etnonimi qərəzlə «cəhənnəm» mənasında işlətdikləri «Tartar» adı ilə eyniləşdirərək, bu şəkildə də işlətməyə başladılar. Onlar üçün ucu-bucağı görünməyən bu ölkə ilk dövrlərdə bir müamma olaraq qalmaqda idi (Zakiyev M. Z., 2002, s. 192-198; Fyodorova Ye. A. Slivinskiy V. P., 2013, s. 27).



S. Qorşeninanın yazdığına görə, Çingiz xanın tarix səhnəsinə çıxışı avropalıların ürəyinə elə bir qorxu salmışdı ki, onlar bu türk xalqını xristian miflərindəki Yəcuc və Məcuclarla eyniləşdirməyə başladılar (Gorshenina S., 2014, s. 108-109). Bu mövzu 1846-cı ildə ruslar tərəfindən dərc edilmiş bir akademik nəşrdə öz obrazlı əksini aşağıdakı şəkildə tapmışdır: «Avropalıların təsəvvüründə tatarlar dəhşət saçan və axır-zamanı başladan xalq idi və bu səbəbdən də etnonim xristianlığa qədərki təsəvvürlərlə uyğunlaşdırılaraq «tartar» şəklini almışdı» (Karmannaya knijka.., 1848, s. 256). 

Maraqlıdır ki, «Tartariya», yəni «Tatarıstan» terminini Çingiz xanın tarix səhnəsinə çıxmamışdan təqribən yarım əsr öncə Navarralı səyyah Veniamin Tudelli işlətmiş və bu adla Tibetin bir hissəsini, Türküstanla Tanqutlar ölkəsi arasındakı geniş ərazini adlandırmışdır (Karmannaya knijka.., 1848, s. 255). Eyni terminə «Relatio de David» (1221) adlı kitabda da rast gəlinir. Fəqət bu kitabda həmin ölkənin coğrafi məkanı göstərilməyib. Burada söhbət nestorian məzhəbindən olan tatar xanı Davudun müsəlmanlar üzərində çaldığı qələbədən söhbət açılır. Fransalı salnaməçi Alberik də eyni ölkənin adını çəkmişdir. Bu iki mənbədə «tartar» adı qətiyyən mənfi çalar daşımır, tatarlar isə xristian missioneri pastor İohanın adı ilə əlaqədar yad edilir. Adın mənfi çalar daşıması Çingiz xan dövründən sonrakı illərə təsadüf edir (Gorshenina S., 2014, s.107).

Ehtimal ki, «tartar» (tatar) adının mənfi anlamda ilk dəfə qıpçaqların qadın hökmdarı Russutana 1224-cü ildə Poma papası Honoriyaya yazdığı məktubunda işlətmişdir. Həmin məktubda söhbət tatarların Qafqaza hücumundan bəhs edilir. Eyni termindən eyni mənada 1238-ci ildə qıpçaq çöllərində xristianlığı yaymaqla məşğul olan Dominikanlı rahib Yulian da istifadə etmişdir (Gorshenina S., 2014, s.108-109).

S. Qorşeninanın yazdığına görə, tatarların adı ilk öncələr pastor İohanla birlikdə hallandırıldığı üçün Avropada xoş qarşılansa da, Çingiz xanın yürüşləri bu münasibəti dəyişdi. 1241-1242-ci illərdə yürüşlər Avropanı da hədəfə alandan sonra tatarlara «Tartar»ın (Cəhənnəmin) elçiləri kimi yanaşılmağa başlanıldı (Gorshenina S., 2014, s. 111-112).

Yuxarıda haqqında söz açdığımız xəritələrin sayı təqdim etdiklərimizdən qat-qat çoxdur. Və onlar bizə Turanın gerçək ərazisinin haraları əhatə etdiyini göstərməklə yanaşı, qarşımızda duran hədəfin də nə qədər böyük olduğunu nümayiş etdirir. Xatırladaq ki, Avropa mənbələrində qədim zamanlarda «Skhytya» (İskitlər ölkəsi), sonralar isə «Tartariya» adlandırılan ərazi fasr mənbələrində «Türyana» (Avesta), «Turan» (Firdövsi) və «Türküstan» adlandırılmışdır. 

Turan idealını bizə miras qoyan Əli bəy Hüsynzadə, İsmayıl bəy Qaspıralı, Zəki Vəlidi Toğan və Ziya Gökalp kimi fikir böyüklərimiz bu adı Firdövsidən əxz etmişlər. Çingiz xan isə onu «Yekə Menqu El Ulus» adlandırmışdır. Əski türkcəmizdə bu, «Böyük və Əbədi Respublika Ölkəsi» (Yekə-Böyük, Menqu-Əbədi, El – xalq, dövlət, başqa sözlə Xalq Dövləti, yəni Respublika, Ulus-Ölkə) deməkdir.

Əldə olan məlumatlar sözügedən Türk dövlətinin 1870-lərə qədər mövcudiyyətini qoruduğunu və hadisələrin rus tarixçilərinin yazdıqları kimi deyil, bulqar-tatarlara aid Puqaçau dastanında söylənildiyi kimi cərəyan etdiyini sübut edir.

Q. V. Nosovskiy və A. T. Fomenki yazırlar ki, Boyük Tatariya rusların Puqaçov (Puqaçau – B.T.) üzərində qələbəsindən sonra (1773-1775) süquta uğradı, dövlətin mərkəzi olan Tobolsk (Tubal // Tabal – B.T.) darmadağın edildi. Bundan sonra Romanovlar sülaləsinə qulluq edən tarixçilər, tarixi təhrif edərək Puqaçovu kəndli üsyanının başçısı kimi qələmə verməyə başladılar (Fomenko A. T., Nosovskiy Q. V., 2012).

Həmin dövlətin XVII əsrdəki siyasi idarəçilik forması haqqında “Universial coğrafiya” kitabında deyilir ki, bu dövlət xanlar tərəfindən idarə edilir. Bu barədə məlumatımız az olduğundan onların hamısını “tatar xanları” adlandırırıq (La Geographie Universelle, 1676, s. 239).


Yüklə 92,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin