İdxalatçıların uduşlarına isə aşağıdakıları aid etmək olar



Yüklə 125,89 Kb.
tarix07.07.2018
ölçüsü125,89 Kb.
#55900

Respublikamız ÜTT-yə üzvlük üçün 1997-ci ildə müraciət etmiş, həmin tarixdən etibarən təşkilatda müşahidəçi kimi çıxış etmişdir. Təşkilata üzv olma məsələsində isə qeyri-müəyyən fikirlər yaranmış, məsələnin lehinə və əleyhinə olanlar ortaya çıxmışdır. ÜTT-yə qəbulun mürəkkəb proses olduğunu və onun müxtəlif ölkələrə fərqli dividendlər gətirdiyini, milli iqtisadiyyatda bəzi çətinliklər yaratdığını nəzərə aldıqda təşkilata üzv olmağın pozitiv və neqativ nəticələrindən bəhs etmək olar. Üzvlüklə əlaqədar əldə olunacaq uduş və itkiləri ənənəvi olaraq ixracatçıların (istehsalçılar) və idxalatçıların (istehlakçılar) mövqeyindən qruplaşdırmaq məqsədəuyğundur. Təbii ki, hər iki kontekstdə cəmiyyətin də uduş və itkiləri olduğundan ona da ayrıca münasibət bildirmək olar.

İxracatçıların uduşuna aşağıdakıları aid etmək mümkündür. Onlar:



  • ÜTT institutları vasitəsilə  geniş məkanlı və zəngin tərkibli informasiyaya çıxış əldə edir, eyni zamanda bu institutların köməyi ilə ticarət mübahisələrinin ədalətli həllinə nail olurlar;

  • ÜTT-yə üzv olan bütün dövlətlərin bazarına təminatlı çıxış imkanlarına malik olurlar

  • çoxtərəfli ticarət danışıqlarında tam və bərabər hüquqlu üzv dövlət olaraq iştirak edir və dünya ticarət siyasətinə təsir imkanları qazanırlar.

İdxalatçıların uduşlarına isə aşağıdakıları aid etmək olar:

  • idxal rüsumunun azaldılması nəticəsində milli bazarda rəqabət qabiliyyəti artır;

  • istehlakçılar daha ucuz və keyfiyyətli mal alırlar;

  • tariflərin aşağı düşməsi xammal və materialların yarımfabikatların və kompleksləşdirici hissələrin ucuzlaşmasına gətirib çıxarır ki, onun da üzrəində qurulmuş istehsalın nəticəsi olaraq buraxılmış məhsulun və görülmüş işin (xidmətin) maya dəyəri aşağı düşür, beləliklə də istehlakçıların xərci azalır.

Bütövlükdə cəmiyyətin uduşlarının siyahısı isə daha genişdir. Bu siyahıya aşğıdakılara daxil etmək olar:

  • milli qanunvericiliyin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması və bu sferada  proqressiv ölkələrin standartlarının tətbiqi vasitəsilə iqtisadi inkişaf və daxili bazar islahatları sürətləndirilir;

  • iqtisadiyyatın idarə olunmasında, xüsusən də xarici iqtisadi fəaliyyətin tənzimlənməsində dövlətin rolu aşağı düşür, bu isə xarici ticarət və investisiya əməkdaşlığını stimullaşdırır, bu sferada islahatları motivləşdirir;

  • ölkəyə inam artır, onun investisiya və kredit cəlb ediciliyi riski azalır;

  • ÜTT üzvü olan bütün ölkələrin ərazisindən təminatlı tranzit hüququ əldə olunur;

  • xarici ticarət prosedurlarının sadələşdirilməsi, idxal və ixrac əməliyyatlarının uçotu və hesabatı sisteminin şəffaflaşdırılması, süni     bürokratik əngəllərin aradan qaldırılması nəticəsində gizli ticarət dövriyyəsinin və korrupsiyasının həcmi azalır.

Təbii ki, Azərbaycanın ÜTT vasitəsilə dünya iqtisadiyyatına inteqrasiyasından uduşlarla yanaşı itkilər də mümkündur. İtkiləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  • milli bazarda rəqabətin artımı nəticəsində rəqabətqabiliyyəti olmayan malların buraxılışı və xidmətlərin göstərilməsi sahəsində adaptasiya tənəzzülü baş verir;

  • dövlət büdcəsinin gömrük rüsumları və vergiləri maddəsi üzrə daxilolmaları azalır və onun mədaxilində qısamüddətli bəzən isə orta müddətli dövr ərzində gərginlik yaranır;

  • texnologiyaların idxalı üzrə patentlərdən istifadəyə görə komisyon haqların ödənişi sənayenin xərclərini artırır və onların qiymət rəqabətində uduşunu azaldır;

  • dövlətin yerli sənayenin müdafiəsi məqsədilə birbaşa və dolayı subsidiyaları tədricən ləğv olunur və həmin sahələrin də adaptasiya böhranı yaranır;

  • tənzimlənən qiymətlərin dünya bazar səviyyəsinə çatdırılması  istehlakçıların xərclərini artırır və onun da sosial fəsadları keçid dövrünü yaşayan və siyasi cəhətdən kövrək olan milli hakimiyyətlər üçün təhlükə törədir;

  • hazır məhsulun idxalının üstün gəlirliyi baxımından idxalı əvəz edə biləcək sahələrdə investisiya qoyuluşu səmərəliliyi aşağı düşür və nəticədə milli iqtisadiyyata ümumi investisiya qoyuluşu azalır.

  • Digər tərəfdən də ümid var ki, dünyanın aparıcı bankları və sığorta şirkətləri üzv-dövlətin iqtisadiyyatına sərmayə qoyacaq və nəhayət ki, normal maliyyə sektoru formalaşacaq, böyük pullar və uzunmüddətli kreditlər milli iqtisadiyyatların kapital problemlərini həll edəcək. Lakin, çox güman ki, investisiyalar və kreditlər məhsul satışı sarıdan çətinlik çəkən sahələrə yönəlməyəcək, investisiya sahəsindəki disproporsiyaları daha da artıracaq.

Təhlildən belə qənaətə gəlmək olar ki, respublikanın yaxın gələcəkdə bu təşkilata üzv olması o qədər də məqsədə uyğun deyil. Çünki, ÜTT-yə münasibətin formalaşmasında çox sadə bir formul qüvvədədir və bunu həmin təşkilata üzv olan ölkələrin təcrübəsi də sübut edir. Belə ki, ÜTT-yə üzvlük o ölkələr üçün daha faydalıdır ki, onlar hazır məhsul ixrac və xammal idxal edirlər. Çünki, həmin ölkələr ÜTT-yə minnətdar olmaqla həmin ölkələr öz məhsulları üçün yeni satış bazarlarına və bunun müqabilində həm də ucuz təbii resurslara daha yaxşı çıxış əldə edirlər. Əgər nəzərə alsaq ki, Azərbaycanın ixrac məhsullarının funksional tərkibində neft və neft məhsullarının xüsusi çəkisi 90 faizdən, idxal mallarının struktrunda isə hazır məhsulun payı 70 faizdən çoxdur, onda bir həqiqət inkar olunmazdır ki, aparıcı  sənaye dövlətləri - Azərbaycan xammalının başlıca ixracatçıları sözsüz ki, Azərbaycan bazarının dünya ölkələrinin “üzünə” açılmasından udurlar.

Bir məqamı da diqqətdən qaçırmaq olmaz ki, BVF və Dünya Bankından fərqli olaraq ÜTT-nin şərtləri daha standartdır və bu təşkilatla sövdələşmək imkanları məhduddur. Bu o deməkdir ki, ÜTT-yə üzv olduqdan sonra vəziyyəti dəyişmək imkanları bizim təsir dairəmizdən çıxır və biz mütləq qaydalara əməl etmək məcburiyyətində qalırıq.

Buna görə də ÜTT-yə girməmişdən əvvəl Azərbaycan iqtisadiyyatını belə dəyişikliklərə hazır olmalıdır. Bunun üçün ilk növbədə milli iqtisadiyyatın daxili strukturu və ölkənin biznes-mühiti inkişaf etdirilməli, milli sənayenin dirçəliş proqramı işlənilməsi və həmin proqramın qeyri-neft sektor üzrə reallaşdırılması təlmin olumalıdır.1

Respublikamızın digər qurumlar və inteqrasiya blokları ilə münasibətlərinə sonrakı bölümlərdə yer veriləcək.

Azərbaycan respublikasının dünya iqtisadi sisteminə inteqrasiyasında, başqa sözlə desək, ölkənin xarici iqtisadi-ticari əlaqələrində ölkəyə xarici investisiya axınları mühüm rol oynayır. Ölkə səviyyəsində hüquqi və iqtisadi prinsipləri qanunvericilik aktları ilə tənzimlənən xarici investisiya qoyuluşları mexanizmi respublika iqtisadiyyatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl texnika və texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olunması vasitəsidir. Müstəqillik yoluna qədəm qoymuş, daxili böhran keçirən və daxili investisiya qoyuluşu imkanları hələlik məhdud olan Azərbaycan respublikası üçün xarici investisiyaların multiplikativ əhəmiyyəti çox böyükdür.

1994-cü ilə kimi Azərbaycana xarici kapital qoyuluşu nəzərə çarpmayacaq dərəcədə olduğu halda, 1995-2003-cü illər ərzində ölkə iqtisadiyyatının inkişafı üçün cəlb edilən xarici investisiyanın ümumi həcmi 10465,2 mln. ABŞ dolları məbləğinə çatmışdır.



Cədvəl 1. Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun dinamikasıª


Bütün investisiya qoyuluşları

1995

1998

1999

2000

2001

2002

2003

mlrd.manat

2403,4

7475,5

6469,2

6448,9

7272,5

13590,1

19552,1

mlyn.dollar

544

1932,2

1571

1441,4

1561,8

2796,6

3981,5

Xarici investisiyalar:

mlrd.manat

1657

5695

4493

4147,5

5083,9

10859,9

16074,5

mlyn.dollar

375,1

1472

1091,1

927

1091,8

2234,9

3273,3

Daxili investisiyalar:

mlrd.manat

746,4

1780,5

1976,1

2301,4

2188,6

2730,2

3477,6

mlyn.dollar

168,9

460,2

479,9

514,4

470

561,7

708,2

Xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsində əsas dönüş nöqtəsi 20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsinə dair dünyanın 11 aparıcı neft şirkəti ilə “Əsrin Müqaviləsi”-nin imzalanması olmuşdur.

Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminin dinamikasının təhlili(cədvəl 1) aşağıdakı qənaətə gəlməyə imkan verir. Göründüyü kimi 1995-2003-cü illər ərzində ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların əsas hissəsini-75.6%-ni xarici investisiyalar təşkil edir. Xarici investisiyaların tərkibində isə birbaşa investisiyalar çox böyük xüsusi çəkiyə(87.6%) malikdir ki, onların da əsas hissəsi 88.2%-i qeyri-kredit investisiyaların, yəni əcnəbi sahibkarlar tərəfindən bilavasitə müəssisələrin inkişafına yönəldilən investisiyalardan ibarətdir.

Qeyd etməliyik ki, məhz bu cür investisiyalar kapital idxalçısı olan ölkələr üçün daha böyük maraq doğurur. Müşahidə edilən meyl təhlil etdiyimiz dövrün son ili olan 2003-cü ildə də dəyişməz olmuşdur. Belə ki, 2003-cü ildə respublika iqtisadiyyatına 3273,3 mln. ABŞ dolları məbləğində xarici investisiya cəlb olunmuşdur ki, bu da həmin ildəki investisiyaların ümumu həcmində 82.2% təşkil etmişdir. 2003-cü ildə cəlb edilmiş xarici investisiyaların 577,3 mln. ABŞ dolları konkret layihələr üzrə kreditlər hesabına, 3404,2 mln. ABŞ dolları isə (müvafiq ildəki birbaşa investisiyaların 85.8%-i) qeyri-kredit investisiyaları şəklində həyata keçirilmişdir.



Cədvəl 2. Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici investisiyaların sahə strukturunun dinamikasıª

 

1998

 

1999

 

2000

 

2001

 

2002

 

2003

İllər

mln.

%

mln.

%

mln.

%

mln.

%

mln.

%

mln.

%

 

dollar

 

dollar

 

dollar

 

dollar

 

dollar

 

dollar

 

Cəmi xarici investisiyalar

1472

100

1091,1

100

927

100

1091,8

100

2234,9

100

3273,3

100

Neft sənayesinə qoyulan investisiyalar

891,8

60,6

544,5

49,9

546,1

58,9

820,5

75,2

1693

75,8

2810,2

85,9

Digər sahələrə

qoyulan investisiyalar



580,2

39,4

546,6

50,1

380,9

41,1

271,3

24,8

541,9

24,2

463,1

14,1

Apardığımız təhlildən göründüyü kimi Azərbaycan xarici investisiyaların cəlb edilməsi sahəsində kəmiyyət parametrləri baxımından əhəmiyyətli nəticələr əldə etmişdir. Lakin unutmaq olmaz ki, xarici investisiyaların cəlb edilməsi təcrübəsi ilə sübuta yetirilib ki, onların idxalçı ölkənin iqtisadiyyatına təsirinin səmərəliliyi heç də yalnız cəlb edilmiş kapitalın həcmindən deyil, daha çox onun strukturundan və milli iqtisadiyyatın sahələri və sferaları üzrə optimal bölgüsündən aslıdır.2

Araşdırılan dövrdə cəlb edilmiş xarici investisiyaların sahə quruluşunun təhlili isə investisiya əməkdaşlığımızın keyfiyyət parametrlərinin ölkənin uzunmüddətli, strateji maraqlarına uyğun olmadığını göstərir. Belə ki, baxılan müddətdə iqtisadiyyatın digər sahələrinə yönəldilmiş xarici investisiyaların həcmi neft sektoruna qoyulmuş investisiyalardan 2.7 dəfə az olmuşdur. Xarici investisiya resurslarının iqtisadiyyatımıza ümumi investisiya qoyuluşunun 2/3 hissəsini təşkil etdiyi faktını, habelə müasir təsərrüfatçılıq prossesinin əsas tərkib hissələrindən olan mütərəqqi idarəçilik təcrübəsinin, “now-how”-ların əldə etmək imkanlarının məhz beynəlxalq investisiya əməkdaşlığı çərçivəsində daha çox olduğunu, o cümlədən xarici ticarət dövriyyəmizin köklü və uzunmüddətli əsasda sağlamlaşdıılmasının ən optimal yolunun məhz real sektorun emal sahələrinə xarici investisiyaların cəlb edilməsinin olduğunu nəzərə alsaq, xarici investisiya qoyuluşlarının sahələr üzrə bölgüsündə müşahidə edilən disproporsiyaların ölkəmizin səmərəli inkişaf perspektivlərinin təmin edilməsinin nə kimi ciddi bir problem yartdığını görərik. Bir sözlə, aparılan təhlil ölkəmizə cəlb edilən xarici investisiyaların istehsal-investisiya əməkdaşlığı modelinin qurulması məqsədlərinə xidmət etmədiyinə dair fikir irəli sürməyə imkan verir.

Azərbaycan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların coğrafi strukturunun araşdırılması bu sahədə də disproporsiyaların mövcudluğundan xəbər verir. Belə ki, təhlil aparılan dövrdə ölkəmizə qoyulmuş birbaşa xarici investisiyaların 26% ABŞ-ın, 14% Türkiyənin, 15% isə Böyük Britaniyanın payına düşmüşdür, yəni investisiyaların yarıdan çoxu 3 ölkədən daxil olmuşdur. Bu cür disproporsiyaların iqtisadi əsası ABŞ və Böyük Britaniya şirkətlərinin ölkəmizin bağladığı neft kontraktlarında yüksək paya malik olması ilə, siyasi əsası isə Azərbaycanın dünyanın formalaşmaqda olan geosiyasi xəritəsində tutduğu mövqe ilə şərtlənir.

Fikrimizcə, mövcud vəziyyət respublikanın siyasi reallıqları ilə tam səsləşir, lakin eyni zamanda ölkəmiz üçün potensial təhlükənin yaranmasına da yol aça bilər. Vəziyyətin tarazılaşdırılması məqsədilə regionumuzun bazarımızda marağı olan dövlətləri ilə, habelə BMT-nin Təhlükəsizlik Şurasının üzvləri olan və artıq ölkəmizlə uğurlu investisiyaəməkdaşlığı təcrübəsinə malik olan Rusiya, Fransa , Çin kimi dövlətlərlə, Avropanın və dünyanın nüfuzlu dövlətlərindən oan Almaniya ilə investisiya əməkdaşlığının gücləndirilməsi istiqamətində səylər artırılmalıdır.

Təhlil göstərir ki, ölkə iqtisadiyyatının maliyyə vasitələrinə ehtiyacının ödənilməsində beynəlxalq və regional maliyyə qurumlarından, eyni zamanda digər xarici ölkələrdən alınmış kreditlərin də mühüm rolu olmuşdur. Belə ki, 1995-2003-cü illərdə Azərbaycan respublikası bu mənbələr hesabına 1567.5 mln. ABŞ dolları həcmində kredit almışdır ki, bunları da aşağıdakı kimi qruplaşdırmaq mümkündür:



  1. İqtisadiyyatın dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə təqdim edilən kreditlər

  2. İqtisadiyyatın ayrı-ayrı sahələrinin stimullaşdırılması məqsədilə təqdim edilən kreditlər

Birinci növ kreditlər əsasən makroiqtisadi sabitliyin təmin olunması, o cümlədən aparılan islahatların dəstəklənməsi, inflyasiyanın aşağı salınması, tədiyyə balansının sağlamlaşdırılması və s. istiqamətlərdə görülən işlərin maliyyələşdirilməsinə yönəldilmişdir. BVF və Dünya Bankının təqdim etdiyi kreditlər bu məqsədlərə xidmət edir.

Ümumiyyətlə, Azərbaycan 18 sentyabr 1992-ci il tarixindən BVF-nun üzvüdür. Fonda üzv qəbul edilərkən ilkin kvotamız 117 mln. SDR (168 mln. ABŞ dolları) olmuş, 2000-ci ilin yanvar ayının 28-dən etibarən isə kvotamıza yenidən baxılmış və artırılaraq 160,9 milyon SDR-ə çatdırılmışdır (Bu dövrdə 1 SDR = 1.35 ABŞ dolları olmuşdur).Respublikamız BVF-na üzv qəbul edilən müddətdən iqtisadi islahatların həyata keçirilməsi istiqamətində Fondun yaxından iştirakı ilə altı proqram hazırlanmış və müvəffəqiyyətlə həyata keçirilmişdir. BVF tərəfindən bu proqramların həyata keçirilməsi üçün ölkəmizə 546,7 milyon ABŞ dolları məbləğində kredit ayrılmışdır.Azərbaycan Hökuməti Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıqda bir sıra sahələrdə iqtisadi islahatların həyata keçirilməsində mühüm irəliləyişlərə nail olmuşdur, o cümlədən Hesablama Palatası yaradılmış, yeni Büdcə Sistemi haqqında Qanun qəbul edilmiş, Neft Fondu yaradılmış və onun şəffavlığı təmin edilmiş, vergi və gömrük idarəetmə sistemləri təkmilləşdirilmiş habelə bank nəzarəti sistemi gücləndirilmişdir, Hökumət və Milli Bank sağlam pul-kredit və büdcə siyasətlərini həyata keçirməkdədir.3

Ölkə iqtisadiyyatına cəlb edilən xarici kreditlərin əsas mənbələrindən biri də Dünya Bankı qrupuna daxil olan Beynəlxalq İnkişaf Assosiasiyasıdır. Bu günə qədər Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən 22 layihə üzrə 585 milyon ABŞ dolları məbləğində kredit ayrılmışdır. Bunun 392 milyon ABŞ dolları artıq layihələr çərçivəsində istifadə olunmuşdur. Qalan 193 milyon ABŞ dolları isə hazırda icrada olan layihələr çərçivəsində istifadə olunur. Bundan başqa icrası başa çatmış 10 layihə üzrə kreditlərin ümumi məbləği 234,6 milyon ABŞ dolları təşkil edir.1995-ci ildən etibarən Dünya Bankı bazar iqtisadiyyatına keçid üzrə islahat proqramlarının həyata keçirilməsi, makroiqtisadi stabilləşdirmə və neft gəlirlərinin idarə edilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yardım, infrastrukturun (su, irriqasiya, avtomobil yolları) bərpa edilməsi, təhsil və səhiyyə, enerji sektoruna investisiyaların cəlb edilməsi sahəsində tədbirlər, dövlət sektorunda islahatlar, kənd təssərrüfatında və ümumiyyətlə qeyri-neft sektorunda artım və yeni iş yerlərinin açılması sahələrində Azərbaycana yardım etməkdədir.2003-cü ilin fevral ayında Dünya Bankı tərəfindən Azərbaycan üzrə 2003-2005-ci illər üçün Ölkəyə Yardım Strategiyası təsdiq olunmuşdur. Bu strategiya üzrə nəzərdə tutulan layihələr çərçivəsində artıq 65 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmış və təsdiq olunmuşdur. Bundan başqa strategiyada nəzərdə tutulan layihələrdən biri də “Yoxsulluğun Azaldılmasına Yardım Krediti”dir. Bu layihə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirləri maliyyələşdirmək və struktur islahatları davam etdirmək məqsədilə ayrılır. Kreditin məbləği 60 milyon ABŞ dolları təşkil edir və 3 il ərzində hər il 20 milyon ABŞ dolları olmaqla ayrılacaq.Azərbaycan respublikası Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə də əməkdaşlıq edir. BMK-nın fəaliyyəti əsasən özəl sektorda cəmləşmişdir və ayırdığı kreditlərin ümumi dəyəri 136,3 milyon ABŞ dolları təşkil edir. Bundan başqa BMK Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişini maliyyələşdirmək məqsədilə 300 milyon ABŞ dolları həcmində kredit ayırmışdır. BMK eying zamanda Mikromaliyyələşdirmə Bankının 23,75%-lik payla səhmdarıdır.4

Qeyd edilən maliyyə qurumları ilə yanaşı Avropa Yenidənqurma və İnkişaf Bankından, Asiya İnkişaf Bankından, İslam İnkişaf Bankından, Almaniya Hökumətinin KfW Bankından, Türkiyənin Eksimbankından, Yaponiyanın Eksimbankından və digər maliyyə qurumlarından da kredit alınmışdır.

Təhlil göstərir ki, Azərbaycanın xarici borcunun ÜDM-yə nisbəti 27.5%-dir. Bu sistemin 40% həddini keçdikdə təhlükə yaratdığını nəzərə alsaq, Azərbaycanda xarici borc probleminin kəskin şəkildə olmadığını görərik.

2003-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların həcmi əvvəlki ilə nisbətən 46,5 faiz (1038,4 milyon ABŞ dolları) artmış və 3273,3 milyon ABŞ dolları təşkil etmişdir. Sərmayələrin 93,5 faizi (3060,3) iqtisadiyyata birbaşa investisiyalar, 6,5 faizi (213,0 milyon ABŞ dolları) isə maliyyə kreditləri şəklində daxil olmuşdur. 2002-ci illə müqayisədə neft sənayesinə yönəldilmiş xarici investisiyaların həcmi 66,0 faiz artmışdır. Azərbaycanda sahibkarlığın inkişafı və bu istiqamətdə dövlət himayəsinin göstərilməsi üzrə müvafiq tədbirlər aparılır. Bununla əlaqədar Azərbaycan respublikası Prezidentinin yanında Sahibkarlar Şurası və “Azərbaycanda İnvestisiyaların Təşviqi və Məsləhət” Fondu yaradılmışdır.Azərbaycan respublikası Hökuməti bir sıra xarici ölkələr ilə ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında sazişlər imzalanmışdır.

Ölkə iqtisadiyyatına investisyaların cəlb edilməsi məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. Bununla əlaqədar neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna da xarici sərmayələrin cəlb edilməsi üçün bir sıra tədbirlər aparılır. Azərbaycan respublikası Hökuməti tərəfindən “2003-2005-ci illər üzrə yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” hazırlanmış və Azərbaycan respublikası Prezidentinin 20.02.2003-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Proqramda iqtisadiyyatın mühüm sahələrinin inkişafı istiqamətində islahatların aparılması, təhsil və səhiyyə sahələrinin təkmilləşdirilməsi məqsədilə mühüm addımların atılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Hazırda “2004-2007-ci illər üzrə Dövlət İnvestisiya Proqramı” layihəsi hazırlanmışdır. Proqram ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinin təşviqi, onların bütün sahələrə tarazlı şəkildə yönəldilməsi, iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin yaradılması və bunun nəticəsi olaraq əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədini daşıyır.11 fevral 2004-cü il tarixində qəbul edilmiş 2004-2008-ci illər üçün “Azərbaycan respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaqdır. Ökədə əlverişli investisiya mühitini yaxşılaşdırmaq, təbii inhisarçı təsərrüfat subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirmək və bu subyektlərin tariflərinə dair təklifləri hazırlamaq istiqamətində atılan ən böyük addımlardan biri kim, Nazirlər Kabinetinin 31 yanvar 2002-ci il tarixli qərarı ilə “Azərbaycan respublikasının Tarif Şurası”nın yaradılması olmuşdur.

Respublikanın xarici investisiyalara böyük ehtiyac duyduğu keçid iqtisadiyyatı şəraitində bu investisiyaların cəlb edilməsinin bütün mexanizmlərindən səmərəli şəkildə istifadə edilməlidir. Bu mexanizmlərdən biri də xüsusi iqtisadi zonaların yaradılmasıdır. Xüsusi iqtisadi zonaların yaradılması ölkənin iqtisadi böhrandan çıxmasında katalizator rolunu oynaya bilər. Bundan başqa Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması iqtisadiyyatın inkişafı üçün baza şərtlərindən maksimal istifadə etməyə imkan verəcəkdir. Bu şərtlər geoiqtisadi xarakter daşıyır və Azərbaycanın bir sıra regional dünya bazarlarının kəsişməsindəki əlverişli mövqeyinin məntiqi nəticəsidir. Prinsipcə, xüsusi iqtisadi zonalara xartici investorların cəlb edilməsindəki iqtisadi və qeyri- iqtisadi xarakterli maneələrin aradan qaldırılması, maximum güzəştli şərtlərin qoyulması deməkdir.5

Sumqayıt, Lənkəran və Naxçıvanda xüsusi iqtisadi zonaların yaradılması mümkündür. Bu şəhərlərdə demiryolu nəqliyyatının mövcudluğu, Sumqayıt və Lənkəranın dənizə açılması, Lənkəran və Naxçıvanda hava limanlarının olması və eyni zamanda Naxçıvanın bir neçə ölkə ilə sərhədlərinin olması xüsusi iqtisadi zonaların yaradılması baxımından bu şəhərləri əlverişli qılan amillərdir.6

Son zamanlarda Sumqayıtda xüsusi iqtisadi zonanın yaradılması ilə əlaqədar işlərin fəallaşması Azərbaycana xarici investisiyaların sürətləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir. Məlim olduğu kimi, Sumqayıt şəhərinin sənaye potensialının xüsusi iqtisadi zona çərçivəsində dirçəltmək üçün BMT-nin inkişaf təşkilatı Azərbaycan mütəxəssisləri ilə birlikdə “Sumqayıt layihəsi”-ni hazırlamışlar. Layihənin birinci dərəcəli məqsədi birbaşa xarici investisiyalarla stimullaşdırılan və eyni zamanda yerli sərmayədarların ehtiyacını ödəyən yerli sərmayənin inkişafına kömək edən şarait yaratmaqdan ibarətdirş nəzərdə tutulmuşdur ki, Sumqayıt regionunun bərpası zamanı qazanılan təcrübə respublika iqtisadiyyatının inkişafında katalizator rolunu oynamaqla bərabər, digər sahələrdə və sektorlarda da bazar iqtisadiyyatına keçidi sürətləndirməlidir. Sumqayıtda xüsusi iqtisadi zonanın yaradılması layihəsinin reallaşdırılması nəticəsində bu regionda beynəlxalq miqyasda özünəməxsus iqtisadi, sosial və maddi mühit yaradılacaq, mövcud müəssisələrin yenidən qurulmasına, kiçik və orta həcmli müəssisələrin yaradılmasına, bu iqtisadi zonaya yeni müəssisələrin cəlb edilməsinə əlverişli şərait yaradılacaqdır. Başqa sözlə desək, Sumqayıtda sənaye müəssisələri, şəhər infrastrukturu xarici investisiyaların geniş tətbiqi obyektinə çevriləcəkdir.

Ümumiyyətlə, qeyd olunanlarla müvafiq investisiya mühitinin yaxşılaşdırılması məqsədilə qanunverici bazanın təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq “İnvestisiya fəaliyyəti” haqqında və “Xüsusi iqtisadi zonalar” haqqında qanun layihələri hazırlanmış və hazırda baxılmaqdadır.

Ölkənin xarici iqtisadi əlaqələrinin mühüm formalarından biri də birgə sahibkarlıq fəaliyyətinin təşkilindən ibarətdir. Qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafı və inteqrasiya prossesinin sürətləndirilməsində, iqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsində, ixracat potensialının inkişaf etdirilməsində, dünya bazarına çıxarılan mallların rəqabət qabiliyyətinin gücləndirilməsində birgə sahibkarlıq fəaliyyəti mühüm rol oynayır. Aşağıda Azərbaycanda qeydiyyatdan keçmiş xarici və müştərək müəssisələrin sayının illər üzrə dinamikası verilmişdir.



Cədvəl 3. Qeydiyyatdan keçmiş xarici və müştərək müəssisələrin sayıª

Xarici və müştərək müəssisələr

1995

1996

1997

1998

1999

2000

2001

2002

2003

Cəmi

293

717

1124

1247

775

1478

2921

3061

3252

Hesablamalar göstərir ki, hazırda sahibkarlıq bölməsində xarici investisiyalı şirkətlərin sayı xeyli artmışdır. 1995-ci ilə nisbətən bu artım təqribən 3,4 dəfə təşkil etmişdir. 2003-cü ilin nəticələrinə görə Azərbaycanda xaricilər tərəfindən və onların iştirakı ilə yaradılmış 3252 müəssisə dövlət qeydiyyatından keçmişdir. Bunların 30,3%-i (986) müştərək müəssisələrdən, 69,7%-i (2266) isə tam xarici investisiyalı müəssisələrdən ibarətdir.

Aparılan təhlil nəticəsində belə bir qənaətə gəlinir ki, bəzi ölkələr nəzərə alınmasa, xarici sahibkarlar respublikaya iri həcmli vəsait qoymaqdan çəkinirlər. Əslində isə məsələnin mahiyyəti tamamilə başqa amillərin, ələlxüsus subyektiv yanaşmanın məğzindədir. Belə ki, əgər respublikda investisiya iqlimi zəruri tələblərə cavab verməsə idi, onda çoxmilyardlı neft kontraktları üzrə razılığa gəlmək mümkün olmazdı. Başqa sözlə, xarici investorların iri səviyyəli kapital qoyuluşları üçün heç bir real təhlükə mövcud deyildir.7 Ayrıca, əvvəlcə qeyd etdiyimiz qanunlarla yanaşı, son dövrlərdə ölkədə iqtisadi fəallığın artırılması və sahibkarlığın dinamik inkişaf etdirilməsi məqsədilə vergi sistemində birsıra dəyişikliklər edilmişdir ki, bunlar müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən 35%-dən 25%-ə endirilməsi, ƏDV-nin dərəcəsinin 28%-dən 18%-dək azaldılması, Dövlət Yol Fondunun və bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 35%-ə endirilməsi (bu vergi növü üzrə vergiyə cəlb olunmayan aylıq gəlirin minimum həddinin 60000 manatdan 100000 manatadək artırılması), sosial sığorta ayırmalarının 40 faizdən 27 faizədək aşağı salınması, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının 2,5-7,5 dəfə, müamilələrin (peniyaların) isə 2 dəfə azaldılması, Vergi Məcəlləsinin qüvvəyə minməsilə vergilərin ümumi sayının 15-dən 9-dək azaldılması, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların 2001-ci ildən başlayaraq 3 il müddətinə torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi nəzərdə tutulmuşdur.

Beləliklə, Azərbaycanın xarici iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və bu əlaqələrin optimal kəmiyyət xarakteristikalarının müəyyən edilməsi dövlətin iqtisadi siayasətinin prioritet istiqamətlərindən biri olub, respublikanın ümumdünya təsərrüfatı prosseslərinə inteqrasiyasında mühüm rol oynayac


Samir HAZIYEV

National Bank of Azerbaijan

32 ilR.Behbudov str., Baku AZ1014

Work tel:(+994 12) 931 122 (ext. 330)

Home tel: (+994 12) 349 400

samirhaziyev@yahoo.com

15 May, 2004


Deloitte & Touche LLC

4th floor, Landmark Building

96 Nizami str., Baku AZ1010

Tel: (+994 12) 982 970

Fax: (+994 12) 989 905

careers@deloitte.az



Dear Tim Mahon,
I am writing in response to your advertisement in the CBN Extra for Audit & Tax Assistant. I think I can make a significant contribution to the department and company.
I have large number of skills that I can offer to you. I am 22, energetic, and highly motivated. I have taken all courses in English based on US education model. Relating to the position I have taken Accounting (GAAP), International Accounting, Finance, Corporate Finance, Macroeconomics, Microeconomics and gotten A. I am very good at Math.
I offer for the position my strong determination for being auditor, hard-working, quick-learning, analytical and communicational skills, western style education and two-month experience as an inspector in National Bank of Azerbaijan.
I would like to meet with you in person to discuss the position and my background. I look forward to receiving an email or a call from you. Thank you for your consideration and time.
Sincerely yours,
Samir HAZIYEV

1 Ayhan Erdal, “Dünya Ticaret Örgütü ve Azerbaycanın üyelik süreci”, “Azərbaycan müstəqillikdən sonra” beynəlxalq konfransının materialları, Bakı, 3-4 Mart, səh: 110-112

ª İqtisadiyyata yönəldilən investisiyalar - http://www.azstat.org/publications/yearbook/2002/az/014_8.shtml#t14_8

ª Xarici investisiyalar - http://www.azstat.org/publications/yearbook/2002/az/014_9.shtml#t14_9

2 Qadciev Ş.Q. Azerbaydcan na puti k mirovomu soobhestvu: strateqiya vneşneqkonomiçeskoqo razvitiya. Kiev – 2000, səh:. 294.


3 Azerbaijan Republic and the IMF - www.imf.org/external/country/AZE/ - 24k

4 Azerbaijan Republic and the World Bank - www.worldbank.org/az

5 Şəkərəliyev A., Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər, Bakı, 1999

6 Eldaroğlu Ə, “Qeyri-neft sektorunun inkişafında azad iqtisadi zonalar mühüm rol oynaya bilərdi”, Azərbaycan Milli Demokratiya Fondu, “Azərbaycan” bülleteni-30(150), 26 iyul 2001

ª Qeydiyyatdan keçən xarici və müştərək müəssisələrin sayı - http://www.economy.gov.az/az/sahibkar/stat/statistika.doc

7 Ə.Bayramov, Regional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika, Bakı 1995, səh.

Yüklə 125,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin