If – else operatoru •bir neçə variantdan birini seçən çoxvariantlı seçim switch



Yüklə 18 Kb.
səhifə1/3
tarix31.05.2022
ölçüsü18 Kb.
#116446
  1   2   3

Sadə proqramlarda bütün əmrlər ardıcıl olaraq yerinə yetirilir. Bu cürə al­qoritmlər xətti alqoritmlər adlanır.Lakin, bəzi hallarda müəyyən şərtdən asılı olaraq bir neçə variantdan seçim etməyə lazım gəlir. Əgər şərt doğrudursa, onda bir qrup əməliyyat, əks halda – digər qrup əməliyyat yerinə yetirilir. Bundan ötrü budaqlanan alqoritmlərdən istifadə edilir. Proqramlaşdırma dillərində budaqlanan alqoritmlər şərti operatorlarla təsvir olunurlar. C dilində iki cürə şərti operator mövcuddur:
•iki variantdan birini seçən if – else operatoru
•bir neçə variantdan birini seçən çoxvariantlı seçim - switch operatoru
if – else şərti operatoru
Şərti operatorun yazılış qaydası aşağıdakı kimidir:
if ( şərt ) // şərti operatorun başlığı
{
// “əgər” bloku – başlıqdakı şərt doğru olduqda,
// bu blokun operatorları yerinə yetirilir
}
else
{
// “əks hal” bloku - başlıqdakı şərt yalan olduqda,
// bu blokun operatorları yerinə yetirilir
}

if – else operatoruvahid bir operatordur, ona görə də “əgər” blokunu yekunlaşdıran mötərizə (}) və else sözün arasında heç bir operator yazıla bilməz;


else sözündən sonra heç vaxt şərt yazılmır. “əks hal” bloku başlıqdakı şərt yalan olduqda yerinə yetirilir;
• əgər “əgər” və “əks hal” blokların tərkibində bir operator yazılırsa, onda fiqur mötərizələri yazmamaq da olar;
• Şərtdə aşağıdakı müqayisə operatorlardan istifadə etmək olar:
< böyük
> kiçik
<= kiçik və ya bərabər
>= böyük və ya bərabər
!= bərabər deyil
• C dilində sıfıra bərabər olmayan ədəd doğru şərt deməkdir, sıfır isə - yalan şərtdir;
• Əgər “əks hal” blokunda heç nə etmək lazım deyilsə, onda “əks hal” blokunu
yazmamaq olar. Məsələn, əgər a≠0, onda c=b/a (əks halda heç nə etmək lazım
deyil). if – else operatorun qısaldılmış variantı belədir:
if ( şərt )
{
// şərt doğru olduqda bu operatorlar yerinə yetiriləcəkdir
}
•“əgər”“əks hal” bloklarının tərkibində digər operatorlar ola bilər. Bir if – else operatorun tərkibində digər if – else operatoru ola bilər. Belə olduğu halda else operatoru ən yaxın if operatoruna aid edilir.

Yüklə 18 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin