Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,04 Mb.
səhifə4/17
tarix22.10.2017
ölçüsü1,04 Mb.
#9927
1   2   3   4   5   6   7   8   9   ...   17

ISTIFADӘ OLUNAN MӘNBӘLӘR


1-Әbul Həmid, Әbdül Həmid, “Siyasətin əsasları”, cild I, çap - 7, Tus nəşriyyatı, Tehran - 1376;

2-Reni, Astin; “Hökumət-siyasət elmi ilə tanışlıq”, tərcümə edən Leyla Sazqar, Universitet nəşriyyatı, Tehran – 1374;

3-Roriş, Vilfred, “Siyasət elmi”, tərcümə edən Məlik Yəhya Salehi, Semət nəşriyyatı, Tehran - 1372;

4-Tahiri Әbül Qasim, “Məhəlli hökumətlər”, çap - 3, Qomes nəşriyyatı, Tehran - 1375;

5-Alim, Әbdürrəhman, “Siyasət elminin əsasları”, çap - 3, Ney nəşriyyatı - 1376;

6-Iran Islam Respublikasının Konstitusiyası, Ә`ləmi nəşriyyatı, Tehran - 1372;

7-Mir Heydər, Durrə, “Siyasi coğrafiyanın əsasları”, çap - 3, Simət nəşriyyatı - 1373;

8-Qazi, Әbülfəzl, “Hüquq və siyasi təşkilatlar”, cild I, Tehran universiteti - 1373;

9-Blondel, Jean, ComParative Government, Philip Allan, Great Britain – 1990;

10-Mahmood, Safdar, International Affairs, Sang_e_Meel Poblications, Pakistan – 1990;

11-Mazhar-ul-Hag, Principles of Political Scince, Bookland, Pakistan (Lahore) – 1990;

IKINCI FӘSIL

XARICI SIYASӘT VӘ ISLAMDA BEYNӘLXALQ ӘLAQӘLӘRIN ӘSASLARI


(2-1) Islamda beynəlxalq əlaqələrin tarixi;

(2-2) Islamdakı beynəlxalq əlaqələrə hakim olan ümumi qanunlar;

(2-3) Qur`an və beynəlxalq əlaqələr;

(2-4) Konstitusiyanın Iranın xarici siyasətinə olan baxışı.


(2-1) ISLAMDA BEYNӘLXALQ ӘLAQӘLӘRIN TARIXI


Allaha Şeytanın şərrindən pənah aparıram. ([Islamın] digər bütün dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərini hidayətlə [Qur`anla] və haqq dinlə göndərən Odur)14.

Bu fəsildə Islamda xarici siyasət, beynəlmiləl əlaqələr və onların əsasları haqqında söhbət açmaq istərdik. Lakin Islamda beynəlmiləl əlaqələr barədə söhbət açmazdan əvvəl xarici siyasəti tə`rif və onunla beynəlmiləl əlaqələr arasında olan münasibətlərə işarə etməyi daha məqsədə uyğun görürük.

Xarici siyasət hər bir dövlətin şəxsi mənafeini qorumaq məqsədilə, digər dövlətlərə qarşı olan rəftar və münasibətlərdən ibarətdir. Dövlətlərin bir-birlərinə qarşı olan rəftar və münasibətləri ümumilikdə beynəlmiləl əlaqələr adlanır.

Başqa sözlə desək xarici siyasət, hər hansı bir siyasi vahidin (təşkilat) digər siyasi vahiddən mümkün qədər çox bəhrələnməsi üçün ixtiyarında olan qüdrət və bacarığa deyilir.

Siyasi təşkilatın ən başlıca xüsusiyyətləri, qarşıya qoyduğu hədəf, milli mənafe və məntəqənin təhlükəsizliyini tə`min etməkdən ibarətdir. Qarşıya qoyduğu məqsədə çatmaq üçün isə o, hər şeydən əvvəl ölkənin strateji mövqe, mili mənafe və ümumi maraqları ilə yaxından tanış olaraq, baş verən cərəyanları düzgün təhlil və qiymətləndirməyi bacarmalıdır.

Xarici siyasəti - beynəlmiləl strukturun həmahəngsizlik və siyasi təşkilatlara hakim olan müxtəlif dəyərlər səbəbindən - vahid nəzəriyyə halında bəyan etmək qeyri-mümkün olsa da, xarici siyasət amillərinin cəm hal daşıması, ümumiliyə şamilliyi və yayılma xüsusiyyətinə malik olması müəyyən qədər olsa da, onun iş strukturu barədə söz deməyə imkan verir.

Islam dinində beynəlmiləl əlaqələrin ən başlıca me`yarı, Qur`ani-kərim və onun icraçısı Həzrəti Məhəmməd (s)-dır. Qur`ani-kərimdə sonuncu və ən kamil Ilahi din15 kimi adı çəkilən müqəddəs Islam dini, bütün insani, tarixi və coğrafi məsələlərə dair zamanın tələblərinə uyğun olaraq, sabit və dəyişgən hökmlər çıxararaq, bəşəriyyətin tələbatını ödəməlidir.

Peyğəmbər (s)-ın gördüyü ən mühüm işlərdən biri də, ilk dəfə olaraq Mədinədə Islam dövlətini qurmaq olmuşdur. Әhzab surəsinin 21-ci ayəsində onun bütün sahələrdə örnək və nümunə olduğu göstərilir16. Bu səbəbdən onun həyata keçirdiyi xarici siyasət yolunu davam edən ardıcıllarına, dünyanın zülmət və qaranlığından işıqlı gələcəyə qovuşmaq üçün ən gözəl vasitə ola bilər.

Maraqların qorunması məqsədi ilə əgər xarici siyasəti bir ölkənin digər ölkələrə qarşı bir növ örnək götürəriksə bilməliyik ki, Peyğəmbər (s)-ın həyata keçirdiyi siyasət, hər bir şüurlu müsəlman dövlət rəhbəri üçün nümunəvi rəftar və davranış tərzi olmuşdur. Buna görə də, Peyğəmbər (s)-ın zamanında mövcud olmuş siyasi coğrafiya, fəaliyyət göstərən böyük və kiçik qüdrətlər və Peyğəmbər (s)-ın onlarla yaratdığı əlaqələrə diqqət yetirmək, hər bir alim və təhqiqatçı üçün lazım və zəruridir. Elə bir əlaqələr ki, Məkkənin qüdrətli qəbilələri, Mədinənin ətrafında məskunlaşmış Ous, Xəzrəc və üç yəhudi qəbilələri ilə bərqərar olunmağa başlamış, Rum və Iran kimi hegemon imperatorluqlar və onların tabeliyində olan Yəmən, Həbəş (Efiopiya), Misir və s. məntəqələrədək davam etmişdir.

Burada qəbilələrarası əlaqələrə hakim olmuş siyasət və onlarla Iran, Rum və digər dövlətlər arasında yaradılmış əlaqələr və nəhayət, Peyğəmbər (s)-ın böyük və kiçik dövlətlərə qarşı tətbiq etdiyi siyasət barədə söhbət açacağıq.


(2-1-1) QӘBILӘLӘR ARASI ӘLAQӘLӘR


Həzrət Məhəmməd (s)-ın zamanında və onun peyğəmbərliyə tə`yin olunmasından əvvəlki dövrlərdə, Әrəbistan yarmadasında məskunlaşmış qəbilələr arasında bir o qədər də yaxşı münasibətlər olmamışdır. Təəssübkeşlik, təkəbürlük, qürur və təcavüz kimi mənfi xüsusiyyətlər onların düçar olduqları ağır şəraiti daha da gərginləşdirirdi.

Әrəbistan yarmadasının ardı-arası kəsilməyən qəbilələr arası keşməkeş və qarşıdurmalar, nizam-intizamın olmaması və yuxarıda qeyd olunan xüsusiyyətlər bu ərazidə vahid mərkəzi dövlətin fəaliyyət göstərməsinə mane olurdu. Pərakəndə qəbilələr arasında siyasi qüdrətə malik olan şəxslər tapılsa da, hakimiyyət qəbilə başçısının ixtiyarında olub, onun tərəfindən olunurdu. Qəbilə başçıları isə adətən qəbilənin ən qüdrətli şəxsləri olurdu. Bu vəziyyət Yəmən, Həmir, Hirə, Qəssan, Hicaz, Məkkə və Mədinə kimi səhra və şəhər qəbilələrində müşahidə olunurdu.

Həzrət Məhəmməd (s) peyğəmbərliyə tə`yin olunduğu zaman, qəbilə başçıları arasındakı əlaqələr o qədər acınacaqlı idi ki, ticarət, səfər və sair mühüm məsələlər üçün ilin dörd ayında bir-birləri ilə müharibə edib, qan tökərdilər və bu ayları "haram aylar" adlandırmışlar. Bununla belə, Peyğəmbər (s) ərəb qəbilələr ilə möhkəm əlaqələr yaratmağa çalışırdı. Həcc mərsimi ona bu işdə daha yaxından köməklik edirdi. Həcc mövsümündə ziyarətə gələnlərlə ayrı-ayrılıqda və ya cəm halında görüşür və onları müqəddəs Islam dininin tə`limləri ilə tanış edirdi. Məhz bu istiqamətdə atılan addımlar, ona bir müddət əvvəl kin-küdurət girdabında qərq olan təəssübkeş qəbilələri vahid ümmət halına çevirməkdə yaxından kömək edir. Elə bir ümmət ki, çox az bir müddətdən sonra Rum və Rum kimi hegemon imperatorların qarşısında duraraq, rəqibsiz qüdrətə çevrilir.

Diqqət yetirmək lazımdır ki, bütün qəbilələr dövlətin bütün ünsürlərini, yə`ni ərazi və cəmiyyəti, müstəqil hökumət və hakimiyyəti özündə cəm edə bilmişdi. Bu qəbilələr ilə bərqərar olunan əlaqələr, Peyğəmbər (s)-ın qurduğu beynəlmiləl əlaqələrin bir hissəsini təşkil etmişdir.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin