Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә


BEYNӘLXALQ ӘLAQӘLӘRDӘ MÖVCUD ZİDDİYYӘTLӘR



Yüklə 1,05 Mb.
səhifə13/17
tarix09.07.2018
ölçüsü1,05 Mb.
#56126
1   ...   9   10   11   12   13   14   15   16   17

BEYNӘLXALQ ӘLAQӘLӘRDӘ MÖVCUD ZİDDİYYӘTLӘR


Adətən dövlətlər, daxili və xarici - insani və ya təbii - amillərə, qonşu və ya hegemon ölkələrdən fərqli baxışa malik olurlar.

Belə bir şəraitdə, onlar arasında ixtilaf və qarşıdurmalar meydana gəlir. Dövlətlərarası münasibətlərə təsir göstərən amillər aşağıdakılardan ibarətdir:



  1. Torpaq və ərazi;

Kiçik və qüdrətli ölkələr daim qonşu dövlətlərin ərazilərinə göz dikir, hətta onların ərazilərin işğal etməkdən belə çəkinmirlər. Fələstin ərazilərinin İsrail dövləti və ya digər qüdrətli ölkələrin müxtəlif əraziləri işğal etmələrini buna misal çəkmək olar.

  1. Әlaqə yolları;

Dənizə çıxışı olmayan ölkələr, xarici aləmlə əlaqə yaratmağa ehtiyac duyurlar. Bəziləri də ticarət və döyüş gəmilərinin gediş-gəlişi üçün öz ixtiyarlarında olmayan boğazlara ehtiyac duyurlar. Bunun üçün də bir tərəfdən keçid və boğazlara ehtiyac duyan ölkələrin göstərdikləri səylər, digər tərəfdən də həmin boğazlara yiyələnən ölkələrin ixtiyarlarında olan imkanlardan mümkün qədər çox bəhrələnmək istəyi, bir çox hallarda dövlətlərarası ixtilaf və narazılıqlara səbəb olur. Panama ölkəsinə hakim olan dövlətlərin aqibətini buna misal çəkmək olar.

  1. Çayların mənbə və mənşəyi;

Çayın öz axarını dəyişməsi nəticəsində ölkələr arasısərhəd ixtilafları meydana gəlir. Amerika ilə Meksika arasında yerləşən Reo-Qrande və İranla İraq sərhədlərində cərəyanda olan Әrvənd çaylarını buna misal çəkmək olar. Әlbətdə, bu kimi hallarda iki qonşu dövlətlər ixtilafların aradan qaldırılması üçün lazımi tədbirlər görür. Lakin görülən tədbirlər heç bir nəticə vermədikdə, ixtilafların güclənəcəyini ehtimal vermək də olar.

  1. Bir neçə ölkənin ərazisindən keçən və onların su ehtiyaclarını qismən də olsa təmin edən Fərat, Dəclə, Nil, Qanq və Hirmend çayları kimi ərazilərindən çay keçən bu ölkələrin, hər biri özlərini suyun həqiqi sahibi hesab edir və onlardan istədikləri kimi istifadə etdikləri üçün (suvarmada həddindən artıq istifadə etmək, su bəndələri tikmək və s.) ixtilaf və qarşıdurmaların meydana gəlməsinə səbəb olur.

  2. Müştərək dəniz sərhədləri;

Müştərək dəniz sərhədlərindən düzgün istifadə etmə qanunları dəniz hüququ konvensiyasında müəyyənləşdirilsə də, bəzən dəniz altı təbii sərvətlər, heyvanat və bitkilər aləminə yiyələnmə və onlardan istifadə ölkələrarası ixtilaflara səbəb olur. Sakit Okenda yerləşən Sprateli adalarına görə yaranmış ixtilafları buna misal çəkmək olar.

  1. İxtilaf doğuran göllərin alt sərhədlərinin təyin olunması;

Uzun müddət hüquqi statusu və dəniz sərhədlərinin təyin olunmasında ixtilaf və bəzi hallarda qarşıdurmalara səbəb olan Xəzər dənizini buna misal çəkmək olar.

  1. Sərhəd zonasında yerləşən təbii sərvətlər;

Belə ki, qonşu ölkələr arasında təbii sərvətlərdən istifadə olunmasına dair razılıq əldə olunmadıqda, aralarında ixtilaf və qarşıdurmalar belə meydana gələ bilər. Fars körfəzinin neft və qaz ehtiyatlarına görə yaranmış ixtilafları buna misal çəkmək olar.

  1. Paytaxt və ya ölkənin böyük şəhərlərindən birinin sərhəd zonasında yerləşməsi və oranın təhlükəsizliyinin qorunması;

1939-cu ildə Sovet İttifaqının Leninqradın təhlükəsizliyini təmin etmək bəhanəsilə Finlandiyanı işğal etməsini buna misal çəkmək olar.

  1. Strateji mövqeiyyətə yiyələnmək;

Belə bir mövqeiyyətə malik olmaq, ölkənin siyasi qüdrətinə böyük təsir göstərir və ona digər dövlətlərin təzyiq göstərsinə imkanı vermir. Pakistanla Hindistanın Keşmir uğrunda apardıqları uzun illik mübarizəni buna misal çəkmək olar.

  1. Ölkənin külli miqdarda yanacaq və mineral ehtiyaclarına yiyələnməsi; Qonşu və ya hegmon ölkələr, adətən bu kimi dövlətlərin təbii sərvətlərinə göz dikir və onları öz ixtiyarına keçirməyə can atırlar. ABŞ-ın Fars körfəzində öz qonşularını yerləşdirməsi və 1990-cı ildə İraqın Küveyti işğal etməsini buna misal çəkmək olar.

  2. Rütubət yaratmaq məqsədilə süni buludlardan istifadə;

Lakin belə bir addım kifayət qədər illik rütubətdən bəhrələnən ölkələrin etirazına səbəb olur. İrana çatmaq üçün müxtəlif ölkələrdən ötüb keçən Aralıq dənizinin üzərində cərəyandan olan buludları buna misal çəkmək olar.

  1. Yaylaq və qışlaq köçərilərindən asılı olan köçəri insanların sürdükləri belə bir həyat tərzi, dövlətlərarası ixtilaf və qarşıdurmalara səbəb olur;

Çünki bəzi hallarda köçəri tayfaların yeni otlaqlar tapmaq məqsədilə digər ölkələrin ərazilərinə nüfuz etməsi, həmin ölkələrin etirazına səbəb olur. İranın qərb köçəri tayfalarının İraq ərazilərindən istifadə etmələrini buna misal ola bilər.

  1. Milli azlıqların ayrılıq tələbləri;

Hər hansı bir ölkənin ərazisində məskunlaşmış dini və milli azlıqlar kifayət qədər geopolitik imkanlara malik olduqda və eyni zamanda, xarici amillər onlara köməklik etdikdə, ana ölkəyə qarşı çıxaraq, onunla arxasında duran ölkələr arasındakı əlaqələrə böyük təsir göstərir. Acarların Gürcüstandan və Kürdlərin İraq və Türkiyədə irəli sürdükləri azadlıq tələblərini buna misal çəkmək olar.

  1. Ana ölkənin ərazisisində məskunlaşmış azlıqlar Azərbaycanın dağlıq Qarabağ vilayətində məskunlaşmış ermənilərin, Ermənistan erməniləri tərəfindən dəstəklənərək, ayrılıq tələblərini irəli sürmələri və bunun nəticəsində Azərbaycanla Ermənistan arasında ciddi qarşıdurmaların meydana gəldiyini buna misal çəkmək olar.

  2. Sərhədlərin iki tərəfində məskunlaşmış pərakəndə azlıqlar;

İran, Türkiyə, İraq və Suriya ərazilərində pərakəndə olaraq məskunlaşmış və vahid amal "Azad Kürdüstan" uğrunda mübarizə aparan və məntəqədə meydana gəlməsinə səbəb olan kürd hərəkatlarını buna misal çəkmək olar.

  1. Bir ölkədən başqa bir ölkəyə gəlmiş və orada yayılmış azlıqlar;

Ölkənin ətraf məntəqələrində məskunlaşmış azlıqlar əslində başqa bir ölkənin millətinin nümayəndələri hesab olunurlar. Çünki, o millətlər bir çox oxşarlıqlara malikdirlər və ana dövlətlər istəsələr, bu kimi azlıqlardan istifadə edərək qonşu dövlətlərə qarşı təzyiq məqsədilə istifadə və ya onları o ölkədən ayrılıb onlara qoşulmalarına sövq edə bilərlər. Alman dövlətinin qurduğu plan əsasında Polşanın Çuert vilayətində məskunlaşmış milliyyətcə alman olan əhalinin Polşadan ayrılıb Almaniyaya birləşməsini buna misal çəkmək olar.

Pakistan puştunlarının Pakistanın Sind əyalətinin hindu qaçqınları ilə birgə qarşılaşdığı vəziyyəti başqa bir misal kimi göstərə bilərik.



  1. Mədəni ziddiyyətlər

Bəzən qonşu millətlər dini və mədəni xüsusiyyətlər baxımından bir-birləri ilə tam müxalif olurlar və buna görə də bu ixtilaflar onların arasında müharibə və qarşıdurmalara səbəb olur. 1958-ci ildə İraqda baş verən dövlət çevrilişindən sonra İranla İraq, Hindistan yarmadasında müsəlmanlarla hindular, (və bunun nəticəsində Pakistanın meydana gəlməsini), ərəb və İsrail, erməni və türklər, serb və müsəlmanlar arasında tarix boyu gedən müharibələri buna misal çəkmək olar.

Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin