Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә


(2-1-6) OSMANLİ İMPERATORLUĞU VӘ BEYNӘLMİLӘL ӘLAQӘLӘR



Yüklə 1,05 Mb.
səhifə7/17
tarix09.07.2018
ölçüsü1,05 Mb.
#56126
1   2   3   4   5   6   7   8   9   10   ...   17

(2-1-6) OSMANLİ İMPERATORLUĞU VӘ BEYNӘLMİLӘL ӘLAQӘLӘR


Bu dövrdəki beynəlmiləl əlaqələr iki nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir.

1-Qüdrət baxımından Osmanlı imperatorluğunun son həddə çatması və əraziləri genişləndirmək məqsədi ilə müxtəlif ölkələrə qarşı olunan qeyri-məntiqi zorakılıq;

2-İmperatorluğun zəifləməsi və qərb tərzi-təfəkkürünün tətbiq etdiyi beynəlmiləl siyasət barədə yalnış təsəvvürün yaranması.

Belə bir yalnış tərzi-təfəkkür onlarda elə təsəvvür yaratmışdı ki, Osmanlı imperatorluğu beynəlmiləl əlaqələrdə sülh və əmin-amanlıq tərəfdarı olmuş və daim həmrəylik siyasətini irəli sürmüşdür. Lakin bu heç də belə olmamışdır. Çünki nə qədər ki osmanlılar hakimiyyətdə idi, bir an belə silah yerə qoyulmamış və daim cihad və müharibə əhval ruhiyyəsi hökm sürmüşdür. İxtiyarlarında olan qüdrəti əldən verib zəiflədikdən sonra sülh və atəşkəs şüarı verməyə başlamışlar. Digər tərəfdən də, qərb ölkələrini istismar edib və onların imkanlarından istifadə etmək üçün osmanlıların verdikləri sülh şüarlarından bəhrələnərək, öz istismar planlarını daha da genişləndirməyə başlamışdılar. Çünki onlar müsəlmanların göstərdikləri bu zəifliyə hər şeydən daha çox diqqət yetirir və onların daha da zəifləməsinə şərait yaradırdılar.

1535-ci ildə fransız İ Fransua ilə Osmanlı əmiri İ Süleyman arasında ilk dəfə olaraq saziş bağlanılır. Osmanlı xəlifəsi sazişin birinci bəndinə əsasən, iki şeyə razı olur. Bu da, İslamın siyasi və hüquqi strukturunda böyük bir inqilabın baş verməsinə səbəb olur:

1-İslami və qeyri-islami ölkələr arasında gedən daimi müharibələrə son qoyub, əvəzində Fransa və Osmanlı dövləti arasında daimi sülhün bərqərar olunma istəyi;

2-Sazişin müddətini on ildən həmişəliyə əvəz edilib, xarici mənafenin qeyri-cihad yolu ilə əldə olunma istəyi.

Aydındır ki, beynəlmiləl siyasətdə aparılan belə bir dəyişiklik İslamın deyil, Osmanlı xəlifəsinin siyasəti olmuşdur. Bütün bunlara isə, 1529-cu ildə Osmanlı imperatorluğunun Vyenada etdiyi hücum və ağır məğlubiyyətə uğraması səbəb olmuşdur. Bunu nəzərə alaraq, Osmanlı imperatorluğu məcburiyyət qarşısında qalaraq, Avropa ilə sülh müqaviləsini bağlamağa razılıq verir.

Osmanlıların bağladıqları sazişlər, İslami beynəlmiləl hüquq və qanunlardan xəbər verməzdən əvvəl sazişin özünəməxsus şəraitdə bağlandığına dəlalət edir. Belə ki, Osmanlı dövlətinin Avropadakı nümayəndəsi bu mətləbə işarə edərək deyir: "Hər bir ölkənin iki siyasəti olmalıdır. Biri ölkənin xarici rəftar və davranışlarının əsasını təşkil edən daimi, digəri isə zamanın tələblərinə uyğun olaraq tətbiq olunan müvvəqəti siyasət".

Demək osmanlıların göstərdikləri zəifliyi ikinci, yəni müvəqqəti siyasətə aid edə bilərik. Bu səbəbdən osmanlıların həyata keçirdikləri siyasət, İslamın xarici siyasəti ilə tamamilə fərqli olmuşdur.

Әlbətdə, cihad və mübarizə üçün kifayət qədər qüdrət olmadıqda sülh siyasətini həyata keçirmək, İslamın beynəlmiləl siyasəti ilə heç də ziddiyyətlik təşkil etmir. Lakin bu bütün dövrlərə şamil deyil. Həyata keçirilən siyasətlər bəzən də beynəlmiləl qanunlar ilə müxalif olmuşdur.

İslam qanunlarından xaric olan xarici vətəndaşlara qarşı bağlanılan sazişlərdə kapitulasiya sisteminin1 qəbul olunmasını buna misal çəkmək olar. Bütün bunlara baxmayaraq, həmin dövürdə Konstantinopolun müsəlmanlar tərəfindən fəth olunması mühüm tarixi hadisələrdən biri hesab olunur. 1452-ci ildə müsəlmanların əldə etdikləri bu böyük qələbə, Avropanın inkişaf etmiş müsəlman dünyasının elmi nailiyyətləri ilə tanış olmalarına və eyni zamanda, öz geriliklərini müşahidə etmələrinə səbəb olur. Bütün bunlar isə, kilsənin bütün Avropaya zülm etdiyi zorakılıq və yerli əhaliyə qarşı ağır cinayətlər törətdiyi dövrə təsadüf edir. Məhz həmin dövrdə siyasət və fəlsəfə alimləri, insanların nəfs və cəmiyyətlərin siyasətin üzərinə qoyduğu təsirlər haqqında yeni nəzəriyyələr irəli sürməyə başlamışlar. Bütün bu amillər əl-ələ verərək, yaradılan əlaqələrdə ciddi dəyişiklərə və "ronesans" adlı yeni dövrün meydana gəlməsinə səbəb oldu.

Beləliklə, "Siyasi”, “hakimiyyət cəmiyyəti" kimi məfhumlar yeni tərzdə açıqlanmağa başlanmışdı. "Milliyyəçilik" tərzi-təfəkkürü tədriclə meydana gələrək, keçmişdə baş verən dini və əqidəvi müharibələr, ölkələr arasında milli döyüşlərə çevrilir.

Müxtəlif milliyyətlər əsasında milli dövlətlər və yeni dövlətçilik üsulu meydana gəlir və bütün bunlar başqa bir yeni elmin, yəni beynəlmiləl əlaqələrin meydana gəlməsinə münasib şərait yaradır.


(2-1-7) MÜASİR DÖVR VӘ İSLAM DÜNYASİNDA BEYNӘLMİLӘL ӘLAQӘLӘR


Osmanlı imperatorluğu süquta uğradıqdan sonra dinin siyasətdən ayrılması, müsəlman millətlərin Qərbin siyasi və hüquqi üsullarına üz tutması, dövlət və qanunun şəriətdən ayrılması və bu kimi sair məsələlər ortaya çıxır və beləliklə, qərb həyatın bütün sahələrində, İslam ölkələrində hökmüranlıq etməyə başlayır. Müsəlmanların zəiflik göstərməsi siyasi, iqtisadi və mədəniyyət sahələrində qərbə olan asılılığa və İslam dünyasında İsrail adlı xərçəngin meydana gəlməsinə səbəb olur. Qərb tərzi-təfəkküründə artıq İslamın siyasi və hüquqi hakimiyyəti heç bir məna və məfhum kəsb etmirdi.

İİ Dünya Müharibəsi başa çatdıqdan sonra Qərbin İslam dünyasına hakim olması, İslami hakimiyyətin yenidən bərpa olunacağını demək olar ki, qeyri-mümkün hala çevirirdi. Çünki, sonralar İslami ərazilərdə və beynəlmiləl səhnədə meydana gəlmiş yeni dövlətlər Qərb siyasəti, hüquq və tərzi-təfəkkürü əsasında formalaşırdı. Lakin panislamizm hərəkatlarının meydana gəlməsi, İslam konfranslarının təşkil olması və ən başlıcası son əsrdə İranda İslam İnqilabının baş verməsi və onun dünya siyasətində ifa etdiyi rol, müsəlman ölkələrinə və beynəlmiləl əlaqələrə böyük təsir qoymuşdur. Bu tarixi hadisə bir daha qəlblərdə ümumdünya İslami birlik çırağının şölələnməsi və beynəlmiləl İslami qanunların yaşadılmasına səbəb olmuşdur. Beləliklə, elm və əməl sahələrində edilən səylər nəticəsiz qalmır.

Böyük qüdrətlər arasında yaranmış ixtilafları və onların strateji baxımdan bir-birlərinə qarşı durmalarını nəzərə alaraq, dünya müsəlmanlarının birliyə can atıb, əvvəlki qüdrətini yenidən əldə edə biləcəyinə daha çox ümid bəsləmək olar.

Hal-hazırki dövrdə baş verən hadisələr - istər İslam dövlətlərinin bir-birləri ilə, istərsə də qeyri-islam dövlətlərlə yaradılan əlaqələr - İslam dünyasının beynəlmiləl əlaqələri kimi qələmə verilməlidir. Çünki islami əlaqələrə hakim olan təvəlla və təbərra (Allahın dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik) kimi mühüm bir məsələ artıq unundulub xatirələrdən silinmişdir.

Quran nöqteyi nəzərindən insanları üç qismə bölmək olar.

1-Müsəlman;

2-Qeyri-müsəlman;

3-Dinsiz (kafir).

Hal-hazırda bu üç ünsürün dünyada mövcud olduğunun şahidiyik

Qurani-kərim ayrı-ayrılıqda onların hər birinə müraciət edərək, müəyyən hüquq və ixtiyarlara malik olduqlarını bildirir. Ali-imran surəsinin 64-cü ayəsində buyurulur: “[Ya Məhəmməd!] Söylə ki: Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan [fərqi olmayan] bir kəlməyə tərəf gəlin! [O kələmə budur ki]: "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] Rəbb qəbul etməyək!".

Göründüyü kimi, birinci hissəsi ümumilikdə müşrüklərə şamildir. Orada Allahdan başqa bir varlığa ibadət etməyib, ona şərik qoşulmamalı olduğu bildirilir. Ayənin ikinci hissəsi isə bütün insanlara, o cümlədən ümumilikdə dinsizlərə şamil olub, onlara bir-birlərinə və ya digər Allah hesab etdikləri varlıqlara ibadət etməməli olduqları bildirilir.

Quran bu üç ünsürə müraciət etməklə yanaşı, müsəlmanlara onların hüquqlarını taptalamamağı, hətta onlarla ədalətlə rəftar etmələrini belə tövsiyə edir. Mumtəhinə surəsinin 8-ci ayəsində bu haqda buyurulur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!”.

Quranın müsəlmanlara verdiyi əsaslı hökmlərdən biri də bundan ibarətdir ki, bəşəriyyətə hörmət və ehtiramla yanaşmalı və yalnız o kəslərə üz çevirməlidirlər ki, onları ictimai və siyasi təyziqlər altına qoymuş olsunlar. Bununla yanaşı, onlara qarşı bağladıqları əhd-peymanı sındırmadıqlarınadək, sadiq qalmaqlarını əmr edir: “Onlar sizinlə doğru-düzgün davrandıqca [əhdi pozmadıqca], siz də onlarla doğru-düzgün dolanın1.

Başqa bir ayədə Quran bizə başqaları ilə gözəl davranmağı əmr edir: “İnsanlarla xoş danışın”2.

Başqa bir ayədə isə bizlərə din və milliyyətindən asılı olmayaraq, kimsənin haqqını taptamamaq əmr olunur: “İnsanların haqqını azaltmayın”3.

Bu ayə Qurani-kərimdə üç peyğəmbərin dilindən bəyan olunur.

Demək, Quranın dəvəti hər üç ünsürə şamil olunur.

Bilməliyik ki, Qurani-kərim tək məsum imamların dövründə yaşamış insanlara deyil, bəlkə bütün dövrlərdə yaşamış və müəyyən səhvlər buraxmaqla yanaşı, həqiqəti dərk edib dini hökmləri hər yerdə yaymağa qadir olan bütün insanlara şamil edilir.

Belə bir yüksək hədəfə çatmaq üçün Qurani-kərim üzərimizə iki mühüm vəzifə qoymuşdur. Onlardan biri yaxşı işlər görüb və başqalarını buna sövq etmək, digəri isə, pis işlərdən uzaq olub, başqalarını da ondan uzaq olmağa çağırmaqdan ibarətdir. Həcc surəsinin 41-ci ayəsində deyilir: “O kəslər ki əgər onları yer üzündə yerləşdirsək [onlara bir yer versək] namaz qılar, zəkat verər, [insanlara] yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər”.

Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, müqəddəs İslam dini bütün insanlara hörmət və ehtiram gözü ilə baxmaqla yanaşı, öz davamçılarına bütün bacarıqlarına islah olub xoşbəxt həyata nail olmalarına doğru istiqamətləndirmələrini əmr edir.



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin