Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,11 Mb.
səhifə14/113
tarix10.01.2022
ölçüsü1,11 Mb.
#106239
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

(1-3-2) DÖVLӘTİN MӘNŞӘYİ


Dövlət və hökumətin mənşəyi haqqında adətən irəli sürülən nəzəriyyələr iki hissəyə - zehni və tarixi nəzəriyyələrə bölünür.

Zehni nəzəriyyələr aşağıdakılardan ibarətdir:

1-İlahi iradə nəzəriyyəsi;

2-Güc və zorakılıq nəzəriyyəsi;

3-İctimai qərardad nəzəriyyəsi.

A) İLAHİ İRADӘ NӘZӘRİYYӘSİ


Qədim zamanlardan bəri haqqında söz açılan nəzəriyyələrdən biri də, dövlətin mənşə və meydana gəlməsinin Allahın istək və iradəsindən asılı olması ilə əlaqəlidir. Bu nəzəriyyəyə əsasən, dövlət Allah tərəfindən yaradılmış, Onun hakim nümayəndəsi də yer üzərindədir. Hakim təyin etdiyi şəxsin verdiyi hökmlər də Onun əmr və qanunları ilə tamamilə müvafiq olmalıdır. Ona tabe olmaq vacib, verdiyi hökmlərdən boyun qaçırmaq isə günah hesab olunur.

Nəzəriyyə sahibləri həm dini rəhbərlər, həm də padşah və hakimlər olmuşlar. Padşahlar daim öz hakimiyyətlərinin qanuni olduğunu sübuta yetirməyə və bu yolla camaatı özlərinə tabe etməyə çalışmışlar. Bu kimi hakimlər həm müsəlmanlar, həmdə digər dinlərə mənsub olan millətlər arasında hökmüranlıq etmiş və din rəhbərlərinin köməyi ilə hakimiyyətlərinin qanuni olduğunu sübuta yetirməyə çalışmışlar.

İslam dini bu nəzəriyyəni qəbul etmiş və hakimin hansı şəraitdə təyin olub və nə kimi xüsusiyyətlərə malik olmalı olduğunu əvvəlcədən müəyyən etmişdir. Dini rəhbərlər, dünyəvi rəhbərliklə yanaşı, cəmiyyətin mənəvi və ruhi rəhbərliyini də öz üzərlərinə götürmüşlər. Nisa surəsinin 59-cu ayəsində onlara tabe olmağın vacibliyi beləcə bəyan olunur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!”.

İslam dini (xüsusilə də şiə məzhəbi) baxımından, qeyri-dini hakimlərin rəhbərliyə heç bir hüquq və səlahiyyəti çatmır və cəmiyyətə rəhbərlik edən şəxslər əslində din rəhbərlərinin çıxardıqları hökmlərin icraçısı hesab olunurlar.

* * * *

b) Güc və zorakılıq nəzəriyyəsi

Bu nəzəriyyəyə əsasən dövlət zorakı güclülərin gücsüzlərə göstərdikləri təziqlər nəticəsində meydana gəlmişdir. Belə ki, onlar güc və qüdrətdən məhrum olan şəxsləri özlərindən asılı vəziyyətə salaraq, dövlət qurmuş və bunun, tamamilə qanuni olduğunu sübuta yetirməyə çalışmışlar. Qəbilə, dövlət və güclü ictimai təbəqələri buna misal çəkmək olar.



v) İctimai müqavilələr nəzəriyyəsi

Siyasi təşkilatın meydana gəlməsi üçün ictimai birlik və həmrəyliklə birgə olan bu nəzəriyyə ictimaiyyətin təbii halda iğtişaş və hərci-mərcliyə düçar olduğu halda meydana gəlmişdir. Yaranmış belə bir şəraitdə cəmiyyət üzvləri bir yerə toplaşaraq, cəmiyyəti idarə etmək üçün vahid siyasi təşkilatin yaradılmasının zəruriliyini müzakirə etmişlər və bu siyasi təşkilat sonralar dövlət və ya hökumət adlandırılmağa başlamışdır. Bu nəzəriyyənin tarixi kökləri olub qədim Rum və Yunanıstana qayıtsa da, son dövürlərdə Habez, Lak və Russo kimi mütəfəkkirlər məhz belə bir əqidəyə əsaslanmışlar. O şəxslər ki, irəli sürdükləri nəzəriyyələr uzun müddət Avropaya hakim olmuşdur.

Tarixi dövlət nəzəriyyələri isə bunlardan ibarətdir;

a) Təbii dövlət nəzəriyyəsi;

Bu nəzəriyyə Aristotel tərəfindən irəli sürülmüşdür. Belə bir tərzi-təfəkkürə əsasən, dövlətin əsası insanların təbii ehtiyacları ilə əlaqəli olur. Çünki, dövlətin meydana gəlməsinin ən başlıca fəlsəfəsi, insan və insanın fizioloji ehtiyacları əsasında meydana gələn ailənin ehtiyaclarını aradan qaldırmaqdan ibarətdir. O da cəmiyyətlərin bütün ehtiyaclarını aradan qaldıra bilmədiyi üçün dövlət və hökumətin mövcud olması zəruri bir hala çevrilir, belə çıxır ki, dövlət cəmiyyətlərin bütün bu ehtiyacları ödəyə bilmədiyi üçün dövlət və hökumətin mövcud olması zəruri bir hala çevrilir. Dövlət mövcud olduğu bir halda, “dövlətin mövcud olması zəruriliyi” uyğun gəlmir. Bu fikir bu cür ola bilər ki, cəmiyyət təkbaşına öz ehtiyaclarını ödəyəbilmə qüdrətinə malik olmadığı üçün dövlət və hökumətin mövcud olmasını zəruri bir hala çevrilir]



b) Dövlətin varislik nəzəriyyəsi

Bu nəzəriyyəyə əsasən, dövlət ailənin genişlənməsi nəticəsində meydana gəlir. Yəni vahid bir ailə bir neçə hissəyə bölünərək, getdikcə genişlənmişdir. Belə olduqda, bu böyük ailəyə daha dəqiq desək sülaləyə, yaşlı bir şəxs rəhbərlik etməyə başlayır. İlkin olaraq qəbilə başçıları qadınlar olmuş və bu səbəbdən belə bir rəhbərlik matriarxat üsul adlandırılmışdır. Bir çox hallarda isə kişilər rəhbərlik etdikləri üçün belə bir rəhbərlik patriarxat üsul adlandırılmışdır. Bəzən də bu sülalələr müəyyən məntəqədə məskunlaşmış qəbilə və tayfalara çevrilmiş və beləlik də, dövlətin meydana gəlməsi üçün münasib şərait yaranmışdır.



v) Dövlətin tarixi təkamül nəzəriyyəsi

Doktor Karnerin fikrincə, dövlətlər nə Allah tərəfindən, nədə zorakılıq və ailələrin genişlənməsi nəticəsində meydana gəlmişdir. O, dövlətlərin meydana gəlməsinin ən başlıca səbəbini, insanın ictimai təkamülündə görür. İctimai təkamüldə payı olan ən başlıca amillər isə bunlardan ibarətdir:

1-Qohumluq əlaqələri;

2-Din və məzhəb;

3-Sehr və cadu;

4-Malikiyyət və iqtisadi təbəqələrin meydana gəlməsi;

5-Müharibə və zorakılıq;

6-Zirəklik və siyasi bacarıq;

Yeni dövlətlərədək bütün ilkin dövlətlər qeyri-münəzzəm təkamül mərhlələrini ötüb keçmişlər. Dövlətlərin tədrici təkamülünü isə aşağıdakı hissələrə bölmək olar:

1-"İlkin imperatorluqlar"

Bu imperatorluqlar qəbilə dövlətlərinin patriarxat və ya matriarxat formasında yarandıqdan sonra meydana gəlmişdir. İlk dəfə olaraq belə bir imperatorluqlar şərqdə yaranmışdır. Sumeriya, Aşuri, İran, Misir və Çinlilərin imperatorluqlarını buna misal çəkmək olar.



2-İlkin şəhərlər dövləti

Bu dövlətlər ilk dəfə olaraq Egey dənizinin sahilində və Balkan yarmadasının müxtəlif məntəqələrində meydana gəlmişdir. Bu məntəqələrin təbii şəraiti sükunət yerlərinin bir-birlərindən ayrı düşmələrinə səbəb olmuş və nəticədə, yarımadada məskunlaşmış qəbilələr dövlət halına çevrilmişlər. Qədim Afina və Spartada yaranmış dövlətləri buna misal çəkmək olar. Yunanlılar yaranmış bu kiçik dövlətləri “polis” adlandırardılar. Onlar adətən yüksəkliklərdə möhkəm qalalar qurar və təhlükə ilə üzləşdikdə oraya pənah aparardılar. Bu şəhər və ya polislərin hər biri təbii şəraiti (adanın coğrafi mövqeiyyəti) nəzərə alaraq, ümumi sığınacaq yerini möhkəmləndirmək üçün əhatə dairələrini genişləndirməyə çalışardılar.



3-Rum imperatorluğu

Rumlular çox gözəl idarə olunan imperatorluq təsis etməyə nail olurlar və bunun üçün bir sıra qanun və nizamnamələr yazıb, əməli olaraq onları icra etməyə başlayırlar. Onlar birlik olmadan demokratiyanı əldə edən yunanların əksinə olaraq, siyasi birliyə demokratiyanı qurban verməklə nail olurlar.



4-Feodal hökuməti

Feodal hökumətin dəqiq tarixi bizə bir o qədər də bəlli deyildir. Lakin bəlli olan budur ki, o Rum imperatorluğunun süqutundan və daxili hərc-mərclik yarandıqdan sonra meydana gəlmişdir. Rum imperatorluğuna qarşı çıxan nisbi azadlıq və muxtariyyata malik olan qəbilələr, ixtiyarlarında olan əraziləri ən başlıca gəlir mənbəyi hesab edirdilər. Yaranmış belə bir şəraitdə böyük mülkədarların rəhbərlik etdikləri qüdrətlər meydana gəlir. Mülkədarların torpaqlarından istifadə edən əkinçilər isə onların tam tabeçiliyində idilər. Feodallara gəldikdə isə onlar dövlətin meydana gəlməsinə böyük maneə yaradırdılar.



5-Yeni dövlət

Feodalizm genişləndikcə və latın dili öz yerini məhəlli dillərə verdikcə, müxtəlif millətlərin yaşadıqları ərazilər bir-birlərindən fərqlənməyə və milliyyətçilik hissi özünü biruzə verməyə başlayır. Eyni zamanda, şəhərlər inkişaf edərək genişlənir və ticarət daha geniş vüsət halı tapmağa başlayır. Yeni-yeni ixtiralar olunur və protestant hərəkatının köməyi ilə camaat arasında dini inqilab baş verir. Fərdi və ümumi tərzi-təfəkkür getdikcə güclənir və vətən sevgisi qəlblərdə özünə yer etməyə başlayır. 1648-ci ildə İngiltərədə baş verən inqilab İngiltərənin özündə, Fransa və İspaniyada dövlət və dövlətçiliyin yeni məfhumunun meydana gəlməsinə səbəb olur. Orta təbəqənin meydana gəlməsi və ümumi kütlənin siyasi azadlıq və demokratiya istəyi, tədriclə dövlətlərin güclənməsinə gətirib çıxarır. İndinin özündə də müstəqil ölkələrin bir çoxunu məhz belə bir hakimiyyət üsulu idarə edir və hal-hazırda bu müstəqil ölkələrin sayı iki yüzə çatır.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin