Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә


İKİNCİ FӘSİL XARİCİ SİYASӘT VӘ İSLAMDA BEYNӘLXALQ ӘLAQӘLӘRİN ӘSASLARİ



Yüklə 1,11 Mb.
səhifə22/113
tarix10.01.2022
ölçüsü1,11 Mb.
#106239
1   ...   18   19   20   21   22   23   24   25   ...   113

İKİNCİ FӘSİL

XARİCİ SİYASӘT VӘ İSLAMDA BEYNӘLXALQ ӘLAQӘLӘRİN ӘSASLARİ


(2-1) İslamda beynəlxalq əlaqələrin tarixi;

(2-2) İslamdakı beynəlxalq əlaqələrə hakim olan ümumi qanunlar;

(2-3) Quran və beynəlxalq əlaqələr;

(2-4) Konstitusiyanın İranın xarici siyasətinə olan baxışı.


(2-1) İSLAMDA BEYNӘLXALQ ӘLAQӘLӘRİN TARİXİ


Allaha Şeytanın şərrindən pənah aparıram. ([İslamın] digər bütün dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərini hidayətlə [Quranla] və haqq dinlə göndərən Odur)1 .

Bu fəsildə İslamda xarici siyasət, beynəlmiləl əlaqələr və onların əsasları haqqında söhbət açmaq istərdik. Lakin İslamda beynəlmiləl əlaqələr barədə söhbət açmazdan əvvəl xarici siyasəti tərif və onunla beynəlmiləl əlaqələr arasında olan münasibətlərə işarə etməyi daha məqsədə uyğun görürük.

Xarici siyasət hər bir dövlətin şəxsi mənafeini qorumaq məqsədilə, digər dövlətlərə qarşı olan rəftar və münasibətlərdən ibarətdir. Dövlətlərin bir-birlərinə qarşı olan rəftar və münasibətləri ümumilikdə beynəlmiləl əlaqələr adlanır.

Başqa sözlə desək xarici siyasət, hər hansı bir siyasi vahidin (təşkilat) digər siyasi vahiddən mümkün qədər çox bəhrələnməsi üçün ixtiyarında olan qüdrət və bacarığa deyilir.

Siyasi təşkilatın ən başlıca xüsusiyyətləri, qarşıya qoyduğu hədəf, milli mənafe və məntəqənin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Qarşıya qoyduğu məqsədə çatmaq üçün isə o, hər şeydən əvvəl ölkənin strateji mövqe, mili mənafe və ümumi maraqları ilə yaxından tanış olaraq, baş verən cərəyanları düzgün təhlil və qiymətləndirməyi bacarmalıdır.

Xarici siyasəti - beynəlmiləl strukturun həmahəngsizlik və siyasi təşkilatlara hakim olan müxtəlif dəyərlər səbəbindən - vahid nəzəriyyə halında bəyan etmək qeyri-mümkün olsa da, xarici siyasət amillərinin cəm hal daşıması, ümumiliyə şamilliyi və yayılma xüsusiyyətinə malik olması müəyyən qədər olsa da, onun iş strukturu barədə söz deməyə imkan verir.

İslam dinində beynəlmiləl əlaqələrin ən başlıca meyarı, Qurani-kərim və onun icraçısı Həzrəti Məhəmməd (s)-dır. Qurani-kərimdə sonuncu və ən kamil İlahi din2 kimi adı çəkilən müqəddəs İslam dini, bütün insani, tarixi və coğrafi məsələlərə dair zamanın tələblərinə uyğun olaraq, sabit və dəyişgən hökmlər çıxararaq, bəşəriyyətin tələbatını ödəməlidir.

Peyğəmbər (s)-ın gördüyü ən mühüm işlərdən biri də, ilk dəfə olaraq Mədinədə İslam dövlətini qurmaq olmuşdur. Әhzab surəsinin 21-ci ayəsində onun bütün sahələrdə örnək və nümunə olduğu göstərilir1. Bu səbəbdən onun həyata keçirdiyi xarici siyasət yolunu davam edən ardıcıllarına, dünyanın zülmət və qaranlığından işıqlı gələcəyə qovuşmaq üçün ən gözəl vasitə ola bilər.

Maraqların qorunması məqsədi ilə əgər xarici siyasəti bir ölkənin digər ölkələrə qarşı bir növ örnək götürəriksə bilməliyik ki, Peyğəmbər (s)-ın həyata keçirdiyi siyasət, hər bir şüurlu müsəlman dövlət rəhbəri üçün nümunəvi rəftar və davranış tərzi olmuşdur. Buna görə də, Peyğəmbər (s)-ın zamanında mövcud olmuş siyasi coğrafiya, fəaliyyət göstərən böyük və kiçik qüdrətlər və Peyğəmbər (s)-ın onlarla yaratdığı əlaqələrə diqqət yetirmək, hər bir alim və təhqiqatçı üçün lazım və zəruridir. Elə bir əlaqələr ki, Məkkənin qüdrətli qəbilələri, Mədinənin ətrafında məskunlaşmış Ous, Xəzrəc və üç yəhudi qəbilələri ilə bərqərar olunmağa başlamış, Rum və İran kimi hegemon imperatorluqlar və onların tabeliyində olan Yəmən, Həbəş (Efiopiya), Misir və s. məntəqələrədək davam etmişdir.

Burada qəbilələrarası əlaqələrə hakim olmuş siyasət və onlarla İran, Rum və digər dövlətlər arasında yaradılmış əlaqələr və nəhayət, Peyğəmbər (s)-ın böyük və kiçik dövlətlərə qarşı tətbiq etdiyi siyasət barədə söhbət açacağıq.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin