Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә


(1-2-2) SİYASӘT ELMİ VӘ SOSİOLOGİYA



Yüklə 1,11 Mb.
səhifə7/113
tarix10.01.2022
ölçüsü1,11 Mb.
#106239
1   2   3   4   5   6   7   8   9   10   ...   113

(1-2-2) SİYASӘT ELMİ VӘ SOSİOLOGİYA


Ağacla budaq arasında hansı bağlılıq və əlaqə varsa, sosiologiya elmləri (ictimaiyyət) ilə siyasi elmlər arasında da həmin əlaqə mövcuddur. Yəni siyasət elmi, ictimaiyyət elmlərinin bir hissəsi, ictimaiyyət elmləri də öz növbəsində humanitar elmlərin bir hissəsini təşkil edir. Cəmiyyətin quruluş və xüsusiyyətlərini araşdıran sosiologiya elmi, ictimaiyyət elmlərinin əsasını təşkil edir. İctimai bir varlıq kimi insan müxtəlif rəftar və fəaliyyətlərə malik olur. Onun barəsində ayrı-ayrılıqda və eləcə də, ümumilikdə də söhbət açmaq olar.

İctimaiyyət elmi, insanın bütün ictimai məsələlərinə xüsusi diqqət yetirib onun mahiyyəti, meydana gəlmə və digər sahələri haqqında da geniş söhbət açır. Burada həmçinin iqtisadi, dini, siyasi məsələlərə də toxunulur və ictimai təbəqələr, onların şüur və tərzi-təfəkkür səviyyəsi geniş şəkildə araşdırılır və müxtəlif dərəcələrə bölünür. Bir haldakı, siyasət "dövlət" adını öz üzərinə götürərək cəmiyyətin yalnız siyasi məsələlərini araşdırır, bu səbəbdən də siyasət, insanın siyasi həyatından bəhs edən ictimaiyyətə xas olan bir elmdir. İctimiyyət elmi, ictimaiyyətin xüsusiyyətlərini araşdırdığı bir halda, siyasət ona fərd kimi nəzər yetirir. İctimaiyyət elmi müxtəlif ictimai qurumlardan, siyasət isə onun yalnız "dövlət" adlı bir qolundan söhbət açır. İctimaiyyət elmi böyük əhatə dairəsinə malikdir. Bu səbəbdən də onun siyasi yönümünü, yalnız siyasət elmi təşkil edir. Lakin bütün bunlarla yanaşı, bu iki elmi sahə bir-birlərinə yaxından köməklik edirlər. Məsələn, siyasi elmlər ictimaiyyətə dövlətin quruluş, fəaliyyət, tətbiq etdiyi qanunlar, mənşə və meydana gəlməsi haqqında dəyərli məlumatlar verir və eyni zamanda, özü ictimai qanunlara ehtiyac duyur. Bir çox sahələrdə onlar bir-birlərini təkmilləşdirir və ehtiyacları qarşılıqlı olaraq aradan qaldırılır. Professor Qidinqez bu haqda deyir: "Siyasi elmlər fakultəsinin tələbələri öz elmi işlərini, ictimai məsələləri mütaliə etməklə başlamalıdırlar. Çünki, ictimaiyyətin ibtidai məsələləri ilə tanış olmayan şəxsin dövlət nəzəriyyəsini öyrənmək istəməsi, Nyutonun hərəkət qanununu bilmədən, astronomiya və ya termodinamika elmlərinə yiyələnməsi kimi bir şeydir."

Bu səbəbdən də, hər bir siyasətçi alim eyni zamanda sosioloq, sosioloq da öz növbəsində siyasətçi olmalıdır.

Bu iki elm arasında bütün bu yaxınlıqların olmasına baxmayaraq, müəyyən fərqlər də vardır:

1-İctimaiyyət elminin mövzu və əhatə dairəsi daha geniş və çox şaxəlidir: Çünki, ictimaiyyət bir elm kimi insanın həyatının bütün sahələrinə şamil olur. Bir haldakı, siyasət yalnız insanın özü tərəfindən meydana gəlmiş siyasi məsələlər və siyasi baxımdan formalaşmış cəmiyyət haqda söhbət açır;

2-Cəmiyyət dövlətdən əvvəl meydana gəldiyi üçün ictimaiyyət elmi də siyasət elmindən əvvəl fəaliyyət göstərməyə başlamışdır. İnsan, siyasətçi olmazdan əvvəl, ictimai varlıq olmuşdur;

3-Siyasət, insanın siyasi bir varlıq olduğunu fərz edir, lakin ictimaiyyət bunun səbəblərini, insanın siyasi həyatının sair cəmiyyət və təşkilatlardan necə mütəəssir olduğunda açıqlayır;

4-İctimaiyyət, tarixdəki həqiqi ictimai orqan və təşkilatları, siyasət isə keçmiş, gələcək və hal-hazırki dövlətlər və siyasi təşkilatların vəziyyətini təhlil və mütaliə edir.

Lakin necə olursa-olsun, hər iki sahə qarşılıqlı olaraq bir-birlərinə təsir göstərir. Aparılan yeni ictimai mütaliələr isə, siyasi tərzi-təfəkkürə daha çox təsir bağışlayır.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin