Ii yarımil. Coğrafiya. I mövzu TƏSƏRRÜfat sahəLƏRİn yerləŞMƏSİNİn xəRİTƏLƏRƏ Əsasən təHLİLİ



Yüklə 0,82 Mb.
səhifə25/46
tarix17.02.2022
ölçüsü0,82 Mb.
#114405
1   ...   21   22   23   24   25   26   27   28   ...   46
Bakı-Tbilisi-Qars dəmir yolu. Pekindən Londona kimi uzanan "dəmir ipək yolunun" bir hissəsidir. Bakıdan Qars şəhərinədək, uzunluğu 850 km olan yolun 30 oktyabr 2017-ci ildə açılışı olmuşdur. Dəmir yolu xətti regionun inkişafı üçün geniş perspektivlər açır. Bu xətt Mərkəzi Asiyanın türk dövlətlərinin qərb ölkələrinə çıxışına imkan yaradır.
Bakı-Novorossiysk neft boru kəməri - Səngəçal terminalından başlayır. Xəzər dənizi sahili boyunca Abşeron və Quba-Xaçmaz iqtisadi-coğrafi rayonlarından keçməklə Rusiyanın Novorossiysk limanınadək uzanır. Onun uzunluğu 1330 km-dir. 2015-ci ildə kəmər vasitəsilə 1,2 mln. ton neft daşınmışdır.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri - 2006-cı ilin may ayından istifadəyə verilmişdir. Neft kəməri Gürcüstan ərazisi ilə Türkiyə ərazisinə, oradan isə Aralıq dənizinə qədər uzanır. Kəmərin uzunluğu 1767 km-dir ki, onun da 1076 km-i Türkiyənin, 443 km-i Azərbaycanın, 248 km-i isə Gürcüstanın payına düşür. 2015- ci ildə kəmər vasitəsilə 26,9 mln. ton neft daşınmışdır. Uzunluğu 971 km olan kəmər il ərzində 20 mlrd, m3 qazötürmə gücünə malikdir. Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Türkiyənin Ərzurum şəhərinə qədər uzanan bu qaz kəməri Türkiyənin BOTAŞ şirkətinin boru kəmərinə qoşulur. Türkiyə ilə bağlanmış müqaviləyə əsasən, Türkiyə 15 il müddətində Azərbaycandan 91 mlrd. m3 qaz alacaqdır. 2007-ci ildə Ankaradan Komotiniyə (Yunanıstan) çəkilən boru xətti Türkiyə ilə Yunanıstanın qaz kəmərlərini birləşdirdikdən sonra Azərbaycan qazının Türkiyə ilə yanaşı, Yunanıstana və digər Avropa ölkələrinə ixracına imkan yarandı. 2015-ci ildə respublikamızda 60 mln. ton yük boru kəməri vasitəsilə daşınmışdır. Daşımaların 76,6%-i neft, 23,4%-i qaz kəməri vasitəsilə həyata keçirilmişdir. Dəniz nəqliyyatı ən ucuz nəqliyyat növü olub sərnişin və yüklərin daşınmasında digər nəqliyyat növlərindən kəskin surətdə fərqlənir. Azərbaycanın nəqliyyat-iqtisadi əlaqələrində Xəzər dənizinin çox böyük əhəmiyyəti var. Gəmiçilik kanalları və su hövzələri Azərbaycana Dünya okeanına çıxmaq imkanı verir. Dəniz nəqliyyatı xarici və daxili (kabotaj*) daşımalara bölünür.

Xəzər dənizindən Dünya okeanına çıxmaq üçün iki istiqamət vardır; birinci istiqamət: Volqa çayı - Volqa-Don kanalı - Don çayı - Azov dənizi - Kerç boğazı - Qara dəniz - Bosfor boğazı - Mərmərə dənizi - Dardanel boğazı - Aralıq dənizi - Cəbəlüttariq boğazı -Atlantikokeanı istiqamətindədir. Aralıq dənizindən Süveyş kanalı vasitəsilə Qırmızı dənizə, sonra isə Hind okeanına da çıxmaq mümkündür. İkinci istiqamət: Volqa çayı - Rıbinsk su anbarı - Volqa - Balt kanalı - Oneqa gölü istiqamətindədir. Oneqadan Belomor kanalı ilə Ağ dənizə və ya Svir çayı - Ladoqa gölü - Neva çayı - Fin körfəzi - Baltik dənizi vasitəsilə həyata keçirilir.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin