Ii yarımil. Coğrafiya. I mövzu TƏSƏRRÜfat sahəLƏRİn yerləŞMƏSİNİn xəRİTƏLƏRƏ Əsasən təHLİLİ


Külək elektrik stansiyaları (KES)



Yüklə 0,82 Mb.
səhifə29/46
tarix17.02.2022
ölçüsü0,82 Mb.
#114405
1   ...   25   26   27   28   29   30   31   32   ...   46
Külək elektrik stansiyaları (KES) - enerjini hava axınlarından əldə edir. Bir turbin (külək generatoru) 600-800 ev üçün elektrik enerjisini istehsal edə bilir. KES-in normal fəaliyyət göstərməsi üçün küləyin orta illik sürətinin 4,5 m/san olması vacib şərtdir. KES enerjisi Danimarka və Niderlandın yanacaq-enerji balansında əsas yer tutur. Azərbaycanda isə KES-in gücünün 4,5 QVt olacağı proqnozlaşdırılır.
BİOLOJİ EHTİYATLAR VƏ ONLARDAN İSTİFADƏ.

Bioloji ehtiyat - insanların istifadə etdiyi və edə biləcəyi bitki və heyvanlar aləmidir. Bitki ehtiyatlarına oduncaq tədarük etmək üçün meşələr, biçənək və otlaqlar, göbələk və yosunlar, eyni zamanda qida (qoz, fındıq və s.) və dərman (müalicə üçün bitki yarpaqları, kökləri və s.) məqsədilə istifadə olunan ağac və kollar (onların yarpaqları, meyvələri və s.) daxildir. Heyvanlar aləmi də bioloji ehtiyatlar hesab olunur.

Elektrik enerjisi istehsalında mühüm sahələrdən biri də bioenergetikadır. Bioenergetika - bioyanacaqdan istifadəyə əsaslanır. Bioyanacaq alternativ enerji mənbəyi olub bərpaolunan ehtiyatdır. Bioyanacağı bütün üzvi maddələrdən: soya, raps, peyin və s., hətta məişət tullantılarından da almaq mümkündür. Bioyanacaq bərk, maye və qaz halında ola bilər.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin